83
II FƏSİL. KÖKÜYUMRULU BİTKİLƏR
2.1.
KARTOF
Köküyumrulu bitkilər qrupuna kartof
(Solanum tuberosum
L.), topinambur
(Helinathus tuberosus L.), batat
(İpomoea bata-
tas Lam.), maniok
(Manihot esculenta Crantz.), yams
(Dioscorea
alata L.), taro
(Colocasia antiquorum L.) daxildir.
Bunlardan
Azərbaycanda ən çox əkilib becəriləni və xüsusi əhəmiyyət kəsb
edəni kartofdur
(Şəkil 13, s. 121).
Kartof
un əhəmiyyəti. Kartof mühüm kənd təsərrüfatı bitki-
sidir. Dünya bitkiçilik məhsulları istehsalında o, çəltik, buğda və
qarğıdalıdan
sonra birinci yeri tutur.
Kartof yumrularında 25% quru maddə 14-22% nişasta, 1,4-
3% zülal, 1%-
ə yaxın sellüloz, 0,3% yağ və 0,8-1% kül
elementləri, C, B (B
1
, B
2
, B
6
), PP, K vitaminləri və karotinoidlər
vardır. Xüsusilə təzə yumrular vitaminlə zəngindir.
Kartof hərtərəfli istifadə olunan bitkidir. Bu bitki insanların
qidalanması üçün çox vacib ərzaq məhsuludur. Onu haqlı olaraq
ikinci çörək adlandırırlar.
Kartof heyvanlar üçün yaxşı yemdir. Yumrularıından bişmiş
və ya çiy formada heyvanların yemləndirilməsində istifadə edilir.
Yerüstü kütləsini siloslaşdırırlar. Yumruların hər sentnerində 29,5,
yaşıl kütləsində isə 8,5 yem vahidi vardır. Yumrular həm də
sənayedə müxtəlif məhsulların alınması üçün qiymətli
xammaldır. Ondan spirt, nişasta, dekstrin, qlükoza, kauçuk və s.
alınır. Kartofdan alınan nişasta yeyinti, toxuculuq və kağız
sənayesində əvəzsizdir.
Tərkibində 17,6% nişasta olan bir ton yumrulardan 112 litr
spirt, 55
kq maye karbo
nat turşusu, 170 kq nişasta, 80 kq qlükoza,
1500 litr barda (cecə), 1000 kq əzinti (mezqa), 0,39 litr sivuş
yağı, 17 kq sintetik kauçuk və s. alınır. Kartofun hər 100 qramında
25
mq C vitam
ini vardır. O, həm də yaxşı sələf bitkisidir.
Cərgəarası becərilən bitki kimi özündən sonra torpaq yumşaq və
85
etmişdir (cədvəl 3).
Kartofun hər hektarında 120 sentnerdən aşağı
məhsul götürülərsə deməli təsərrüfat zərərlə işləyir.
Cədvəl 3
2009-2010-
cu illərdə Azərbaycanda ən
çox kartof əkilən
rayonlarda
kartofçuluğun vəziyyəti
Rayonlar
Əkin sahəsi,
ha-la
Məhsul istehsalı,
tonla
Məhsuldarlığı,
s/ha - la
2009
2010
2009
2010
2009
2010
Gədəbəy 12985
13095
200 009
208778
154
159
Cəlilabad 7745
5032
221 197
79093
286
157
Şəmkir
6188
6357
103 916
106556
168
168
Tovuz
4913
8409
97 000
221394
180
263
Azərb.-
da cəmi:
65569
65798
982979
953710
149
145
Biolo
ji xüsusiyyətləri. Vegetasiya müddətində kartofun inki-
şafını şərti olaraq 3 dövrə bölürlər.
1-ci -
çıxışdan çiçəkləmənin başlanğıcına qədər. Bu etapda
əsasən yerüstü kütlə inkişaf edir. Yumruların inkişafı isə zəifdir.
2-ci -
çiçəkləmədən yerüstü kütlənin inkişafının dayanmasına
qədər. Bu vaxt yumruların intensiv inkişaf dövrüdür.
3-cü -
yerüstü kütlənin inkişafı dayanır, kütlə tam soluxur. Bu
müddətdə də yumruların böyüməsi davam edir.
1-
ci dövrdə vegetasiya müddəti tez yetişən sortlarda 27-36
gün, or
ta yetişənlərdə 38 gün, gec yetişənlərdə isə 46-48 gündür.
2-
ci və 3-cü dövrdə müvafiq olaraq 26-28, 34-36 və 43-45
gündür.
Əsas kök yumrusu 2-ci dövrdə (məhsulun təxminən 65-75%)
toplanır.
Ümumiyyətlə isə kartofun inkişafı 5 dövrə bölünür: I - cücər-
ti
lər alındıqdan çıxışa qədər olan dövr; II - çıxışlar alındıqdan
generativ orqanların (qönçələrin) əmələ gəlməsinə qədər olan
dövr; III -
qönçələmədən çiçəkləməyə qədər olan dövr; IV -
çiçəkləmədən yerüstü kütlənin böyüməsinin dayanmasına qədər