Dərs vəsaiti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti təsdiq etmişdir. Əmr №01-I/18



Yüklə 15,93 Mb.
səhifə67/72
tarix29.11.2023
ölçüsü15,93 Mb.
#143259
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   72
C fakepathD rs v saiti - Kütl mübadil si avadanl qlar

a b
Şək. 5.36. Hidravliki mərkəzdənqaçma tozlandırıcılar: 1-gövdə; 2-araqatı; 3-tıxac; 4-yay; 5-burulğanlaşdırıcı; 6-ucluq; 7,8,9-disklər

Şək. 5.36, a-dakı tozlandırıcı sintetik yuyucu vasitələrin qurudulmasında geniş tətbiq edilir. Tozlandırıcının ucluğunun 6 diametri 2,5 ̶ 3,5 mm-dir; verilən mayenin 9 MPa təzyiqində 400-dən 1000 kq/saat-a qədər pulpanın tozlandırılması təmin edilir.


Şək. 5.36, b-də verilmiş hidravliki tozlandırıcı gövdədən 1 və bir-birinə sıx bitişik üç diskdən ibarətdir. Birinci disk 7 məhlulun paylaşdırıcısı olmaqla, səkkiz deşiyi və məhlulu ikinci diskə 8 verən həlqəvi kanalı vardır. İkinci diskin tangensial kanalları ilə məhlul bu diskin mərkəzindəki burulğanlaşdırıcı kameraya hərəkət edir. Məhlulun fırlanan şırnağı üçüncü alt diskdəki 9 deşikdən çıxır və mərkəzdənqaçma qüvvələrinin təsiri altında xırda damcılara dağılır.
Adətən hidravliki tozlandırıcıları quruducu kameranın perimetri boyu (20-yə qədər) yerləşdirirlər. Belə olduqda, prosesin texnoloji parametrlərini pozmadan, onları növbə ilə dayandırıb, təmizləmək mümkün olur.
Pnevmatik tozlandırıcılar 0,1 ̶ 1 MPa təzyiq altında verilən yüksəksürətli qaz və ya buxar şırnağı ilə mayenin tozlandırılması prinsipi ilə işləyir. Pnevmatik tozlandırıcıların məhsuldarlığı 12 t/saat-a çatır, onlar istənilən formalı məşəlin yaradılmasına, məhsuldarlığa, tozlandırmanın dispersliyinə və yüksəközlülüklü pastanın və suspenziyanın tozlandırılmasına münasibətdə yüksək universallığı ilə fərqlənirlər. Bu tozlandırıcılar işdə etibarlıdırlar. Pnevmatik tozlandırıcıların konstruksiyaları müxtəlifdir, amma onların hamısı qazın maye ilə qarışması prinsipinə görə iki qrupa: daxilixarici qarışma tozlandırıcılarına bölünürlər. Sonuncular tozlandırmanın xarakteristikalarını (tozlanmanın dispersliyi, məşəlim forması və ölçüləri) tənzimləmə imkanına malikdirlər, ona görə də tozlandırıcı quruducularda geniş tətbiq olunurlar. Pnevmatik tozlandırıcıların çatışmazlıqlarına tozlandırmanın qeyri-bircinsliyi və enerji sərfinin çox olmasını aid etmək olar.
Şək. 5.37-də xarici qarışma tipli pnevmatik tozlandırıcılar göstərilmişdir. Şək. 5.37, a-da verilmiş tozlandırıcı ucluq 4 və konus ucluq 5 arasındakı həlqəvi hava araboşluğunu tənzimləmə mümkünlüyü ilə fərqlənir. Onların mərkəzləşdirilməsi istiqamətləndirici 2 üzrə iki əsas səthlərin olması ilə təmin edilmişdir. Konus ucluğun iti qıraqları mayenin bircinsli və yüksəkdispers tozlanmasını təmin edir. Bundan başqa, konus ucluq 5 ucluğun 4 yüksək ətəklərilə təsadüfi mexaniki zədələnmələrdən qorunur.





a b

Şək. 5.37. Pnevmatik tozlandırıcılar: 1-gövdə; 2-istiqamət- ləndirici; 3-əks qayka; 4-ucluq 5-konus ucluq; 6,7-qol borular; 8-boşqab. Axınlar: I-məhlul; II- hava (su buxarı)


Şək. 5.37, b-də göstərilmiş pnevmatik tozlandırıcıda qol boru 7 ilə verilən məhlulu I tozlandırmaq üçün sıxılmış hava II digər qol boru 6 ilə verilir. Tozlandırıcının çıxışında məhlul gövdə 1 və boşqab 8 arasındakı həlqəvi yarıqdan çıxan hava ilə tutularaq tozlandırılır.


Pnevmatik tozlandırıcılar, hidravlikilər kimi bir-bir və ya 50-yə qədər blok halında yerləşdirilə bilərlər.
Mərkəzdənqaçma tozlandırıcılı quruducu maye şırnaqlarının və ya təbəqələrinin tezfırlanan diskdən nisbətən tərpənməz quruducu agentə atılması prinsipi ilə işləyir. Tozlanma məşəli çətir formasında alınır. Mərkəzdənqaçma tozlandırıcıların məhsuldarlığı 40 t/saat və daha çox olur. Diskin 50-dən 350 mm-ə qədər dəyişən diametrindən asılı olaraq, onun fırlanma tezliyi 4000 – 50000 dövr/dəq. təşkil edir. Bu tip quruducuların elektrik mühərrikindən, yüksəldici reduktordan və üstündə tozlandırıcı disk olan şaquli valdan ibarət xüsusi mərkəzdənqaçma tozlandırıcı mexanizmi vardır. İntiqalın yüksək fırlanma tezliyi çevrilmiş sonsuz vint və ya silindrik ötürməli reduktordan multiplikator vasitəsilə təmin edilir. Bəzi konstruksiyalarda disk buxar və ya qaz turbinilə hərəkətə gətirilir. Maye tez fırlanan diskə verilərək tozlandırılır (şək. 5.35-ə bax).
Konstruksiyalarına görə tozlandırıcı diskləri hamar, pərliucluqlu qruplara bölürlər. Diskin tipi və konkret konstruksiyası tozlandırılan məhlulun xassələrindən, tozlandırmanın keyfiyyətinə olan tələblərdən və istismar etibarlılığından asılı olaraq seçilir.
Abraziv materialları tozlandıran ucluqlu disk (şək. 5.38, a) polad gövdədən 1, dəyişilən ucluqlardan 2 və diskə qayka 3 ilə sıxılan dəyişilən qoruyucu lövhədən 4 ibarətdir. Yeyilməyə dayanıqlığı artırmaq məqsədilə diskin işçi elementləri xüsusi materialdan hazırlanmış örtüklə qorunurlar. Ucluğun 10 ̶ 20 mm dərinləşdirilməsi diskin fərqləndirici cəhətidir. Bu halda, bərk hissəciklər diskin səthində qoruyucu qat yaradırlar və təzə pulpa ucluğa tərəf material qatının üstü ilə hərəkət edir.


Yüklə 15,93 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə