Dərs vəsaiti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti təsdiq etmişdir. Əmr №01-I/18



Yüklə 15,93 Mb.
səhifə65/72
tarix29.11.2023
ölçüsü15,93 Mb.
#143259
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   72
C fakepathD rs v saiti - Kütl mübadil si avadanl qlar

Qazpaylayıcı quruluş (şəbəkə) qaynayan laylı quruducunun məsul elementidir. O qaz axınını aparatın en kəsiyi üzrə bərabər paylayır və quruducu dayandırıldığı zaman dənəvər material qatını saxlayır, yəni materialın şəbəkəaltı fəzaya düşməsinin qarşısını alır. Çoxsaylı, xüsusən termiki həssas, materialların qurudulmasında quruducu agentin maksimal yol verilən temperaturunun seçilməsi qazpaylayıcı şəbəkənin konstruksiyasından asılıdır. Material intensiv qarışdırıldığından psevdoqaynayan layın temperaturu çıxan qazın temperaturuna yaxın, yəni o qədər də yüksək olmamasına baxmayaraq, qazpaylayıcı şəbəkənin temperaturu paylanan qazla qızmasına görə xeyli yüksək ola bilər. Bu halda məhsulun şəbəkənin səthində əriməsi, bişməsi və ya yanması mümkündür. Bu xoşagəlməz hadisələrin qarşısını almaq və quruducu qazın yüksək
temperaturlarını təmin etmək üçün şəbəkənin konstruksiyasında qaz axınını onun səthi boyu istiqamətləndirən elementlər, ya da şəbəkənin alt tərəfində istilik izolyasiyası materialının nəzərdə tutulması (şək.5.29) məsləhət görülür.
Qazpaylaşdırıcı quruluş kimi batırılmış (şək. 5.29, ç,d) və batırılmamış (şək. 5.29, a,b,c,e) tipli şəbəkələrdən istifadə edilir.
Lifli materiallar üçün şək. 5.29, a-dakı şəbəkələrə üstünlük verilir. Qaz şəbəkəyə tangensial verilir; bu halda qurudulan materialın hissəciklərinin intensiv qarışması əldə edilir.
Şək. 5.29, b tipli batırılmamış şəbəkədə yarıqların üstündə prizma formalı elementlər yerləşdirilmişdir. Prizmalar materialın intensiv qarışmasını təmin edir.



Şək. 5.29. Qazpaylaşdırıcı şəbəkələrin quruluşları: a-qazın tangensial verilməsilə; b-prizmalı; c-yarıqlı; ç-deşikli, bərk istilik izolyasiyalı (faolit, tekstolit, ebonit, ftorplast və s.) d-deşikli, dənəvər və ya lifli istilik izolyasiyalı; e-üfürücü ucluq, istilik izolyasiyası qatlı; 1-polad deşikli lövhə; 2-istilik izolyasiyası qatı; 3-deşiklər; 4-dənəvər və ya lifli istilik izolyasiyası; 5-dayaq lövhəsi


Biri digərinin üstünü örtən lövhələrdən ibarət olan yarıqlı şəbəkə (şək. 5.29, c) şəbəkənin yaxınlığında, yəni


