Dərs vəsaiti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti təsdiq etmişdir. Əmr №01-I/18



Yüklə 15,93 Mb.
səhifə66/72
tarix29.11.2023
ölçüsü15,93 Mb.
#143259
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   72
C fakepathD rs v saiti - Kütl mübadil si avadanl qlar

Pnevmatik borulu quruducular kimya sənayesində geniş tətbiq olunurlar. Onlar səpələnən materialdan səthi və ya zəif rabitəli nəmin pnevmonəql rejimində cıxarılmasını həyata keçirirlər. Hissəciklərinin ölçüləri 8 ̶ 10 mm-dən artıq olan materialların qurudulmasında, eləcə də qüvvətli rabitəli nəmin çıxarılmasında bu aparatlar yararsızdırlar.
Pnevmonəql rejimində qurutmanı, əsasən quruducu borularda (pnevmatik borularda), eləcə də burulğanlı və siklon quruducularda həyata keçirirlər. Kimya sənayesində quruducu borular geniş yayılmışlar. Bu quruducuların diametri 2 m-ə, hündürlüyü isə 30 m-ə çatır. Bu aparatlarda qazın sürəti olduqca yüksəkdir və 10 ̶ 40 m/s təşkil edir. Ona görə də, qurutma vaxtı, bir qayda olaraq, cəmi bir neçə saniyəyə bərabərdir (an təsirli quruducular) və material artıq qızmır, bişmir və quruducunun divarlarına yapışmır. Onlar termiki həssas və patlayıştəhlükəli materiaların qurudulmasında da
istifadə olunur. Bu tipli aparatlarda qurudulan material içindən böyük sürətlə qızmış qaz (hava) keçən boruya verilir. Qaz nəm materialı tutaraq, özü ilə aparır və pnevmonəql rejimində qurudur. Quru məhsul qazla birlikdə quruducudan çıxaraq, siklona daxil olur.
Quruducu qurğunun (şək. 5.32) əsas hissəsi içində asılı halda uçuş zamanı dənəvər material qurudulan, hündürlüyü 10 ̶ 20 m olan şaquli borudur 2. Nəm material bunkerdən 7 dozatlaşdırıcı 8 və qidalandırıcıdan 1 keçməklə boruya 2 verilir. Aşağıdan boruya ventiyatorla 10 qızdırıcıda 9 qızmış hava vurulur. Havanın borudakı hərəkət sürəti qurudulan materialın uçma sürətindən artıq olmalıdır. Bir neçə saniyədən sonra material qurudulmuş halda tutuma 3 çatır və sonra siklonda 5 nəqledici qazdan ayrılır. Siklonun bunkerindən qurudulmuş material boşaldıcının 6 köməyilə çıxarılır. Xırda toz torbalı filtrdə 4 tutulur.
Bu quruducularda proses qazın və bərk hissəciklərin nisbi sürəti hələ yüksək olan borunun başlanğıc və ya qeyri-stasionar sahəsində xüsusilə intensiv gedir. Sonradan bu sürətin azalması ilə istilik və kütlə mübadiləsi effekti kəskin aşağı düşür. Sabit en kəsikli quruducu borularda qeyri-stasionar sahənin uzunluğunun az olmasına (1,5 ̶ 2,0 m) baxmayaraq, onda nəmin əsas hissəsi (55 %-ə qədər) çıxarılır. Qurutmanı intensivləşdirmək üçün pnevmatik borunun uzunluğu boyu, onu genişləndiricilərlə, daxili vintvarı taxmalarla və i.a. təchiz etməklə, qaz qarışığının hərəkətinin qeyri-stasionar şəraiti yaradılır. Şək. 5.33-də göstərilən quruducunun yuxarı hissəsində materialın iri fraksiyasını qurutma zonasında saxlamaq üçün genişləndirici 6 qoyulmuşdur. Aşağı hissədəki cib 1 materialın nəql edilməyən iri kəsəklərinin artıq qızması və parçalanmasından yayınmaq məqsədilə duzaq rolunu


