Dərs vəsaiti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti təsdiq etmişdir. Əmr №01-I/18



Yüklə 15,93 Mb.
səhifə69/72
tarix29.11.2023
ölçüsü15,93 Mb.
#143259
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   72
C fakepathD rs v saiti - Kütl mübadil si avadanl qlar

Quruducu siklon aparatları qaz-asılı hissəciklər qarışığının tozlu qaz axınının siklondakı hərəkətinə oxşar fırlanma hərəkətilə fərqlənən, qurudulan materialın pnevmatik nəqlilə işləyən konvektiv quruducuların bir növüdür. Qaz axını aparatda fırlandığı zaman yaranan mərkəzdənqaçma qüvvəsinin təsiri altında qurudulan material hissəciklərinin hərəkət sürətinin radial toplananı xeyli artır və tangensial toplananı azalır. Bu halda,



Şək. 5.41. Düz dibli toz-landırıcı: 1-gövdə; 2-kürəyici quruluş; 3-qapı; 4-mərkəzdənqaçma diskli tozlandırıcı; 5-disk; 6-qaynar qaz yolu; 7-işlənmiş qaz yolu. Axınlar: I-məhlul; II-quruducu qaz; III- quru məhsul; IV-işlənmiş qaz və su buxarı qarışığı

qravitasiya çökmə sürətilə müqayisədə qaz və bərk faza arasındakı nisbi sürət kəskin, on və yüz dəfələrlə artır. Nəticədə dispers materialların qurudulması prosesi həyata keçirilərkən fazalararası istilik- və kütlə mübadiləsi xeyli dərəcədə intensivləşir. Qurudulan materialın hissəciklərinin qaz-asılı hissəciklər axınında tormozlanması onların saxlanmasına və quruducunun gövdəsinin, başlıca olaraq, divaryanı zonada qatılığının artmasına gətirib çıxarır. Bu da, qurutma prosesinin intensivləşməsinə və quruducu aparatın tələb olunan işçi həcminin azalmasına kömək edir. Quruducu siklon aparatları yığcamlığı, konstruksiyasının sadəliyi və istismarda etibarlılığı ilə fərqlənirlər.


Şək. 5.42-də siklon quruducuların ən sadələrindən biri göstərilmişdir. O qurudulan materialın qaz-asılı hissəciklər qarışığı gövdənin yuxarı hissəsinə tangensial verilən, demək olar ki, dibinə qədər endirilmiş çıxış borusu ilə təchiz edilmiş şaquli silindrik-konus aparatdır.



Şək. 5.42. Siklon quruducu: 1-çıxış borusu; 2-gövdə; 3-qapaq. Axınlar: I-quruducu qaz-xammalın bərk hissəcikləri qarışığı; II-işlənmiş qaz-su buxarı və məhsul hissəcikləri qarışığı



Dispers materialın axını vint trayektoriyası üzrə aşağı hərəkət edir və qaz axını ilə çıxış borusu vasitəsilə bərk və qaz fazaların ayrilması sisteminə çıxarılır. Materialın aparatda qalma vaxtı zəif rabitəli nəmi olan məhsulların qurudulması üçün kifayət edir. Siklon quruducu ümumi hüdürlüyü 40 m-ə qədər olan bir- və ikipilləli pnevmatik boru-quruducunu əvəz edir.


Burulğanlı quruducular (şək. 5.43) siklon - quruducularla müqayisədə materialı daha çox saxlama və ayırma qabiliyyətilə xarakterizə olunurlar. Quruducu hündürlüyünün diametrinə nisbəti az olan şaquli silindrik kameradır. Qaz-asılı hissəciklər qarışığı qol boru 1 vasitəsilə gövdənin 3 bütün hündürlüyü boyu tangensial



Şək. 5.43. Burulğanlı quruducu: 1-giriş qol borusu; 2-burulğanın ölü zonasını bağlamaq üçün boru; 3-burulğan kamerası; 4-qapaq; 5- həlqəvi astana; 6-ilbiz: 7-çıxış qol borusu. Axınlar: I-qaz-asılı hissəciklər qarışığının girişi; II-işlənmiş qaz-su buxarı və məhsul hissəcikləri qarışığının çıxışı


