17
başqa, yarpaqda 2%-ə qədər sellüloz, o qədər də azotlu maddələr
toplanır.
Kökümeyvə şəkər çuğundurunun əsas orqanıdır ki, həmin
bitki bu meyvəyə görə becərilir. Bioloji yetişgənliyi başa çatmış
kökümey
vədə 75-80% su, 20-25% quru maddə olur. Quru
maddənin isə əsas hissəsini şəkər təşkil edir. Yetişdirilmə
şəraitindən, yığım müddəti və sort xüsusiyyətlərindən asılı olaraq,
şəkər 15-20% arasında dəyişir. Şəkərdən başqa quru maddənin
tərkibinə kökümeyvənin ümumi kütləsinə 4-5% sellüloza, 1-2%
zülal, 1%-
ə yaxın kül maddələri düşür
(
cədvəl 1).
Şəkər və digər maddələrin kökümeyvənin müxtəlif hissələri
üzrə paylanması qeyri-bərabərdir. Şəkərin ən çox toplandığı
nahiyə kökün orta hissəsi - yəni kökboğazcığının əsl kökə keçdiyi
hissədir. Burada kökümeyvə kütləsinə nisbətən şəkər toplanışı 19-
20%-
ə çatır. Kök başcığında və quyruq hissəsində ümumi kütləyə
nisbətdə şəkər toplanışı 13-15% təşkil edir. Becərmə şəraiti və
sortdan asılı olaraq, kök meyvənin quru maddəsinə düşən şəkər 70
- 76%-
ə çatır. Şəkər kökümeyvənin müxtəlif toxumları üzrə də
qeyri-
bərabər paylanır. Ötürücü zonasında daha çox parenxim
hüçeyrələrində nisbətən az toplanır.
Cədvəl 1
Şəkər çuğundurunda kök və yarpaqların kimyəvi tərkibi,%-lə
Maddələr
Yarpaqlarda
Köklərdə
Su
78-85
75-80
Quru maddə
15-22
20-25
Azotsuz maddə-saxaroza
0,5-1,5
16-20
Azotsuz ekstraktiv maddə
9-15
1,5-2,0
Sellüloz
1,99
3-5
Azotlu maddələr
2,0
1-2
Kül
1,3-2,7
0,5-0,8
Kökü
meyvənin ümumi kütləsinə görə faizlə pektin maddə-
lərinin miqdarı 2-2,5%-dən artıq deyildir. Şəkər çuğundurunun
18
kökü
meyvələrində üzvi turşular, azotlu və mineral maddələr, yağ-
lar da vardır. Bunların ümumi miqdarı kökümeyvənin ümumi küt-
ləsinə görə 26%-dan artıq deyildir.
Bioloji xüsusiyyətləri. Boyatma və inkişaf. Bu bitki birinci
ildə külli miqdarda yarpaq əmələ gətirməklə, kökümeyvəni for-
ma
laşdırır. Bitkinin həyatının ikinci ilində kökümeyvənin yuxarı
hissəsindəki tumurcuqlardan yarpaq və çiçəkdaşıyan zoğlar əmələ
gəlir. Ancaq bilmək lazımdır ki, ikillik sikl pozula da bilər. Səpin-
dən sonra hava şəraitindən asılı olaraq bitkilərin bir hissəsi elə
birinci il inkişafında çiçəkdaşıyan zoğlar əmələ gətirir.
Əksinə yaz ayları isti və sabit keçdikdə çiçəkdaşıyan zoğlu
bit
kilərin miqdarı, adətən 0,5%-i keçmir. Bəzi hallarda toxum-
çuluq məqsədilə əkinlərdə də bitkinin adi tsiklik inkişafından
kənara çıxma halları çox olur. Bəzi bitkilər ikinçi il inkişafında da
çiçəkdaşıyan zoğlar əmələ gətirmir. Qeyd etmək lazımdır ki, eyni
tarlada birinci ili çiç
əkdaşıyan bitkilərlə yanaşı, “qəsdən” çiçək
əmələ gətirməyən bitkilərin olması da arzu olunan hal deyildir.
Birinci halda bu vəziyyət kökümeyvə məhsuldarlığını aşağı salır,
ikinci halda isə toxum materialının az toplanmasına
səbəb olur.
Yuxarıda qeyd edildiyi kimi şəkər çuğundurunun sort və
hibridləri ikillik bitkilər qrupuna aid edilir. Şəkər çuğundurunun
birillik və ikillik sortları inkişaf xarakteri və ətraf mühit amillərinə
münasibətinə görə eyni deyildir. İnkişafda olan bu qanunauy-
ğunluq şəkər çuğundurunun istehsalı üçün, anac çuğundur (to-
xumluq) bec
ərdikdə mütləq nəzərə alınmalıdır. Birillik şəkər
çuğundurunun boyatma və inkişafının xarakteri toxumun şişib -
çücərməsi dövründə nəzərdən keçirilir. Тoxum yumaqları nəmli
şəraitə düşdükdən sonra, nəmliyi çəkməyə - toplamağa, başlayır.
Nəmlik nə qədər çox olursa, həmin proses daha intensiv gedir.
Nəmliyin udulması bütün meyvəyanlığı səthi üzrə gedir. Udulmuş
nəmliyin bir hissəsi toxum tərəfindən sorulur. Тoxumun şişməsi
və cüçərməsi üçün toxum yumağının kütləsinin 120-170%-i qədər
su tələb olunur. Ançaq, meyvə yanlığından azad olmuş toxumlara,
onların kütləsinin 40% -i qədər su kifayət edir.
19
Şəkər çuğundurunun toxumlarının su udması 1
0
C-
dən 30-
35
0
C temperatur həddində gedə bilər. Ançaq bilmək lazımdır ki,
temperatur artdıqca, su udulması bir o qədər intensiv xarakter alır.
Əgər 3-4
0
C temperaturda toxumun şişməsi və cücərməsi üçün 25
-
30 gün tələb olunursa, 12-15
0
C temperaturda cəmisi 3-4 gün la-
zım gəlir.
Cücərmə zamanı birinci boyverən rüşeym kökləri olur ki, bu
cücərmə prosesində meyvə baş qaldıraraq, xaricə - üzə çıxır. Bu
dövrdə filqə yarpaqları iriləşir və hələlik meyvənin boşluğunda
qalır. Bu andan sonra filqə yarpaqlarının altındakı hissə - dirsək
boy
verməyə başlayır, get-gedə onun ölçüləri böyüyür, filqə
yarpaqlarını qozanın (fındıqcığın) yuvalarından xaricə dartır və
böyüməkdə davam edir, həmin yarpaqları torpaq səthinə çıxarır.
Тorpaqda lazımi miqdar nəmlik olmaqla, o yumşaqdırsa, tem-
peratur 6-8
0
C-
dən aşağı düşürsə, o zaman filqəyarpaqlaraltı dir-
səyin böyüyüb artdığı vaxtdan bir çüt filqə yarpaqlarının torpaq
səthinə çıxması üçün, adətən, 5-6 gün keçir. Əksinə torpaq kəl-
tənləri yaxşı beçərilmədikdə, torpaq kip olduqda fazalararası dövr
uzanır. Belə halda çüçərtilər seyrək və zəif olur. Cüçərtilər torpaq
səthinə çıxana kimi kökün, filqəyarpaqları altı dirsəyin və filqə
yarpaqlarının bitib-böyüməsi toxumda toplanmış plastik mad-
dələrin hesabına gedir. Тoxumdakı bu maddələr isə nisbətən az
olduqlarından səpin zamanı toxumun dərin basdırılması sayəsində
xeyli miqdar cücərtilər yer səthinə çıxmağa imkan tapmayıb məhv
olurlar.
Filqə yarpaqları yer səthinə çıxdıqdan sonra cavan bitkilər öz
həyat fəaliyyəti hesabına özünü qida maddələri ilə təmin edirlər:
belə ki, kök sistemi torpaqdan nəmlik və qida maddələrini udur -
mənimsəyir, yarpaqlar isə fotosintez prosesi hesabına üzvü mad
dəni əmələ gətirir.
Filqə yarpaqlarının torpaq səthinə çıxdığı dövrdən bir cüt
həqiqi yarpaq əmələ gələnə kimi keçən müddətə inkişaf etmiş
çəngəlcik fazası adı verilmişdir. Bu fazanın davam etmə müddəti
7-
10 gün çəkir. Ançaq soyuq hava şəraitində fazanın keçməsi
gecikərək, 15 günə və bundan artıq müddət tələb edir. Belə hal
Dostları ilə paylaş: |