Şək. 5.33. Pnevmatik borulu quruducu: 1-cib; 2-injektor; 3,7-dayaq pəncələri; 4-boru; 5-manjet; 6-genişləndirici. Axınlar: I-nəm material; II-quruducu qaz; III-kəsəklər; IV-qaz-material hissəcikləri qarışığı



Şək. 5.32. Pnevmatik borulu quruducu qurğusunun sxemi: 1-qidalandırıcı; 2-quruducu boru; 3-tutum; 4-filtr; 5-siklon; 6-boşaldıcı;7-nəm material bunkeri; 8-dozalaşdırıcı; 9-havaqızdırıcı; 10-ventilyator


oynayır. Quruducu boruda termiki genişlənməni kompensasiya etmək üçün yumşaq manjet 5 və ya silfon şəklində quruluş nəzərdə tutulmuşdur. Çətin quruyan və ya alçaq qalıq nəmli hazır məhsul lazım gəldikdə ikipilləli pnevmatik borulu quruduculardan istifadə edilir. Hər bir


pillədə optimal qurutma rejimi yaratmaqla, minimal istilik sərflərində materialı tələb olunan son nəmliyə qədər qurutma mümkünlüyü onların üstünlüyüdür. Qurutmanın birinci pilləsində quruducu agentin mümkün ola bilən maksimal temperaturunda nəmin əksər hissəsi çıxarılır. İkinci pillədə material mülayim temperaturda son nəmliyə qədər qurudulur.
Pnevmatik borulu quruducular iridispers və çətin quruyan materialların qurutmaq üçün birpilləli variantında da işlədilə bilərlər. Bunun üçün məhsulun yenidən dövr etdirilməsi (retur) texnoloji fəndindən istifadə edilir. Bu halda, qabaqcadan ayrılmış məhsulun iri fraksiyalarını ilk materialla qarışdırılaraq retura verilməsi məqsədəuyğundur. Bəzi hallarda qurudulmaya verilən materialın şək. 5.34-də göstərilmiş sxem üzrə xırdalanması faydalıdır.
Ocaqda 1 alınan tüstü qazı dəyirmanda 7 xırdalanmış nəm materialı I özü ilə bərabər pnevmatik boruda 2 separatora 3 aparır. İri hissəciklər separatorun orta hissəsində çökür və boru ilə şnek-qarışdırıcıya 6 qaytarılır. Hazır məhsul III isə siklonda işlənmiş qazdan ayrılır və nəqledici vasitəsilə qurğudan kənarlaşdırılır.onun bir hissəsinin qidalandırıcı 8 vasitəsilə yenidən prosesə qaytarılması da nəzərdə tutulmuşdur. İşlənmiş qaz IV tüstüsoranla 4 atmosferə vurulur.
İstehsalatda qurudulan materialın xassələrindən və hazır məhsula olan tələbatlardan asılı olaraq, müxtəlif konstruksiyalı pnevmatik borulu quruduculara rast gəlinir.
Belə quruducularda nəmə görə borunun həcmi gərginliyi 400 kq/(m3/saat), istiliyin sərfi 5000 kC/kq nəm, qurudulan materialın nisbi sərfi 8 ̶ 20 kq/kq hava təşkil edir.
Sənayedə pnevmatik boruda materialın ilk

Şək. 5.34. Materialın dövr etdirilməsi və xırda- lanması ilə işləyən pnevmatik borulu quru-ducu: 1-ocaq; 2-pnevmatik boru; 3-separator; 4-tüstüsoran; 5-siklon; 6-şnek-qarışdırıcı; 7-dəyir- man; 8-qidalandırıcı; 9-nəqletdirici. Axınlar: I-nəm material; II-hava; III-hazır məhsul; IV- işlənmiş qaz

qurudulmasını, başqa aparatlarda, məsələn psevdoqaynar laylı quruducularda isə əlavə qurudulmasını uyğunlaşdıran avadanlıqlar da geniş istifadə edilirlər.