verilir və düz dibdəki deşiklə çıxarılır. Aşağıda çıxan qaz-asılı hissəciklər qarışığına düzxətli hərəkət vermək üçün deşiyə ilbiz 6, yuxarıda isə materialın quruducu kamerada qalma vaxtını tənzimləmək üçün dəyişilən halqa (astana) 5 birləşir. Tangensial verilən qaz-asılı hissəciklər axını yüksək qatılıqlı material hissəciklərinin
fırlanan halqasını yaratmaqla, kamerada burulur. Yenidən verilən material daxili qatlarda dövr edən qurudulmuş hissəcikləri sıxışdırır. Onlar qazla birlikdə quruducudan aparılırlar. Qaz-asılı hissəciklərin fırlanan halqasının mərkəzdənqaçma sahəsində qurudulan materialın hissəciklərinin ölçülər üzrə ayrılması baş verir. Nəticədə, iri hissəciklər qurutma zonasında daha çox qalmaqla, qurudulmuş materialın bərabər qalıq nəmsaxlaması təmin edilir. Materialın qurutma zonasında orta qalma müddəti beş dəqiqə və daha çox təşkil edir, bu da burulğanli tip quruducuların rabitəli nəmi olan materialların qurudulmasında tətbiq edilmə mümkünlüyünü xeyli genişləndirir.
Şək. 5.44-də göstərilmiş spiral pnevmatik quruducular qurutma və qurudulmuş məhsulun işlənmiş qazdan ayrılması proseslərini bir aparatda həyata keçirməyə imkan verir.
Aparat qurutma zonası Arximed spiralı formasında düzbucaq kəsikli kanal 1 yaradan və siklon tipli ayırıcı kameraya 7 səlis keçən spiral zolaq 3, dib 6 və qapaqla 4 formalaşan şaquli silindrik gövdədən 5 ibarətdir. Quruducu qazla qurudulan materialın asılı hissəcikləri spiral kanalla ideal çıxarma şəraitində hərəkət etdiyindən qurutma prosesinin maksimal hərəkətverici qüvvəsi və fazalar arasında böyük nisbi sürətdə intensiv istilik-kütlə mübadiləsi təmin edilir. Qaz və materialın düzaxınlı hərəkəti burulğanlı quruducularla müqayisədə istilikdaşıyıcının ilk temperaturunu yüksəltməyə, deməli, istilik balansına görə onun tələb olunan sərfini azaltmağa imkan verir. Spiral quruducular iri ikipilləli pnevmatik borulu quruducu sistemlərini əvəz etməyə inkan verir.
Qurutmanın ikinci dövrü uzun olan termiki həssas materiallar üçün spiral-burulğanlı quruducu (şək. 5.45) daha uyğundur. Bu konstruksiyada dipers və qaz fazaların ideal çıxarılmasını təmin edən spiral kanalla 1 ayırıcı siklon kamerası 6 arasında fazaların ideal qarışmasını təmin edən burulğan kamerası 3 yerləşdirimişdir. Şək. 5.43 və şək. 5.44-dəki variantların belə kombinasiyası sərbəst və zəif rabitəli nəmi spiral kanalda çıxarmaq üçün yüksəktemperaturlu quruducu



Şək.5.44. Spiral-burulğanlı pnev- Şək.5.45. Spiral pnevmatik matik quruducu: 1-spiral kanal; 2- quruducu: 1-spiral kanal; 2- çıxış borusu; 3-spiral zolaq;4-qapaq; qapaq; 3-burağan kamerası; 5-gövdə; 6-dib; 7-ayırıcı (siklon) 4-çıxış borusu; 5-dib; 6-siklon kamerası; 8-giriş qol borusu. kamerası; 7-həlqəvi astana; 8- Axınlar: I, II-quruducu qaz-asılı his- giriş qol borusu; 9-tənzimləyici səciklər; III-qurudulmuş məhsul; elementlər. Axınlar: I,II-quru- IV-işlənmiş qaz və su buxarı ducu qaz-asılı hissəciklər; III-
quru dulmuş məhsul; IV-
işlənmiş qaz və su buxarı

agentdən istifadə etməyə, materialın sonrakı əlavə qurudulmasını isə burulğan kamerasında soyudulmuş quruducu agentlə məhsul üçün təhlükəsiz temperaturda daha uzun müddətdə aparmağa imkan verir. Siklon tipli quruducu aparatlar sırasında əsas funksional təyinatı ilə birlikdə dispers materialların qurudulması prosesini həyata keçirmək üçün işlədilən burulğanlı toztutucular xüsusi yer tutur. Qurutma texnikasında belə aparatlar qarşılaşan burulmuş axınlı (QBA) quruducular adlandırılırlar. Quruducu (şək. 5.46) aşağı və yuxarı hissələrində qaz-asılı hissəciklər axınını vermək və burmaq üçün aksial-pərli 3 və ya tangensial 8 burulğanlaşdırıcı kimi hazırlanmış quruluşları olan, hündürlüyünün diametrinə nisbəti 2,5-dən 4-ə qədər dəyişən şaquli silindrik gövdədən 2 ibarətdir. Qurudulan material I və quruducu qaz II qarışığının bir hissəsi aparata alt burulğanlaşdırıcı 3 ilə verilir və vint trayektoriyası ilə yuxarı qalxır. Həmin qarışığın ümumi sərfinin 30 – 50 %-ni təşkil edən ikinci axını isə üst



Şək. 5.46. Qarşılaşan burulmuş istilikdaşıyıcı axınlı quruducu: 1-çıxış borusu; 2-quruducu kamera; 3-burulğan-laşlaşdırıcı; 4-diafraqma; 5-boşaldıcı quru-


luş; 6-ilk axın üçün qol boru; 7-qidalandırıcı; 8-qaz-asılı hissəcik-lər qarışığının tangensial girişi. Axınlar: I-material; II-quruducu qaz; III-quru məhsul; IV-işlənmiş qaz və su buxarı

burulğanlaşdırıcı 8 ilə verilir və alt axınla eyni tangensial istiqamətdə fırlanmaqla, ona əks axınla aşağı hərəkət edir. Bu axın qaz-asılı hissəciklərin xarici həlqəvi qatını sürətləndirir və onu boşaldıcı quruluşdan 5 keçməklə qurudulmuş və tutulmuş məhsul bunkerinə yönəldir. Beləliklə, material hissəciklərinin mərkəzdənqaçma çökməsi baş verir.


Qurudulan material quruducuya ilk qaz axını ilə aşağıdan, ikinci axınla yuxarıdan və ya hər ikisi ilə verilə bilər.
Siklon aparatı ilə müqayisədə (şək. 5.42) bu quruducuda material qurudulma zonasında bir neçə dəfə artıq müddətdə qalır, burulğanlı (şək. 5.43) və spiral-burulğanlı (şək. 5.44) quruducularla müqayisədə isə aparatın diametri artırıldığı zaman çıxan qaz məhsulun tozundan yüksək dərəcədə təmizlənir.

Yüklə 15,93 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə