20
arzuedilməzdir. Belə ki, bu hal nəticəsində bitki zəifləməklə, xəs-
təliklərə qarşı həssas olur, ziyanvericilərdən daha çox zərər çəkir.
Bundan başqa, uzun müddət aşağı temperatur təsirinə məruz
qalmış bitkilər (çuğundurun birinçi il əkinində belə) çiçək zoğları
verir.
Filqə yarpaqları çox iri deyildir: eni 1 sm-dən artıq deyil,
uzunu isə 3 sm-ə çatır. Filqə yarpaqlarının həyat fəaliyyətinin 20-
25 gün davam etməsinə baxmayaraq, bitkinin həyatında mühüm
rol oynayır. Onların fəaliyyəti ilə toplanmış elastik maddələrin
hesa
bına birinci həqiqi yarpaqlar əmələ gəlir.
İnkişaf fazaları: Şəkər çuğunduru vegetasiya müddətində
aşağıdakı inkişaf fazalarını keçirir:1) cücərmə, 2) çatal, 3) I cüt əsl
yarpaq, 4) II-
III cüt əsl yarpaq, 5) 7 yarpaq, 6) cərgəaralarının
qapanması, 7) cərgəaralarının açılması, 8) texniki yetişkənliyin
başlanması.
Şəkər çuğunduru bitkisi birinci il inkişafında üç mühüm dövr
keçirir:
a) yarpaq
kütləsinin artması dövrü. Bu dövr 1,5-2 aya qədər
(kökün qabıq bağlama fazasına qədər) davam edir və yarpaq
kütləsinin kökə nisbəti 1 : 3
bərabər olur;
b)
meyvəkökün sürətlə böyüməsi dövrü. Bu
dövrdə kökün
artması gündə 10 qrama çatır. Bu dövr 40-50 gün davam edir və
köklərin yarpaq kütləsinə olan nisbəti 2 : 1 bərabər olur;
c)
meyvəkökdə şəkərin sürətlə toplanması dövrü. Bu dövr
vegetasiyanın sonunda 20-30 gün davam edir. Bu dövrdə
meyvəkökün böyüməsi zəifləyir, lakin hər gündə kökdə şəkərin
miqdarı 0,07-0,10%-ə qədər artır.
Kökün boyatması. Yuxarıda qeyd edildiyi kimi birinci ola-
raq, rüşeym kökü boyatmağa başlayır. Bu kök uzanıb geniş-
lənərək, torpağın dərinliklərinə işləyir. Əsl kökün boy verməsi,
kök sisteminin intensiv inkişafı kökün üçüncü quruluşundan sonra
baş verir. Bu dövr ikinci, üçünçü, qoşa yarpaqların əmələ gəldiyi
vaxta təsadüf edir. Yeni-yeni dairələrin əmələ gəlməsi ilə bütün
kökün -
meyvənin uzununa doğru yoğunlaşması başlayır. Bu növ-