Tozlandırıcı quruducu avadanlıqlarda məhlul və suspenziyalardan quru toz və ya dənəvər halında hazır məhsul alınır. Proses, adətən şaquli silindrik kamerada maye xammalı qızmış qaz axınına tozlandırılması yolu ilə həyata keçirilir. Məhsul istiliyin təsiri zonasında quruducu agentlə qısamüddətli təmasda olduğu zaman nəmin intensiv çıxarılması təmin edilir. Ona görə də, bu tip avadanlıqlar termohəssas ilk nəmliyi böyük olan bioloji və üzvi sintez məhsullarının qurudulmasında tətbiq edilirlər. Onlarda materialın zərif tozlandırılması sayəsində o qədər böyük buxarlanma səthi yaranır ki, qurutma prosesi olduqca tez, 15 – 20 s müddətində başa çatır. Bunun nəticəsində quruducu agentin yüksək
temperaturuna baxmayaraq, materialın səthindəki temperatur nisbətən aşağı olur. Prosesin qısamüddətliyinə və qurudulmanın yumşaq şəraitdə getməsinə görə materialın xassəsi dəyişmir. İstilikdaşıyıcı kimi hava və ya tüstü qazlarının hava ilə qarışığı işlədilir.
Tozlandırıcı quruduculu qurğunun sxemi şək. 5.35-də verilmişdir. Ventilyatorla 1 vurulan hava II kaloriferdə 2 qızdıqdan sonra tozlandırıcı quruducuya 3 verilir. Məhlul I silindrik kameradan ibarət olan quruducunun yuxarı hissəsində yerləşdirilmiş mərkəzdənqaçma tozlandırıcı mexanizm və ya ayrıca tozlandırıcı quruluş 4 vasitəsilə qızmış havanın içinə tozlandırılır. Quruducu kameranın konus və ya düz dibi məhsulun boşaldılmasını təmin edən xüsusi kürəyicilərlə

Şək. 5.35. Tozlandırıcı quruducusu olan qurğunun sxemi: 1,6 - ventilyator; 2-kalorifer; 3-quruducu kamera; 4-tozlandırıcı quruluş; 5-toztutucu. Axınlar: I-xammal; II-hava; III- məhsul; IV- işlənmiş qaz


təchiz edilmişdir. Aparatdan çıxan quruducu agent toztutucu quruluşlardan (siklon, torbalı filtr) 5 keçərək, ventilyatorla 6 havaya atılır.


Mayeləri tozlandırmaq üçün hidravliki (mexaniki), pnevmatiki və mərkəzdənqaçma (diskli) tozlandırıcılar istifadə edilir.
Hidravliki tozlandırıcı şırnaqlı və mərkəzdənqaçmalı
ola bilər. Şırnaqlı tozlandırıcılar mayenin dik konus formasında dar və uzun məşəlini yaradır. Mərkəzdənqaçmalarda – ucluqdan çıxmazdan öncə maye fırladılır, bu da tozlandırılmış maye məşəlinin eninin böyüməsinə kömək edir. Onun forması içiboş mail konusa oxşardır. Hidravliki tozlandırıcıların hazırlanmasının və xidmətinin sadəliyi, tozlandırmaya az enerji sərfi, alçaq istismar xərcləri kimi göstəricilər onların üstünlükləridir. Əsas çatışmazlıqlarına məhsuldarlığının tənzimlənməsinin çətinliyi, yarıqların bərk hissəciklərlə tutulması və ucluğun eroziya yeyilməsi səbəbindən suspenziyalar tozlandırıldıqda etibarlı işləməməsi, yüksəközlülüklü məhlulların və pastaların tozlandırılması üçün yararsızlığı aid edilə bilər.
Şək. 5.36-da hidravliki mərkəzdənqaçma tozlandırıcıların konstruksiyaları göstərilmişdir.


Yüklə 15,93 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə