Dərs vəsaiti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti təsdiq etmişdir. Əmr №01-I/18



Yüklə 15,93 Mb.
səhifə71/72
tarix29.11.2023
ölçüsü15,93 Mb.
#143259
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   72
C fakepathD rs v saiti - Kütl mübadil si avadanl qlar

5.4.4. Kombinasiya edilmiş quruducular

Bİr sıra hallarda, quruducu agentin qurudulan materialla qısa vaxt ərzində görüşməsi səbəbindən, onun istiliyindən istifadə edilmə dərəcəsi yüksək olmur. Müxtəlif tipli quruducuların uyğunlaşdırılması ilə işlənilmiş quruducu qurğularda quruducu agentin potensialından daha tam istifadə olunur.


Misal olaraq, polimer materialların susuzlaşdırılması üçün işlənilmiş “siklon – qaynar lay” tipli uyğunlaşdırılmış quruducunu (şək. 5.47) göstərmək olar.
Nəm material I pnevmatik qidalandırıcıdan 1 keçən işlənilmiş quruducu agentlə siklona 2 verilir. Burada nəm materialın azca qurudulması və qaynayan laylı qurudulma pilləsindən aparılan quru materialın

Şək. 5.47. “Siklon–qaynayan lay” tipli quruducu: 1-pnevmatik qidalandırıcı; 2-siklon; 3-qidalandırıcı; 4-pnevmatik boru; 5-qaynayan laylı quruducu. Axınlar: I-nəm material; II-qızmış hava; III-quru material; IV-işlənilmiş hava və su buxarı

hissəciklərilə qarışması baş verir. Bu materialın siklonda yapışmasına və topalanmasına mane olur. Səpələnən hal almış material qidalandırıcıda 3 təzə quruducu agentlə II tutulur və səthi nəm çıxarılan pnevmatik boruya 4, daha sonra qaynayan laylı quruducuya 5 daxil olur. Məhsulun III tələb olunan son nəmliyi uyğun hündürlüklü qaynar lay yaratmaqla əldə edilir.


Burulğanlı quruducular və ilkin quruducular – parçalayıcılar əsasında yapışan və topalanan materialların parçalanma-xırdalanmasını və onların ilkin qurudulmasını təmin edən kombinə edilmiş quruducu qurğu (şək. 5.48) işlənilmişdir. Bu materialın burulğanlı quruducunun divarına yapışmasının qarşısını alır. Kaloriferdə 9 qızmış hava II əsas və köməkçi axınlarla qurğuya verilir. Köməkçi hava axını ilkin quruducu-parçalayıcıya 2 daxil olur. Bura qidalandırıcı-dozalaşdırıcı 1 vasitəsilə nəm material da verilir. Yaranan qarışıq əsas



Şək. 5.48. Kombinə edilmiş quruducu qurğunun sxemi: 1-qidalandırıcı-dozalaşdırıcı; 2-ilkin quruducu-parçalayıcı; 3-qarışdırıcı;
4-burulğanlı quruducu; 5-kilid; 6-siklon; 7-skrubber; 8-ventilyator; 9-kalorifer. Axınlar: I-nəm material; II-qızmış hava; III-qurudulmuş məhsul; IV-işlənmiş hava; V-su; VI-işlənmiş su


hava axını ilə qarışdırıcıda 3 görüşür və burulğanlı quruducuya 4 daxil olur. Qurudulmuş məhsul III havadan quruducunun özündə və siklonda 6 ayrılır və kiliddən 5 keçməklə çıxarılır. İşlənilmiş havanın əlavə təmizlənməsi üçün skrubberdən 7 istifadə olunur. Buradan hava ventilyatorla 8 sorulur. İstehsalatda müxtəlif konstruksiyalı quruducuların kombinasiyası ilə yaradılmış digər quruducu qurğular da tətbiq edilirlər.





Yüklə 15,93 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə