88
Hava və suyu yaxşı keçirən torpaqlarda kartof tez inkişaf edir və
daha iri yumrular əmələ gətirir. Respublikamızın kartofçuluq
rayonlarında əsas şum 25-30 sm dərinliyində ön kotancıqlı kotanla
aparılır. Əsas şum zamanı şumaltı qatı yumşaltmaq üçün kotana
torpaqdərinləşdirici də bərkitmək olar. Payızlıq dənli-taxıl bitki-
lərindən sonra tarla 6-8 sm dərinliyində üzlənir. Alaqlar cücər-
dikdən sonra 8-10 sm dərinliyində 2-ci üzləmə aparılır. Şum altına
15-20 ton/ha peyin, 2-3 sentner surepfosfat, 2-3 sentner kül, 1-2
kq manqan-
sulfat verilir. Payız-qış aylarında şum qatındakı nəm-
lik qorunub saxlanır. Erkən yazda tarlada traktorun işləməsi müm-
kün olduğu vaxt tarla malalanır. Bir neçə gündən sonra 10-12 sm
dərinliyində kultivasiya çəkilib torpaq yumşaldılır və daha sonra
malalanıb hamarlanır. Əsas şumdan sonra yaza qədər torpaq çox
kipləşibsə, yazda əsas şumun köndələninə 3-5 sm dərinliyində
təkrar şumlama aparılır. Bəzən təkrar şum əvəzinə 13-15 sm
dərinliyində çizellə də yumşaldıla bilər. Hər iki tədbirdən sonra
sahə dərhal malalanmalıdır.
Gübrələmə. Kartof gübrəyə tələbkar bitkidir. Üzvi və mine-
ral gübrə verməklə məhsuldarlığı əhəmiyyətli dərəcədə artırmaq
mümkündür. Kartof torpaqdan hər
ton yumru və ona müvafiq
yerüstü kütlə ilə 4-6 kq azot, 1,2-2
kq fosfor, 6-11
kq kalium, 2-4
kq kükürd, 2,5-
5 kq kalsium aparır. Azotun hesabına əlavə məhsul
artımı 58%, fosforun hesabına 22%, kaliumun hesabına isə 20%
düşür. Kartof əkinlərinə üzvi gübrələrdən
peyin verilməsi torpaq-
iqlim şəraitindən asılı olaraq hektara 20 tondan 100 tonadək
dəyişir.
Qumsal və gillicəli torpaqlarda yaşıl gübrə kimi paxlalı
bitkilərdən (lüpin) istifadə olunur.
Təkcə üzvi gübrə verilməsi kartofun qida elementlərinə olan
əsas tələbini (tam tələbini) vegetasiyanın başlanğıcında ödəmir.
Üzvi gübrə minerallaşıb asan həll olan birləşmələrə çevrilənə
qədər mineral gübrələrin kartofun məhsulunu artırmaqda rolu
böyükdür.
Fosfor və kalium gübrəsi əsas şum altına, azot və fosforun bir
hissəsi səpin zamanı verilir.