Nə etmək lazımdır



Yüklə 0,61 Mb.
səhifə1/18
tarix22.02.2023
ölçüsü0,61 Mb.
#101229
  1   2   3   4   5   6   7   8   9   ...   18
UNEC 1676920312


GİRİŞ

Elektronika – yüklü zərrəciklərin elektromaqnit sahələri ilə qarşılıqlı əlaqəsi və əsasən informasiyanın ötürülməsi, emalı və saxlanması üçün istifadə olunan elektron cihaz və qurğuların yaradılması metodları haqqında elmdir.


Mikroelektronika – elektronikanın inteqral sxemlərin tədqiqi, hazırlanması və istehsalı ilə bağlı olan sahəsi olmaqla diskret asma elektron elementlərin: kondensatorların, rezistorların, diodların və s. istisnası hesabına yüksək miniatürləşdirmə dərəcəsinə malik mürəkkəb, etibarlı elektron sistemlərin layihələndirilməsinin və hazırlanmasının müasir konstruktor və sxemotexniki metodlarının istehsalına əsaslanır. Diskret asma elementlərin əvəzinə vahid texnoloji tsikldə, bir daşıyıcı konstruksiya (altlıq) üzərində hazırlanan və informasiyanın çevrilməsində müəyyən funksiyanı yerinə yetirən, bir qayda olaraq, çoxlu sayda qarşılıqlı əlaqəli komponentlərin cəmindən istifadə edilir ki, bu da integral mikrosxemləri (İMS) təşkil edir.
Mikroelektronikanın problemlərini həll etmək üçün fizikanın, kimyanın, radiotexnikanın, riyaziyyatın, biologiyanın, cihazqayırmanın və digər elm və texnika sahələrinin son nailiyyətlərindən istifadə edilir.
Elektronika və mikroelektronika sahəsində məqsədyönlü fəaliyyət üçün elektronların və digər yüklü və neytral zərrəciklərin məlum aqreqat vəziyyətlərindən istənilən birində olan maddə ilə qarşılıqlı əlaqəsi zamanı baş verən prosesləri; bərk cisim fizikasının və fiziki kimyanın əsaslarını; kristalloqrafiyanı; bütövlükdə materiallar haqqında elmi və qismən materialşünaslığı; elementar zərrəciklər və plazma fizikasını və s. tədqiq etmək və bu bilikləri real mövcud olan cihazların yaradılması üçün təcrübədə tətbiq etməyi bacarmaq lazımdır. Elektronika və onun mikro- və nanoelektronika kimi bölmələri nə etmək lazımdır problemi ilə, yəni cihaz, aparat və sistem məsələləri ilə məşğul olur. Əsas fəaliyyət sahəsi – element bazasının yaradılmasıdır.
Cihazın və bütün elektron aparat hissəsinin hazırlanması, yəni bunu necə etməli, bu element bazasını praktiki necə reallaşdırmalı problemi ilə müvafiq olaraq elektronika, mikro- və nanoelektronikaya bölünən texnologiya məşğul olur. Nanotexnologiya özü kifayət qədər geniş anlayışdır və maddənin nanoölçü vəziyyəti ilə bağlı olan bütün texnologiya buna aid edilə bilər.
Hazırda mikroelektronikada aşağıdakı nisbətən müstəqil, lakin öz aralarında sıx əlaqəli istiqamətləri ayırmaq olar.
1. Mikroelektron cihazların iş prinsiplərinin əsasında dayanan fiziki hadisələrin və effektlərin öyrənilməsi ilə bağlı olan istiqamət, və ya mikroelektronikanın fiziki əsasları.
Kvant mexanikasının, statistik fizikanın, bərk cisim fizikasının, kontaktlar fizikasının, nazik təbəqələr fizikasının əsas müddəaları və fizikanın və fiziki kimyanın digər bölmələri bu istiqamətin təməlini təşkil edir.
2. Mikroelektron elementlərin, sxem və qurğuların hesablanması və konstruksiya edilməsi metodlarının işlənib hazırlanması ilə bağlı olan istiqamət.
3. Mikrosxemlərin və qurğuların fiziki-texnoloji istehsal bazasının yaradılması ilə bağlı istiqamət, yaxud mikroelektron texnologiyası. Bu istiqamətin əsasını bərk cisim fizikası, təbəqələrin çəkilmə texnikası, şüalanmaların bərk cisimlə qarşılıqlı əlaqə nəzəriyyəsi təşkil edir.
4. Mikroelektronikanın sxemotexniki bazasının yaradılması ilə bağlı istiqamət - microelektron sxemotexnikası.
5. Mikroelektron sistemlərin layihələndirilməsinin metod və vasitələrinin yaradılması ilə bağlı istiqamət - mikroelektron sistemotexnika.

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə