Dərs vəsaiti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti təsdiq etmişdir. Əmr №01-I/18



Yüklə 15,93 Mb.
səhifə68/72
tarix29.11.2023
ölçüsü15,93 Mb.
#143259
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   72
C fakepathD rs v saiti - Kütl mübadil si avadanl qlar

a b

Şək. 5.38. Tozlandırıcı disklərin konstruksiyaları: a-eroziyalı materialları tozlandırmaq üçün disk: 1-gövdə; 2-ucluq; 3-qayka; 4-qoruyucu lövhə; b-pərli tozlandırıcı disk


Pərli disk (şək. 5.38, b) adətən nəzərəçarpacaq eroziya təsiri olmayan suspenziyaları tozlandırmaq üçün istifadə edilir.


Məhsuldarlığı artırmaq üçün çoxsəviyyəli disklərdən də istifadə edilir [2].
Tozlandırıcı quruducuların kameralarının dizaynı tozlandırıcıların tipindən, sayından və quraşdırıldığı yerdən, eləcə də qazın və materialın verilmə və çıxarılma yerindən asılıdır (şək. 5.39). Bu və ya digər dizaynın seçilməsi texnoloji tələbatlardan və qurudulan materialın xassələrindən asılıdır.
Şək. 5.39, a, b-də tozlandırıcılı düzaxınlı quruducuların sxemləri göstərilmişdir. Qazın bərabər paylanmasını və qaz və məhsulun ayrılıqda çıxarılmasını özündə ehtiva edən a variantı termiki həssas, divara yapışmağa meylli materiallar üçün daha səmərəlidir. Qaz və materialın əksaxınlı hərəkətilə işləyən quruducular məhsulun tökülmüş sıxlığını artırmaq tələb olunduqda və çətin çıxarılan nəmli materialların dərin qurudulması lazım gəldikdə, kifayət qədər termiki dayanıqlı məhsullar üçün tətbiq edilir. Məsələn, bu variant sintetik yuyucu vasitələrin qurudulmasında işlədilir.
Qarşılıqlı təsirdə olan fazaların yuxarı qalxan düzaxını ilə işləyən quruducular (şək. 5.39, ç) materialın polidispers tozlandırılması zamanı bircins qurutmanı təmin edir. İri damcılar fontanvarı hərəkətdə olarkən, quruducu kamerada çox qalırlar və qazın yüksək temperaturu zonasına düşərək, qurumuş hissəciklər kameranın aşağısından çıxarılırlar.
Şək. 5.39, d-də göstərilmiş konstruksiyada tozlandırılmış material yuxarıdan verilən quruducu qaza qarşı fontanvarı hərəkət edir. Bununla da, polidispers materialın bircins qurudulması təmin edilir, çünki xırda fraksiyalar az yol qət edirlər və quruducudan iri



Şək. 5.39. Tozlandırıcılı (a-d) və diskli (e-f) quruducu kameraların sxemləri: a,b-qaz və materialın aşağıya doğru düzaxını; c-əksaxın; ç-yuxarı qalxan düzaxın; d-fontanvarı tozlandırma; e-qazın yuxarıdan məşələ verilməsi; ə-həmən qaz və məhsulun ayrılıqda çıxarılması ilə; f-qazın aşağıdan məşəlin altına verilməsi və qaz və məhsulun ayrılıqda çıxarılması; g-düz dibli məhsulun kürəyicilə çıxarılması. Axınlar: I-xammal; II-qaz; III- məhsul; IV-işlənmiş qaz-su buxarı qarışığı


fraksiyalardan tez çıxarılırlar.
Şək. 5.39, ç,d-də göstərilmiş konstruksiyalar həm termiki həssas, həm də materialların tablandırılması tələb olunan hallarda (keramika, kaolin) işlədilirlər.
Mərkəzdənqaçma diskli quruducular, bir qayda olaraq, düzaxınlı sxem üzrə işləyirlər. Fırlanan disk tozlandırmanın enli məşəlini yaratmaqla bərabər, qazın üfqi müstəvi boyu intensiv dövr etməsini təmin edir. Ona görə də quruducu kameranın diametri böyük olur. Havanın tozlandırılmış materialın damcıları ilə yaxşı qarışması üçün diskin ventilyasiya effektindən istifadə edilməsi məqsədilə quruducu qaz məşəlin kökünə verilir.
Termiki həssas materiallar qurudulduqda qazı tozlandırma məşəlinin alt tərəfinə verirlər (şək. 5.39, f). Diskli tozlandırma kamerasının böyük diametri konus hissəsinin ölçülərini də artırır. Bununla əlaqədar olaraq, bəzən kameraları düz dibli hazırlayırlar. Bu halda, məhsulu çıxarmaq üçün fırlanan kürəyicilərdən (şək. 5.39, g) və ya tozsorandan istifadə olunur.
Şək. 5.40-da termiki həssas və divara yapışma meylli materialları (zülal-vitamin koncentratı, polimerlərin lateksləri) qurutmaq üçün nəzərdə tutulmuş diskli tozlandırıcılı quruducu göstərilmişdir. Aparatın icrası şək. 5.39, f variantına uyğundur: qaz tozlandırıcının altına verilir; qaz və məhsul ayrı-ayrılıqda çıxarılır. Mərkəzdənqaçma tozlandırıcı quruducunun kamerasının 1 yuxarı hissəsində mərkəzdənqaçma tozlandırıcı quruluş 2 yerləşdirilmişdir. Qaynar quruducu agent qaz yolu 3 ilə qurudulan materialın – suspenziyanın tozlanma məşəlinə verilir. İşlənmiş quruducu agent qaz yolu 5 ilə, hazır məhsul isə konus dibin aşağı hissəsindəki tıxac 4 vasitəsilə çıxarılırlar. Aparatın ölçüləri böyükdür: diametri
8 m, hündürlüyü ̶ demək olar ki, 20 m-ə bərabərdir. Metala qənaət etmək və konstruksiyanın sərtliyini təmin etmək məqsədilə quruducu kamera karkasda yerləşdirilmişdir. Karkasa iç tərəfdən qalınlığı 8 mm olan polad vərəqlər qaynaq edilir, xarici tərəfdən isə nazik



Şək. 5.40. Diskli tozlandırıcılı quruducu: 1-quruducu kamera; 2-mərkəzdənqaçma diskli tozlandırıcı; 3,5-qaz yolu; 4-tıxac; 6-disk; 7-qaz paylaşdırıcı


metal vərəqlərlə örtülür. Onların arasına istilik izolyasiyası materialı tökülür. Materialın hissəciklərinin qaz yollarının divarlarına yapışmaması üçün giriş və çıxış qaz yolları su ilə soyudulan köynəklərə malikdirlər.
Şək. 5.41-də diskli tozlandırıcısı və məhsulu şək. 5.39, g variantı üzrə boşaldan düz dibi olan quruducu göstərilmişdir.
Quruducuya qızğın qaz yuxarıdan 6 verilir. Qurudulmuş məhsul düz dibdə yığılır və fırlanan kürəyicilərlə 2 boşaldıcı deşiyə tərəf yönləndirilir.

Yüklə 15,93 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə