31
Növbəli əkində yeri. Başqa texniki bitkilərdə olduğu kimi
şəkər çuğunduru üçün onun növbəli əkində necə yerləşdiril-
məsinin əhəmiyyəti böyükdür. Belə ki, ayrı-ayrı illərin məhsul-
darlığı göstərir ki, çuğundurun yüksək məhsuldarlığı onun ən
əlverişli və yaxşı sələflərdən sonra yerləşdirilməsində təmin edi-
lir. Şəkər çuğunduru ilə məşğul olan elmi-tədqiqat idarələrində
a
parılmış uzunmüddətli və eyni yerdə olan
təcrübələr göstərmişdir
ki, növbəli əkinlərin sistemi və bitkilərin növbələşməsi məhsul-
darlığı artıran ən optimal variant, etibarlı aqrotexnika və idarə-
etmə tədbirləri kompleksidir. Bunu bilmək lazımdır ki, növbəli
əkində təkcə şəkər çuğunduru üçün ən yaxşı sələf bitkisi tapmaq
əsas şərt deyil. Sələf bitkisinin özünün sələfinə də diqqət yetiril-
məlidir ki, bunların torpağın qida və su rejiminə sonrakı il təsiri
çuğundur üçün müsbət təsiri olsun. Növbəli əkinlərin elmi əsas-
larla mənimsənilməsi, alaq otlarını məhv etməkdə, ziyanveriçi və
xəstəliklərlə mübarizədə daha əlverişli mübarizə sisteminin
seçilməsinə şərait yaratmaqla, bitkilərin düzgün növbələşməsi ilə
torpağın müxtəlif qatlarındakı nəmlik və qida maddələrindən
səmərəli istifadə, mineral gübrə və digər kimyəvi vasitələrdən
daha çox xeyir götürməyə, bitkinin məhsuldarlığının, torpaq
münbitliyinin durmadan artmasına etibarlı zəmin yaradır.
Sənaye texnologiyasının geniş yayılması göstərir ki, həmin
texnologiya n
övbəli əkinlər əsasında daha səmərəli olur. Başqa
bitkilərdə olduğu kimi şəkər çuğunduru üçün növbəli əkinlər hər
bir konkret şəraitdə, torpaq-iqlim və digər amillər əsasında fərqli
tərtib edilir. Məsələn, cənub, dağətəyi, nəmliklə yaxşı təmin
olunmuş rayonlarda çoxillik otlardan sonra şəkər çuğunduru və
bundan sonra isə iki il dalbadal payızlıq taxılların əkini tövsiyə
olunur. İstənilən bölgədə şəkər çuğundurunun eyni tarlada təkrar
əkilməsi, onun məhsuldarlığını kəskin surətdə azaldır. Bununla
yanaşı torpağın zəhərlənməsi artır, xüsusi xəstəlik və ziyan-
vericilər: nematodlar, mənənələr, kök çürümələri və s. geniş ya-
yılır.
Növbəli əkində şəkər çuğundurundan sonra qarğıdalı, payız-
lıq buğda və s. bitkilər daha yaxşı məhsul verir.