89
Birinci yemləməni tam çıxışdan sonra, birinci becərmədən
gec olmayaraq hektara 20-
30 kq azot və 5-10 ton peyin şirəsi (4-5
dəfə su ilə duruldulmuş ) hesabı ilə aparmaq lazımdır.
Boz və qara torpaqlarda hektara 10-20 kq azot və 15-20 kq
fosfor verilir.
Xlorlu kalium gübrəsi kartof əkininə payızda şum altına veril-
məlidir ki, xlorun mənfi təsiri zərərsizləşsin.
Əgər kartof yüngül qranulometrik tərkibli torpaqlarda becə-
rilirsə, digər gübrələrlə yanaşı hektara 40-50 kq maqneziumlu
gübrə vermək lazımdır. Çünki bu həm məhsuldarlığı, həm də
yumrularda ni
şastanın miqdarını artırır.
Səpin qabağı yumruların 0,05%-li mikroelement (bor, sink,
mis, molibden) məhlulları ilə işlənilməsi müsbət nəticələr verərək,
məhsuldarlığı 12-15% artırır.
Əkin materialının səpinə hazırlanması. Başqa bitkilərə nis-
bətən kartofun məhsuldarlığı əsasən əkin materialının keyfiy-
yətindən çox asılıdır. Səpin üçün götürülən kartof yumruları to-
xumluq sahədə yüksək aqrotexnikada becərilmiş olmalıdır.
Payızda məhsul yığılarkən yumrular sağlamlığına və iriliyinə görə
seçilir. Toxum üçün
seçilmiş yumrular nazik qatla sərilib
qurudulur. Günəş altında yumrular yaşıllaşır. Bu cür hazırlanmış
yumrular anbarlarda yaza qədər saxlanılır. Yazda seçilərək
maşınla basdırıldığına görə kolibirlənir. Kolibirləşdirilmiş yum-
rular eyni vaxtda cücərti verir. Kolibirləşdirmə KCP-15, KCP-25
maşınlarında aprılır. 70-80 qramlıq yumrular daha keyfiyyətli
səpin materialı sayılır. Kütləsi 80 qr-dan ağır olan yumrular ərzaq
üçün istifadə olunur. Yazda yumrular işıqlı binada 10-12
0
C
temperaturda 30- 40 gün yarov
izasiya edilir. Binada havanın nisbi
rütubəti 80% olmalıdır.
Kartof yumruları yarovizasiyaya qoyulmamışdan qabaq
0,5%-
li formalinlə dərmanlanır. 5 dəqiqə formalində saxlanılan
yumrular 2 saat brezent materialda saxlanılır. Bu zaman xəstəlik
törədən göbələklərin sporları məhv olur. Sonra açıq havada
yumrular qurudulur. Dərmanlamaq üçün 1 ton yumruya 5-7 kq
90
hesabı ilə TMTD və ya 0,02%-li mis kuporosu məhlulundan isti-
fadə edilə bilər.
Əkindən qabaq yumrular zəif manqan-sulfat (0,15%-li), bor
turşusu sink-sulfat (0,05%), ammonium-molbidenat (0,05%),
kobalt-sulfat (0,01%-li), kalium-yod (0,01%-
li) məhlulları ilə
işlənir.
Yumruların əkinə hazırlanması, əkin müddəti, üsulu və
norması. Kartof əkinlərində sağlam, hamar və məhsuldar
yumrulardan istifadə olunması, intensiv texnologiyada kartof
istehsalını artırmağın vacib şərtlərindəndir. Əkin materialı kimi
toxumluq sort DST-a
(dövlət standartına) cavab verərək yumrular
bütün, sağlam, quru, təmiz və tipik olmalıdır. Əkin materialları
birinci sinif, qara ayaq, həlqəvi çürümə və gövdə nematodu ilə
yoluxmamalıdır. Belə əkin materiallarını, yəni yüksək məhsul
vermək potensiallına malik olan toxumları təsərrüfatın daxilində
təşkil etmək olar. Yumruların əkinə hazırlanması əsasən sortlaş-
dırma, çeşidləmə, havalandırıb qızdırmaq, cücərtmək, dərman-
lamaq, makro və mikroelementlərlə işləmək, boy tənzimləyicilərlə
(nizamlayıcı) işləmək və s.- dən ibarətdir. Yumruların sortlaşdırıl-
ması çeşidləmə məntəqələrində aparılır. 50-80 qr. kütləsi olan
yumrulardan əkin materialı kimi istifadə olunması bioloji və
iqtisadi cəhətdən daha çox məqsədə uyğun sayılır.
Yumruların əkinə hazırlanması üsulları çoxdur. Bunlar yum-
ruların bölünməsi, gözlərin üstündən kəsik açma, qızdırma, quru
cücərtmə, yumruların gübrələrlə işlənməsi, onların bakterial güb-
rələrlə işlənməsi və s.- dir.
Yumruları əkinə qədər 10 kq-lıq yeşiklərdə 2-3 qat yığaraq
0+2
0
C-
də seçilmədən və köçürmədən saxlayırlar: Bu halda yum-
rular cücərmir.
Məhsulun tez alınması üçün yuxarıda qeyd olunan üsullarla
yumrular əkinə hazırlanır. Habelə boy maddələri, qamma-şüalan-
ma və ultrasəslə də işləyirlər.
Yumruların bölünməsi çox vaxt və zəhmət tələb etdiyi üçün
məhdud halda tətbiq edilir, yalnız 100 qramdan iri yumrular
kəsilir. Kəsilən yerdə adventiv tumurcuqlar əmələ gəlir ki, bunlar
91
da gözcüklər kimi cücərti verirlər.
Yumruların səthində gözlərdən yuxarı 10 mm dərinlikdə kə-
sik açılması tumurcuqların daha tez oyanmasına və məhsuldarlığın
xeyli artmasına səbəb olur.
Yumrular bölünərkən və üzərində kəsiklər açarkən bıçaqlar
münt
əzəm sürətdə formalin məhlulu ilə (1: 200-də duruldulmuş)
dezinfeksiya edilməlidir.
Yumruların səpinə hazırlanması üçün ən çox yayılmış üsul
yumruları havada qızdırmaqdır. Yumrular açıq meydançalarda
(16-20
0
C-
də və 60-70% nisbi rütubətdə) 7-10 sutka qızdırılır. Bü
müddətdə amilaza fermentinin fəallığı artır ki, bu da nişastanı
şəkərə çevirməklə gözcüklərin qidalanmasını sürətləndirir, göz-
cük
lərin tumurcuqları inkişaf edirlər və çıxışlar 4-5 gün tez alınır.
Şəraitdən asılı olaraq cücərdilib əkilmiş sahələrdə hektardan 30-80
sentnerə qədər əlavə məhsul götürmək mümkündür.
Səpinqabağı yumruları işıqda cücərtmə erkən əkinlər üçün
daha səmərəlidir. Bu üsulla əkdikdə yumruların tərkibində nişasta
0,5-
0,7% artır.
Daha tez məhsul almaq üçün yumruları quru halda cücər-
dirlər. Günəş şüaları altında, ya da 40-50 Vt/m
2
gücündə elektrik
işığı verməklə işıqda 12-15
0
C-
də, 70-80% nisbi rütubətdə
yumrular cücərdilir. Cücərtmə 15-25 gün davam edir. Bu müd-
dətdə 0,5-1,5 sm uzunluqda yoğun və möhkəm cücərtilər əmələ
gəlir, köklərə başlanğıc verən təpəciklər törəyir. Bəzən noxud
irilikdə yaxşı yumrular əmələ gəlir. Bunlar uzana bilməmiş stolon-
lardır. Cücərdilmiş yumrular əkindən 7-10 gün sonra, cücər-
dilməmiş yumrular isə 15-20 gündən sonra cücərti verir.
Adətən saxlayıcılarda kartof yumruları 2-5
0
C temperaturda
saxlanılır. Yumruları şoka salmamaq üçün 15-20 gün müddətində
temperaturu tədricən 1
0
C artıraraq 15-20
0
C-
ə çatdırırıq. Sonrakı
15 gündə də cücərtmə davam etdirilir, cəmi 30 gün müddətinə
yumrular cücərdilir. Cücərtilərin uzunluğu 3-5 mm olarsa normal
hesab olunur.
Əkin üçün 50-70 qramlıq yumrular götürülür. İri yumruların
Dostları ilə paylaş: |