8
lardan (yarpaqlar da buraya daxildir) 5000 yem vahidi almaq olar.
Bəzi rayonlarda şəkər çuğunduru yem bitkisi kimi də becərilir.
Geniş yayıldığı rayonlarda kənd təsərrüfat bitkilərinin ən ren-
ta
bellisi şəkər çuğunduru sayılır. Belə rayonlarda şəkər çuğun-
duru əkinə yararlı torpaqların 10-20%-i də əkilməyinə baxma-
yaraq, bitkiçilikdən gələn gəlirin 30-50%-ni verir.
Şəkər çuğunduru hektardan 40-50 ton məhsul verərsə bundan
7-
8 ton şəkər alınır.
Botaniki xüsusiyyətləri. Çuğundur (Beta) cinsi unluca
(
tərəçiçəklilər) ( Chenopodiaceae, маревые) fəsiləsinə daxil olan
birillik, ikiillik və çoxillik növləri ( 14 yabanı, 1 mədəni) özündə
birləşdirir. Cücərtisi açıq yaşıl rəngli, yarpaqcıqları uzun lanset-
vari, oval ürək formalı, tam kənarlı, səthi tüksüzdür. Cücərmənin
başlanğıcında kökcük və ləpəaltı dizcik qabığı partladaraq xaricə
çıxır, ləpələr müəyyən müddət meyvənin içərisində qalır. Lakin
toxumda olan ehtiyat qida maddəsi ilə cücərən hissə arasında
əlaqə kəsilmir. Qida maddələri çuğundurda və yerkökündə ləpələr
vasitəsi ilə sorularaq cücərtiyə ötürülür. Cücərti torpaq səthinə
çıxdıqdan təxminən 8-10 gün sonra bitkidə əsas (həqiqi) yarpaqlar
əmələ gəlməyə başlayır.
Çuğundurun ən çox yayılan növləri aşağıdakılardır: 1.İrimey-
vəli çuğundur, 2. Haşiyəli meyvəli çuğundur, 3. Üç sütuncuqlu çu-
ğundur, 4. Çoxillik çuğundur.
İrimeyvəli çuğundur - Beta maerorrhiza – nəmliyə tələbkar,
şaxtaya davamlı, dağlıq zona bitkisidir. Dəniz səviyyəsindən təx-
minən 1700-2000 m-ə qədər yüksəklikdə olan dağ zonalarında
bitir.
Torpağın 1,5 m dərinliyinə işləyən yan kökləri əmələ gətirir.
Meyvəkökünün kütləsi 10 kq-a çatır. Tərkibində 8-12%-ə qədər
şəkər toplanır.
Gövdəsi şırımlı kimidir. Kökboğazı yarpaqları uzun saplaqlı,
demək olar ki, dairəvidir. Gövdə yarpaqları yumurta formalı, iri-
dir. Bu növün bütün yarpaqları antosian rənglidir. Meyvəsi (toxu-
mu) olduqca iridir.
9
Haşiyəli meyvəli çuğundur – Beta lomatogona – buna bir
toxumlu çuğundur da deyilir. Şaxtaya və quraqlığa davamlı, çoxil-
lik alaq bitkisidir.
Azərbaycanın karbonatlı torpaqlarında təsadüf edilir. Şaxə-
lənən və torpağın dərin qatlarına işləyən kök əmələ gətirir. Xüsusi
kök hissəsi bir qədər yoğunlaşmış, qaba lifli kimidir. Meyvəkökün
çəkisi 30-150 qram, şəkərliliyi isə 3,5-11%-ə qədərdir. Kolu çox-
gövdəlidir, ancaq yarpaqlanması zəifdir. Yarpaqları uzun saplaqlı,
uzunsov, yumurtavari, yaxud lansetvaridir. Çiçəkləri gövdələrin
üzərində bir-bir yerləşir. Çiçək yanlığının dilimləri ağ haşiyəli
olduğuna görə haşiyəli adlanır. Meyvəsi çox toxumludur.
Üç sütuncuqlu çu
ğundur - Beta triguna - yabanı növləri
ən çox yayılanlar sırasındadır. Əksər formaları şaxtaya davam-
lıdır. Azərbycanda Xəzər dənizi sahilində təsadüf edilir. Kökü-
meyvənin kütləsi 7-10 kq, şəkərliliyi 9,6-14%-ə qədərdir. Gövdəsi
qabırğılı, antosian rəngli, gövdə yarpaqları yumurtavarı, yaxud
lansetvarıdır. Çiçək qrupu sıx və çoxçiçəkli sünbülə bənzərdir.
Meyvəsi (kələfcəsi) 2-3 toxumludur.