ən yüksək temperaturlar zonasında materialın qarışmasını təmin edir. Bu konstruksiyada istilik şəbəkədən intensiv aparılır, durğun zonalar yoxdur, materialın şəbəkənin altına düşməsi praktiki olaraq istisna edilir. En kəsik sahəsi 10 m2-a qədər olan aparatlarda bu şəbəkələrin istismarı təcrübəsi, onların yüksək etibarlılığını göstərir. Bu şəbəkələri topalaşan materiallarda işlədilməsi məsləhət görülür.
Batırılmış şəbəkələr deşiklərinin diametrləri 2 ̶ 3 mm (bəzən 5 mm-ə qədər) və sərbəst kəsiyi 3 ̶ 10 % olan deşikli lövhələrdir. Müxtəlif səbəblərdən quruducu dayandırıldıqda və ya qazın sürəti aşağı düşdükdə materialın şəbəkəaltı fəzaya düşmə ehtimalı bu konstruksiyanın çatışmazlığıdır.
Daxil olan istilikdaşıyıcının temperaturu 400°C-yə qədər olduqda şəbəkə bütöv hazırlana bilər. Daha yüksək temperaturlarda temperatur deformasiyalarını təmin etmək üçün şəbəkənin ayrı-ayrı tamasalardan hazırlamaq lazımdır.
Qaynar laylı aparatdan materialı boşaltmaq və tozu toztutucu avadanlıqlardan kənarlaşdırmaq üçün pərli, şnekli, açılıb-bağlanan kilidlər işlədilir.
Aparatın kipliyini yaxşılaşdırmaq üçün bəzən bir şaquli sahədə iki açılıb-bağlanan kilid qoyulur. Etibarlılığı artırmaq üçün pərli kilid və şnek qoymaq olar. Quruducunun qaynar layına səpələnən material yükləmək üçün, adətən pərli və şnekli qidalandırıcılardan; suspenziya, məhlul və pasta verdikdə isə forsunkalardan istifadə olunur.
Aerofontanlı quruducular çətin qaynayan hala keçən polidispers materialları qurutmaq üçün və proses zamanı
qurudulan hissəciklərin uçma sürəti xeyli dəyişən hallarda tətbiq edilirlər. Bu aparatlar adətən silindrik-konus və ya prizma formasında olurlar. Quruducu kameranın konus forması (konusluq bucağı 30 ̶ 40º), qaynayan layın yüksək məsaməliliyini (ε = 0,75 ̶ 0,95) və hissəciklərin dayanıqlı fontanabənzər dövr etməsini təmin etdiyindən, bu tip aparatlar iridispers, eləcə də maye və pastavarı materialların qurudulmasında geniş tətbiq edilir. Bu halda, alınan quru məhsul toz və ya dənəvər formada olurlar.
Qurudulan materialın və qaz axınının fontan vuran layda qarşılıqlı təsirinin xarakterik xüsusiyyəti hissəciklərin aparatın içində bərk fazanın miqdarının nisbətən az olduğu qalxan qaz axınının mərkəzi fontanı və periferik zonada aşağı düşən materialın sıx layı arasında müəyyən qaydada dövri hərəkətin olmasından ibarətdir. Bu zaman iri hissəciklər qazın temperaturu daha yüksək olan fontanın aşağı hissəsində daha çox qalırlar. Nəticədə polidispers materialın bircins qurudulmasına şərait yaradılır.
Şək. 5.30-da fontan vuran doldurmalı quruducunun sxemi göstərilmişdir. Doldurma kimi diametri 10 ̶ 12 mm olan keramik kürələr işlədilir. Qurudulan məhlul I pnevmatik tozlandırıcı 3 ilə kürələrin fontan vuran layına səpələnir, onların səthinə yapışır və qurudulur.
Kürələrin bir-birinə sürtünməsi və dəyməsi zamanı onların səthindəki quru təbəqə dağılır və yaranan tozabənzər məhsul işlənmiş qaz axını III ilə quruducudan toztutucu sistemə çıxarılır. Bu tip aparatların diametri 900–1800 mm arasında dəyişməklə, toluol-sulfonatların, kalsium xloridin, mis xloroksidinin və s. qurudulmasında işlədilirlər.
Materialı fontan vuran lay rejimində işləyən qurutma qurğusu (şək. 5.31) içinə ventilyatorla 5 kaloriferdə 1

Şək. 5.30. Keramik kürəli fontan vuran laylı quruducunun sxemi: 1- gövdə; 2-şəbəkə; 3-tozlandırıcı. Axınlar: I-məhlul; II-istilikdaşıyıcı; III-toz-qaz qarışığı; IV-sıxılmış hava

qızmış hava vurulan aerofontanlı quruducudan 3 ibarətdir. Qaynar quruducu agent II qidalandırıcıdan 2 gələn nəm materialı I tutaraq, onu quruducunun 3 konus hissəsinin aşağısına aparır. Burada materialın hissəcikləri, istilikdaşıyıcı axınında nəmin çıxarılması nəticəsində hissəciklərin uçma sürəti qaz axınının



Şək. 5.31. Aerofontanlı quruducusu olan qurğu- nun sxemi: 1-kalorifer; 2-qidalandırıcı; 3-quruducu; 4-siklon; 5-ventilyator; 6-pərli kilid. Axınlar: I-nəm material; II-quruducu agent; III-hazır məhsul; IV- işlənmiş qaz

sürətindən az olana qədər dövr etdirilir. Konusun yuxarı hissəsində istilikdaşıyıcının sürəti azalır və material əks istiqamətdə, aparatın divarı boyu aşağı hərəkət edir. Bu da materialın hissəciklərinin intensiv dövr etməsinə gətirib çıxarır. İşlənmiş hava IV siklonda 4 təmizlənir. Hazır məhsul III gövdənin yuxarı hissəsindən pərli kiliddən 6 keçməklə çıxarılır və siklonda 4 tutulmuş hissəciklərlə qarışdırılaraq qurğudan kənarlaşdırılır.


Aerofontanlı quruducular qazpaylaşdırıcı şəbəkəli və şəbəkəsiz ola bilər; sonuncu halda aparatın dar hissəsində qazın sürəti dayanıqlı pnevmonəqletmə sürətinə wp = (1,5 ÷ 2,0) wu, (wu ̶ hissəciyin uçma sürəti, m/s) bərabər qəbul olunur. Hər iki halda aparatın geniş hissəsində qazın sürəti psevdoqaynama sürətinə yaxın olmalıdır.

Yüklə 15,93 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə