HÜMBƏTOV H. S. ŞABANOV M. C.
VERDİYEVA R. C.
ŞİRƏLİ YEM BİTKİLƏRİ
(
dərs vəsaiti)
Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 - cü il
tarixli 323
saylı əmrinə əsasən dərs vəsaiti kimi təsdiq edilib qrif
verilmişdir
BAKI “NURLAN” 2013
2
Elmi redaktor:
Az ETTİ- nin Fiziologoya və biokimya laboratori-
ya
sının müdiri, k/t elmləri doktoru Yusifov M. A.
Rəy verənlər:
AMEA Genetik Ehtiyyatlar İnstitunun Texniki yem və dərman
bitkiləri
laboratoriya
sının müdiri, k/t elmləri doktoru Əsədli Ş. İ.
GDPU-
nin Botanika kafedrasının müdiri, biologiya elmləri dok-
toru,
əməkdar elm xadimi, professor Novruzov V. S.
Az
ETHİ-nin direktoru, k/t üzrə elmlər doktoru Balakişiyev M. Q.
ADAU - nun
Meyvə - tərəvəzçilik və üzümçülük kafedrasının
professoru, k/t. e. d.,
əməkdar müəllim Əliyev Ş. A.
Hümbətov H. S., Şabanov M. C., Verdiyeva R. C. Şirəli yem
bitki
ləri.
Bakı: “ Nurlan” nəşriyyat-poliqrafiya müəssisəsi 2013, 152 s.
şəkilli
Vəsaitdə əsas şirəli yem bitkilərinin botaniki-morfoloji, bioloji
xüsusiy
yətləri, becərilmə texnologiyası, təsərrüfat əhəmiyyəti, inkişaf
tarixi,
şirəli yemlərin istehsal formaları, mövcud şirəli yem bitkilərinin
istehsalın başqa sahələri ilə əlaqəsi, məhsuldarlığı, biokimyəvi tərkibi,
seleksiyası, toxumçuluğu, yem tədarükü, şirəli yem bitkilərinin inkişaf
perspektivləri bir sözlə, şirəli yem istehsalının bütün sahələri üzrə
olmasa da bir sıra prinsipial məsələlərə dair ətraflı məlumat verilmişdir.
D
ərs vəsaiti əsasən ali və orta ixtisas məktəblərinin tələbələri və
magis
trantları üçün nəzərdə tutulmuşdur. Lakin, ondan aqronomlar,
fermerl
ər, yem istehsalı sahəsində çalışanlar və şirəli yem məhsulları
istehsalı ilə maraqlanan hər bir oxucu faydalana bilər.
2013
098
12
3701000000
−
−
N
qrifli nəşr ©
Hümbətov, Şabanov
,
Verdiyeva 2013
3
GİRİŞ
Mövcud təbii-tarixi dəlillər, müasir bioloji və geoloji tədqiqat
işlərinin nəticəsi Azərbaycanda heyvandarlığın və əkinçiliyin çox
qədimdən təşəkkül tapdığını göstərir.
Azərbaycanda hələ mis-tunc dövründə əkinçilik və heyvan-
dar
lıqla məşğul olmuşlar. V-VI əsrdə istehsal münasibətlərinin in-
ki
şafı ilə əlaqədar olaraq əkinçilik və heyvandarlıq daha da inkişaf
etmişdir.
Tarixçilərin və səyyahların göstərdiklərinə görə VI-X əsrlər
arasında bu ölkənin kənd təsərrüfatında bağçılıq və pambıqçılıq
böyük yer tutmuşdur. Bununla əlaqədar olaraq suvarılan torpaq və
dənli bitkilərin əkin sahələri xeyli genişlənmişdir. Taxılçılığın
inkişafı öz növbəsində heyvandarlığa və yemçiliyə müsbət təsir
göstərmişdir. Bu dövrdə
kənd təsərrüfatında heyvandarlıq mühüm
rol oynamağa başlamışdır ki, bu da yem bitkilərinin əkin sahəsi-
nin genişləndirilməsinə müəyyən təsir göstərmişdir.
