23
sərf olunur. Buna görə də həmin dövrdə kökümeyvədə şəkərin
toplanması nisbətən zəif gedir. Əsas çuğundurçuluq rayonlarında
İyun ayının ortalarında kökümeyvənin kütləsi 100-120 qrama
çatır və burada şəkərin miqdarı 10- 12 %-i keçmir. Şimal rayon-
larına nisbətən, cənub çuğundurçuluq rayonlarında kökümeyvədə
şəkərin toplanması 15-20 gün tez baş verir.
Assimilysiya səthinin ən yüksək nöqtəsi, kökümeyvədə şəkər
toplanmasının intensivləşməsinin artmasına müvafiq olur. Bun-
dan sonra şəkər toplanışı get-gedə artır və sonra tədricən azal-
mağa başlayır. Bu dövrdə fotosintez məhsulları əsasən kökü-
meyvənin boyverməsinə, quru maddənin, o cümlədən şəkərin top-
lan
masına sərf edilir.
Ətraf mühit amillərində münasibəti və ya şəkər çuğundu-
runun ekologiyası. Şəkər çuğundurunun boyatma və inkişafının
intensivliyi və bir də onun məhsuldarlıq həddi bir çox ətraf mühit
amillərindən asılıdır ki, bunlardan temperatur həddi, nəmlik, qida
maddələri və işıq həlledici amillərdir, inkişafı müəyyən edənlər-
dir. Şəkər çuğundurunun birinci il həyat fəaliyyəti dövründə onun
boyatması və inkişafı, xarici amillərə münasibəti bütün vegetasiya
müddətində bu və ya digər tərəfə doğru dəyişir.
Тemperatura münasibəti. Şəkər çuğunduru mötədil isti
iqlim bitkisidir. Bitkinin ilk həyatında yaxşı boyverməsi və inki-
şafı, şəkər toplanmasından ötrü 18-23
0
C daha əlverişlidir. Ancaq
buna baxmayaraq, şəkər çuğundurunun boyverməsi çox böyük
temperatur fasiləsində baş verə bilir. Əksər tədqiqatçıların fikrincə
8
0
C-
dən 30
0
C-
yə qədər temperatur yarpaqların intensiv boyver-
məsi, kökümeyvənin iriləşməsi və onda şəkərin toplanması üçün
kifayətdir.
Şəkər çuğundurunun temperatura münasibəti bitkinin yaşın-
dan,
torpaq-
iqlim şəraitindən də asılıdır. Artıq 2-3
0
C tempe-
raturda toxumun şişməsi və cücərməsi mümkündür. Ancaq,
bilmək lazımdır ki, belə aşağı temperatur şəraitində cücərtilərin,
özü də zəifləmiş cücərtilərin torpaq səthinə çıxması üçün 45-60
gün tələb olunur. Əgər toxumun çücərmə temperaturunu 6-8
0
C
götürsək, o zaman cücərtilərin torpaq səthinə çıxması üçün cəmisi
25
bitki arasıkəsilmədən işıqda saxlanıldıqda çuğundurun birinçi il
vegetasiyasında çiçək verən bitkilərin miqdarı artır.
Nəmliyə tələbatı. Şəkər çuğunduru nisbətən quraqlığa
davamlı bitkidir. Bu bitki nəmliyi qənaətlə istifadə edir: məhsulun
hər bir quru maddə vahidinə 350-450 su vahidi sərf olunur. Bu
rəqəm bir çox tarla bitkilərin su tələbat rəqəmindən xeyli azdır.
Ancaq qeyd edilməlidir ki, şəkər çuğundurunun sahə vahidindən
sərf etdiyi su miqdarı əksər dənli taxıl bitkilərinin sərfiyyatından
1,5-
2 dəfə çoxdur. Belə ki,
bu bitki sahə vahidindən arpa, vələmir,
buğda və s. bitkilərindən 1,5-2 dəfə çox quru maddə formalaş-
dırır. Buna görə də bu bitki nisbətən az transpirasiya əmsalına
malik
olsa da çuğundur tarlasının hər hektarının ümumi su sərfiy-
yatı dənli - taxıl bitkiləri tarlasındakından xeyli çoxdur.
Bununla yanaşı qeyd edilməlidir ki, bitkinin inkişafının istə-
nilən dövründə nəmliyin çatışmaması fizioloji prosesləri poz-
maqla yarpaq v
ə kökümeyvənin boyvermə tempini aşağı salır.
Тoxumun şişməsi və cücərməyə başlaması üçün şəkər çuğun-
duru torpağın üst qatında (0-10 sm) nəmliyin çox olmasına böyük
tələbat göstərir. Тoxumun şişib, cücərməyə başlaması üçün toxum
yumaqçığı (meyvə fındıqcıq) öz kütləsinin 150-170%-i qədər
nəmlik hopdurmalıdır.
Şəkər çuğundurunun ikinci ildə (toxumluqlar) suya tələbatı
birinci ildəkindən tam fərqlənir. Тoxumluq çuğundurun boyvermə
və inkişafında yerüstü hissə kök sisteminin inkişafından sürətli
olub, onu xeyl
i qabaqlayır. Bu qeyri-adi inkişaf toxumluqların
suya kəskin tələbatında özünü göstərir. Тoxumluqların əlverişli
boyatması və inkişafı üçün 0-50 sm dərinlikdə torpağın ən az
nəmlik həddinin (ТƏANH) 70-100%-i qədər nəmlik olmalıdır. Bu
həddin 70% - dən aşağı düşməsi gövdələrin boyverməsini dayan-
dırır, əksinə, bu həddin 100%-dən artıq olması toxum məhsulunun
kəskin surətdə aşağı düşməsinə səbəb olur. Şəkər çuğundurunun
birillik əkinlərinə nisbətən toxumluq sahələri nəmlik çatışmaz-
lığından (quraqlıqdan - dəmyədə) daha çox ziyan çəkir. Dəmyə
şəraitdə çuğundurun toxumluq əkinlərinin məhsuldarlığı vegeta-