11
formalaşır, bunlar sonralar kambi halqasına çevrilir. O da öz növ-
bəsində mərkəz istiqamətində ilkin oduncağı yaradır, qıraqlarında
isə ikinci alt qabıq əmələ gəlir. Alt qabıq isə öz növbəsində ikinci
qabığı yaradır. Bu da tədricən yoğunlaşaraq, birinci qabığı – epi-
de
rmanı (örtük toxumasını) yırtıb dağıdır. Həmin dəyişiklər kö-
kün qabıqdan çıxmasına gətirib çıxarır.
K
ökün üçüncü quruluşu, ikinci kambi halqasının ikinci qabıq
hüceyrələrində parenximin yaranması ilə əlaqədardır. Bu prosesin
başa çatması ilə üçüncü halqa yaranır, bundan sonra dördüncü və
s. əmələ gəlir. Beləliklə, ardıcıl olaraq, axırıncı dəyişən kambi
ha
lqalarının fəaliyyəti nəticəsində kökümeyvədə 8-10 konsentrik
təbəqələr törəyir ki, bunların da paranximində şəkər toplanır.
Kökün quruluşunda baş verən dəyişikliklərlə bərabər, kök
sistemində dərinə və yanlara intensiv boyvermədə davam edir.
Yaşlı bitkilərdə yan köklərin üfiqi istiqamətdə 100-120 sm, əsas
kök isə 2-2,5 m dərinə işləyə bilir. Kök sisteminin inkişafının
intensivliyi becərmə şəraiti və bitkinin sort xüsusiyyətlərindən
asılıdır.
Mədəni çuğundurun kökümeyvəsi iri olub 0,3-0,5 kq (bəzən
2-8 kq)
şəkərliyi 18-22%, bəzən də 24-25% olur. Meyvəkökü ağ
rəngli və konus şəkillidir. Meyvəkökü üç hissədən ibarətdir: a)
yarpaq rozetinin yerləşdiyi-
başcıq; b) tumurcuqları və yan
kökləri
olmayan-
boyuncuq
; v) yan köklərin meyvəyə birləşdiyi ən aşağı
hissə-
quyruqcuq.
Başcıq - kökün gövdə tipli hissəsidir ki, üzərində yarpaq
rozeti və tumurcuqlar əmələ gəlir. Bitkinin böyümə konusu
başcığın mərkəzində yerləşir. Əksər kökümeyvəlilərdə başcıq
bütün
lüklə torpaq səthində inkişaf edir. Qidalılıq cəhətcə zəif olur
və tez oduncaqlaşır.
Boyun -
toxumun rüşeyminin ləpəaltı dizciyinin böyüməsin-
dən irəli gəlir, başcıqla xüsusi kök arasında yerləşir və kökü-
meyvənin ən zəngin hissəsi hesab edilir. Normal şəraitdə boyun
üzərində nə kök, nə də yarpaq olmur. Ancaq səpin dərin apa-
rıldıqda ləpəaltı dizciyin qüvvətli inkişafı nəticəsində boyunun