60
Yem çuğunduru işıqlı, uzun günlərdə daha yaxşı böyüyüb
inkişaf edir. Bununla əlaqədar yem çuğunduru şimala doğru kifa-
yət qədər inkişaf etmişdir.
Yem çuğundurunun toxumları 2-5
0
C temperaturda cücərmə
qabiliyyətinə malikdir. Cücərtiləri 6-7
0
C temperaturda inkişaf
edə bilirlər.12-15
0
C onların inkişafı üçün daha yaxşı hesab edi-
lir.
Belə temperaturda daha müntəzəm cücərtilər alınır. Cücərtilər
- 4-5
0
C yaz şaxtalarına yaxşı dözür. Yem çuğundurunun
yarpaq
və kökümeyvələrinin daha yaxşı inkişaf etməsi üçün 15-20
0
C
temperatur daha əlverişli hesab edlir.
Payızda havanın orta sutkalıq temperaturu 6
0
C-
dək endikdə
yem çuğundurunun böyüməsi dayanır.
Yaşlı bitkilərin yarpaqları səhərin qısa müddətli şaxtalarına (-
6
0
C-
dək) dayanır. Torpaqdan qazılıb çıxarılmış və açıq yerlərdə
saxlanan kökümeyvəsi isə -2
0
C-
də zərər çəkir və saxlanmaq üçün
yararsız hala düşür.
Yem çuğundurunun kökümeyvə məhsulunun normal forma-
laşması üçün sortların xüsusiyyətindən asılı olaraq vegetasiya
müddətində 1500-2400
0
C aktiv temperatur lazımdır.
Yem çuğun-
duru əkin qatı qalın olan münbit torpaqları sevir.
So
rtları. Kökümeyvəsinin formasına görə yem çuğunduru
sortları 4 qrupa bölünür: kisəşəkilli (silindir şəkilli), uzadılmış-
oval, konusşəkilli və kürəvi formalı.
Silindrşəkilli kökümeyvəsi olan sortlarda kökümeyvəsinin
boyuncuq hissəsi güclü inkişaf etmiş olur. Bu tip sortların
kökümeyvələrinin 1/4-1/ 5 hissəsi torpaqla örtülmüş olur ki, bu da
əllə yığımı asanlaşdırır. Bu tip sortlar kök sistemlərinin zəif
inkişaf etdiyinə və yarpaqları az (18-20 %) olduğuna görə nəmlik
çatışmazlığına dözmürlər, az miqdarda (10-13%) quru maddə
əmələ gətirirlər. Bu qrup sortlar istehsalatda geniş yayılmışlar. Bu
qrupun rayonlaşdırılmış sort və hibridlərindən “Tmiryazev birto-
xumlusu” nu, “Ursuz poli” ni,
“Sarı Ekkendorf” sortlarını (
Şəkil
5, s. 113
)
göstərmək olar (düzgün aqrotexnikada sarı Ekkendorf
sortu һər һektardan 1000 -1300 sentnerə qədər şirəli və zərif lətli
iri kök verir).
61
Uzadılmış-oval formalı kökümeyvəsi olan sortların kökü-
meyvələrinin 1/3 hissəsi və daha çox hissəsi torpaqla örtülü olur.
Kökümeyvənin qabığı normal və açıq-sarı, ətli hissəsi isə ağ və
sarımtıl olur. Kökümeyvələrində 12-15 % quru maddə toplanır.
Bu qrupun rayonlaşdırılmış sort və hibridlərindən
“Maqnum”,
“Marşal”, “Şimal narıncı ”, “Titan poli”, “Sentaur poli” və s.
gös
tərmək olar.
Konusşəkilli kökümeyvəsi olan sortlar əsasən yarımşəkərli
sortlardır. Tipik yem çuğunduru sortları isə müqayisədə bunlar
daha çox (13-
19%) quru maddə əmələ gətirirlər. Yarımşəkərli
sort
lar yemlik və şəkərlik sortlara nisbətən sahə vahidindən daha
çox quru maddə əmələ gətirirlər. Bu sortların çoxunu şəkər
çuğunduru becərən kompleks maşınlarla becərmək və yığmaq
olar. Bu qrupda birtoxumlu sortlar da vardır. Ən çox yayılan
sortlarından
“Jodinka”,“Lan”,“Çəhrayı yarımşəkərli”-ni və s.
gös
tərmək olar.
Kürəvi formada kökümeyvə əmələ gətirən sortların kökü-
meyvəsinin daha çox hissəsi torpağın üstündə yerləşir. Bunların
tərkibində 15-17 % quru maddə toplanır. Dairəvi şəkərli - 0143
sortu Rusiya və Qazaxıstanda becərilməsi üçün tövsiyə edilmişdir.
Barres sortu- konus fo
rmalı kökə malik yüksək məһsuldar,
geniş yayılmış sortdur. Fransadan gətirilmiş, Danimarkada yaxşı-
laşdırılmış və Qərbi Avropada geniş yayılmışdır. Kökümeyvəsi
narıncı və ya açıq-narıncı rənglidir. Ətli hissəsi suludur, en
kəsiyində yaxşı görsənən sarı rəngli halqalar və ya nöqtələr vardır.
Yerə yatımlılıq dərəcəsi yaxşıdır. Dərin şum һorizontlu torpaq-
larda daһa yaxşı inkişaf edir.
Aqrotexniki xüsusiyyətləri: yem çuğundurundan daha çox
məhsul fermayanı növbəli əkinlərdən əldə olunur. Ona görə ki,
burada o
nlara daha yüksək normada üzvi gübrə (peyin) vermək
mümkün olur. Peyinin daşınmasına çəkilən xərclər az olduğundan
daha artıq xalis gəlir əldə etmək olar. Yüksək məhsul yuyulmuş
torpaqlarda və tərəvəz növbəli əkinlərində də alınır. Yem
çuğundurunu subasar yerlərdə və münbit saһələrdə, tarla növbəli
əkinlərində saһələr fermaya yaxın olduqda şumlanmış əkin yerinə