92
da (50-
70 qramlıq) zirvə hissəsi kəsilib əkilir.
Hektara əkin norması planlaşdırılan məhsuldarlıqdan asılı-
dır. Suvarılan aran rayonlarında hektardan 30-40 ton məhsul
götürülür. Bu halda hektara 2-
3 ton yumru əkilir (50-70 qramlıq
yumrulardan 41 min ədəd). Münbit qara torpaqlarda suvarılan
şəraitdə 50-60 t/ha məhsul alınır. Bu halda əkin materialından
istifadə etdikdə çalışmaq lazımdır ki, hektarda
normal sayda
gövdə olsun. Hektarda gövdələrin sayı yumrunun iriliyi və qida
sahəsindən asılıdır. Ən yaxşısı odur ki, hər hektarda 200-230 min
gövdə olmasını təmin edək. Əkin norması bilavasitə yumrunun
iriliyi və əkin sxemindən asılıdır. Hektara 4-5 ton yumru əkilir
(80-
100 qramlıq).
Əkin vaxtı. Adətən kartofu bioloji xüsusiyyətlərindən asılı
olaraq torpaqda 7-8
0
C istilik olduqda əkirlər, cücərtilər isə son
yaz şaxtaları keçdikdən sonra çıxır.
Azərbaycanın aran rayonlarında faraş kartofu fevralın 20 –
dən martın axırına qədər əkirlər. Bu qədər uzun əkin müddəti
olmasına baxmayaraq cücərtilər torpağın səthinə 8-10 apreldən
çıxmağa başlayır. Bununla belə 16-17 apreldə baş verən 0,2-0,5
0
C son yaz şaxtaları cücərtiləri və cavan bitkilərin yerüstü
hissəsini məhv edir. Ona görə faktiki olaraq açıq sahədə əkilmiş
kartofun vegetasiyası 19-20 apreldən başlayır. Hesablamalar
göstərir ki, hər gün əkinlərin gecikdirilməsi (optimal müddətdən
sonra) məhsuldarlığı hektardan 3-5 sentnerə qədər aşağı salır.
Erkən əkinlərdə yetişdirilmiş yumrularda möhkəm örtük toxu-
maları əmələ gəldiyinə görə onlar az zədələnir və yığım zamanı
yaxşı yüklənirlər. Adətən tezyetişən sortlar erkən, sonra
toxumluqlar və nəhayət gecyetişənlər əkilir. Əkinin fevraldan və
martın əvvəlindən başlanması böyük əkin sahələrini əkməyə vaxt
qazanmaq üçün əhəmiyyətlidir.
Əkinlərin gecikdirilməsi məhsulun azalmasına və keyfiy-
yətinin pisləşməsinə səbəb olur.
Azərbaycanda kartofun
yay əkinləri də böyük əhəmiyyət
kəsb edir. Yay əkinləri taxıl, bostan və dənli-paxlalı bitkilər yığıl-
dıqdan sonra iyulun 20-dən avqustun 10-na qədər keçirilir. Yay