Xüsusi mülkiyyət sahibi olan əkinçilər və maldarlar öz mal-
qarasının ehtiyacını ödəmək məqsədi ilə də olsa, təbii yem mənbə-
lərindən, dənli bitkilərin küləşindən (samanından), bəzi növlərin
dənindən, unundan, çörəyindən istifadə etməklə yanaşı, müxtəlif
yem bitkisi sortlarının əkin sahəsinin daha dagenişləndirilməsinə
və onların əkin sahələrindən bol yem tədarük etmək məsələsinə
ciddi fikir vermişlər. Beləliklə, həmin dövrdə yem istehsalı əvvəl-
ki dövrlərə nisbətən müqayisəolunmaz dərəcədə artmışdırki, bu
da Azərbaycanda müasir yemçiliyin inkişafı üçün zəmin yaratmış-
dır.
Qədim dövrlərdə təbii yem ehtiyatından istifadə edərək ilin
müəyyən vaxtlarında tövlə şəraitində saxlanan mal-qaranı yemlə-
mək üçün ot toplamaq işi, maldarlıqla məşğul olan insanlardan
ötrü böyük vərdişə çevrilmiş, heyvanları hazır yemlə təmin etmək
üçün təbii biçənəklərdən ot toplamaq vacib bir peşə olmuşdur.
Maldarlığın ilk inkişafı dövründə, yəni sadə yem istehsalı
zamanı, təbii şəraitdəki yem ehtiyatı mal-qaranın tələbini ödədi-
yinə görə yem bitkilərinin becərilməsi ilə maraqlanmağa ehtiyac
4
olmamışdır. Sonralar kənd təsərrüfatının, o cümlədən heyvandar-
lığın inkişafı ilə əlaqədar olaraq, adi ot tədarükündən başlanan
sadə yem istehsalı işi, istehsalın və elmin mühüm sahələrindən bi-
ri
nə çevrilmişdir.
Ölkəmizdə mədəni yemçiliyin əsil mənada inkişafına isə son
dövrlərdə başlanmışdır. Müstəqillik dövründə yemçilik, elmin
müx
təlif sahələri ilə düzgün əlaqələndirilmiş və kənd təsərrüfatı
elminin mühüm bir sahəsi kimi geniş inkişaf tapmışdır.
Yemçiliyin qarşısında duran vəzifələrdən biri kompleks
elmi-
texniki və təşkilati tədbirləri həyata keçirməklə, təbii və süni
yem mənbələrini yaxşılaşdırmaq yolu ilə onların məhsuldarlığını
artırmaqdan və yüksək məhsul götürməkdən ibarətdir. Bu vəzi-
fələr daimi inkişafda olan heyvandarlığın yem istehsalına olan
gündəlik tələbatından doğur. Bu cəhətdən heyvandarlığın inkişaf
etdirilməsində və yem bazasının möhkəmləndirilməsində şirəli
ye
m bitkilərinin böyük
rolu vardır. Belə ki, bu bitkilərin ətli-şirə-
li hissələri, yaşıl kütləsi, quru otu, samanı və silosu yüksək yem
keyfiyyətinə malikdir. Şirəli yem bitkiləri zülallarla, proteinlə,
ya
ğla, müxtəlif vitaminlərlə və mineral maddələrlə zəngindir.
Şirəli yem bitkilərinin, təkcə kökümeyvələri deyil, yerüstü
küt
lələri (bəlimləri), həmçinin quru otları da yüksək qidalılıq
dəyərinə malikdir.
Az
ərbaycanda kökümeyvəli və köküyumrulu şirəli yemlərdən
başqa yem məqsədi ilə bəzi bostan bitkiləri də (yem qarpızı, yem
qabağı, göy qabaq, qovun) becərilir və onlar da şirəli yem bitkiləri
qrupuna aid edilir. Bu bostan bitkil
əri yemçilik təsərrüfatını inki-
şaf etdirməkdə xeyli rol oynayır. Şirəli yem bitkilərinin əsas nü-
may
əndələri: şəkər və yem çuğunduru, yerkökü, şalğam, yem tur-
pu (turneps), yemlik kartof, yerarmudu (topinambur), yem k
ələmi
v
ə başqalarıdır. Bu bitkilərin geniş sahələrdə becərilməsi işinə
40-
cı illərdən sonra başlanılmısdır. Azərbaycanın bir sıra rayon-
larında bu bitkilərin becərilməsi sahəsində müəyyən təcrübə əldə
edilmişdir. Şəmkir, Tovuz, Qazax, Naxçıvan MR və başqa rayon-
ların qabaqcıl fermer təsərrüfatlarında şirəli yem bitkilərinin əkin
sahəsindən yüksək məhsul götürülür.
Dostları ilə paylaş: |