Çoxillik çuğundur – Beta perenneae – quraqlığa, şoranlığa
və xəstəliklərə qarşı davamlıdır. Kökü silindirşəkilli, şaxəli, odun-
caqlaşmışdır. Tərkibində 10-12% şəkər olur. Kolu dağınıqdır.
Göv
də yarpaqları yuxarı hissədə lansetvarı, orta və aşağı mər-
təbədə bir qədər enlidir. Kök boğazı yarpaqları (1-ci ili) uzun sap-
laqlı, az hallarda zəif tüklü olur. Meyvəsi 2-3 toxumludur. Azər-
baycan respublikasının Apşeron rayonunda təsadüf edilir.
Çuğundur (beta) cinsinin bir neçə yarımnövü vardır. Onlar-
dan adi çuğundur ssp. vulgaris polimorf olmaqla çuğundurun bü-
tün mədəni birillik və ikiillik formalarını özündə birləşdirir. Öz
növ
bəsində bu yarımnöv bir neçə növmüxtəlifliyinə bölünür: şə-
kər çuğunduru ( v. saccharifera), mətbəx çuğunduru ( v. esculenta),
yem çuğunduru ( v. crassa) və yarpaq (Manqold) çuğunduru ( v.
cicla).
(Şəkil 1-3, s. 109 -111).
Şəkər çuğunduru (Beta saccharifera ) ikiillik bitki olduğu üç-
ün birinci ili yarpaq və şirəli kökümeyvə əmələ gətirir, ikinci ili
10
isə zoğ verərək çiçəkləyir və meyvəsini verir (yəni toxumunu).
Bəzən həyatının birinci ilində çiçək verən bitkilərə də təsadüf
edilir. Belə hal adətən yarovizasiya və işıq mərhələsini birinci
ildə keçirən bitkilərdə rast gəlinir.
Şəkər çuğundurunun yarpaqları kökün üzərində rozet şəklində
düzülür. Yarpaq ayası enli, saplaqları isə uzun olur. Hər bitkidə
50-
90 ədəd yarpaq əmələ gəlir. Yarpağın ömrü 25-70 gün arasında
dəyişir. İlk yarpaqların ayası dəyirmi, sonrakılar isə uzunsov -
ürəkvari olur. Bir bitki 3000 m
2
yarpaq səthi əmələ gətirə bilər.
Bitkinin həyatının ikinci ilində kökümeyvədə əvvəlcə rozet
yarpaqlar, sonralar isə yarpaqlı zoğlar əmələ gəlir. Zoğun aşağı
hissəsində yarpaqlar iri, yuxarı hissəsində isə xırda olur. Ən
keyfiyyətli yarpaqlar orta müddətdə (iyul ayında) əmələ gələnlərdi
ki, sürətli böyüməsinə baxmayaraq 60-70 gün ömür edirlər. İlk
yarpaqlar 20-
25 gündən sonra məhv olur. Əsas yarpaqların əmələ
gəlməsi və inkişafı bütün kökümeyvəli bitkilərdə eynidir. Lakin
quruluşuna görə hətta bir-birinə yaxın olan növlər də kəskin
fərqlənirlər.
Bitkinin yerüstü hissəsinin artması ilə bərabər, kökün
inkişafı, onda karbohidratların və başqa maddələrin toplanma
prosesi də başlanır. Ehtiyat maddələrin mənimsənilməsi torpağın
aşağı qatlarına işləyən xırda kök telləri (yan köklər) vasitəsi ilə
gedir.
Yankoklər əvvəlcə torpağın üst, sonralar isə dərin qat-
larında əmələ gəlir. Bitkinin iki-üç cüt həqiqi yarpaqlar fazasında
yan kokcüklər üfiqi istiqamətdə 10-15 sm-ə kimi uzanır. Bu
köklər üzərində külli miqdar kök tükçükləri yaranır.
Digər meyvəköklərdə olduğu kimi bitkinin boyatma dövründə
kök sisteminin quruluşunda növbələşmə əmələ gəlir. Kökün ilkin
quruluşu cücərti fazasında bir cüt əsl yarpaq fazasının xüsusiy-
yətlərini əks etdirir. Bu dövrdə cavan kökün en kəsiyində aşa-
ğıdakı hissələri asanlıqla aşkar etmək mümkündür. İbtidai qabıq
və bunun əhatə etdiyi silindrik həqiqi yarpaqlar əmələ gəldikcə
kökdə dəyişiklər baş verir. Bu dəyişiklər ikinci struktur dəyişik-
ləridir. Mərkəzi silindirdə ilkin alt qabıq altında kambi hüceyrələri
Dostları ilə paylaş: |