98
sentnerə qədər məhsul vermişdir. Yumrularında 16-19% nişasta
və 3%-ə qədər zülal maddələri vardır.
Sort orta
müddətdə yetişəndir. Yumruları cəhrayı rənglidir.
Forması uzunsov və iridir. Kolu hündürdür. Zərərverici qarşı və
xəstəliklərə xüsusən fitoftoraya qarşı davamlıdır. Bütün bu xüsu-
siy
yətlərinə görə Lorx sortunu əvəz etmək üçün 1990-cı ildən
respublikamızda rayonlaşdırılmışdır.
Oqonyok. Belorus Elmi -
Tədqiqat Kartofçuluq institutunun
alimləri tərəfindən yaradılmışdır. Orta yetişəndir, süfrə sortudur,
yaxşı və əla dad keyfiyyətinə malikdir. Məhsuldarlığı orta hesabla
hektardan 320-
340 sentnerdir. Kolu orta hündürlükdədir. Gövdəsi
yoğundur, yaşıldır, dikdurandır. Yarpaqları iridir, rəngi tünd
yaşıldır. Çoxlu çiçəklər açır, orta ömürlüdür. Ləçəkləri qırmızı-
bənövşəyi olub, uc nahiyəsi ağdır. Yumruları ağdır, dairəvi-
ovaldır. Bir ədədinin kütləsi 129-143 qram olur. Yumrularda
nişastanın miqdarı ortadır (12,8-18,4%). Xərçəng xəstəliyinə
davamlıdır, vegetasiyanın sonunda fitoftorozla zəif sirayətlənir.
Azərbaycan şəraitində 1982-ci ildən rayonlaşdırılmışdır.
Radomi
şiskiy.Ukrayna Pollessiya təcrübə stansiyasında yara-
dılmışdır. Sort orta faraşdır, ərzaqlıqdır, yaxşı dad keyfıyyətinə
malikdir. Məhsuldarlığı hektardan 300-400 sentnerdır. Kolu dik-
durandır, orta hündürlükdədir. Yarpaq sahəsi ortadır. Çiçəkləməsi
ortadır, rəngi ağdır, giləmeyvə vermir. Gövdəsi çoxsaylıdır. Yum-
rusu ovaldır, ağdır. Gözcüklərinin miqdarı azdır, kiçikdir, qabığı
zərifdir. Ətli hissəsi ağdır və kəsdikdə tündləşmir. Yumrularmm
kütləsi 75-101 qramdır, tərkibində nişastanm miqdarı 13,3-17%-
dir. Sort xərçəng xəstəliyinə çox davamlıdır, fıtoftoroza, yarpaq
bükülməsinə davamlığı zəif, dəmgilə isə orta dərəcədədir.
Azərbaycan şəraitində 1989-cu ildən rayonlaşdırılmışdır.
Nevski. Rusiy
a Federasiyası Şimali-Qərb ETKTİ - da yara-
dılmışdır. Sort orta yetişəndir, ərzaqlıqdır, yaxşı dad keyfiyyətinə
malikdir (3,0-
4,l bal), məhsuldarhğı yüksəkdir (350-500 sen/ha),
kolu qısadır, dikdurandır, yığcamdır, gövdəsi yaşıldır. Yarpaqları
aç
ıq yaşıldır. Çox çiçəklənəndir. Çiçəkləmə müddəti qısadır, rəngi
ağdır, yumrusu dəyirmi və ovaldır, qabığı möhkəmdir, gözcükləri
99
azdır, kiçikdir, çəhrayı rənglidir, kütləsi 86-133 qramdır, ətli
hissəsinin tərkibində nişastanm miqdarı 10,7-14,8%-dir. Xərçəng
xəstəliyinə davamlıdır, fitoftoroza qarşı davamlığı orta dərəcədən
yuxarıdır. Azərbaycanda 1990-cı ildən rayonlaşdırılmışdır.
Laymdota.
Latviya Priyekul Təcrübə stansiyasmda əldə edil-
mişdir. Sort orta yetişəndir. Dad keyfiyyəti yaxşıdır. Məhsul-
darlığı yüksəkdir. Kolu hündürdür, gövdəsi orta qalınlıqdadır.
Yarpaqları iridir, tünd yaşıl rənglidir. Çoxlu miqdarda çiçək açır,
çiçək açma müddəti uzundur, çiçək tacı ağdır. Yumrusunun qabığı
ağdır, iridir, uzun oval formadadır, qabığı bərkdir, gözcükləri
ki
çikdir və az gözçük verir. Ətli hissəsi ağdır, kütləsi 110-140
qramdır. Tərkibində nişastanm miqdarı 15%-ə qədərdir. Cücər-
tilərinin rəngi qırmızı-bənövşəyidir. Bişirilmə zamanı bütövlüyü-
nü saxlayır və dağılmır. Azərbaycanda 1991-ci ildən rayonlaşdırıl-
mışdır.
Mona liza.
Hollandiyada yaradılmışdır. Tez yetişəndir. Yum-
ru
ları əla xarici görkəmə malikdir, uzun və oval formadadır.
Yumruları çox iridir. Əksər torpaq-iqlim zonalarmda yetişdirmək
mümkündür. Məti yaxşıdır. Çıxışı nisbətən zəifdir. Bişirilərkən
d
ağılmır. Məhsuldarlığı yüksəkdir. Dəmgil və fitoftoroz xəstəlik-
lərinə həssasdır. Virus xəstəliklərinə davamlıdır. Azərbaycanda
2006-
cı ildən rayonlaşdırılmışdır.
İmpala. Hollandiyada yaradılmışdır. Sortun gövdəsi möh-
kəmdir. Virus xəstəliklərinə orta dərəcədə davamlıdır. Fitoftoroza,
rizoktonioza, qara ayağa orta və zəif dərəcədə tutulur. Məhsul-
dar
lığı çox yüksəkdir, dad keyfiyyəti və əmtəəlik görkəmi yaxşı-
dır. Tezyetişəndir. Yumrusunun qabığı və ətli hissəsi sarıdır, orta
irilikdədir. Uzun-oval formalıdır, əla dad keyfiyyətinə malikdir.
Nematoda, dəmgilə, fitoftoroza, yarpaq bükülməsinə davamlılığı
orta və yaxşıdır. Təkrar əkin üçün də tövsiyə olunur. Azərbaycan-
da 2006-
cı ildən rayonlaşdırılmışdır.
Telman. Bu sort
Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik
İnstitunda Almaniyadan gətirilmiş Alisma sortundan fərdi seçmə
üsulu
ilə yaradılmışdır.
100
Respublikanın X zonası üzrə (Orta Dağlıq)
2009 -
cu ildə ra-
yon
laşdırılıb. Orta yetişəndir, vegetasiya dövrü 122 gündür.
Kolu hündürboylu,
şaxələnən, dik durandır. Gövdəsi çoxsaylı
güclü
çiçəklənəndir. Yarpaqları orta böyüklükdə, açıq-yaşıl orta
damarlanandır. Çiçəklənməsi zəif, hamaşıq çiçəyi yığcam, çox çi-
çəklidir, qısa düz formalıdır.
Yumruları oval formalı, qabığı hamar, gözcükləri xırda dərin
olmayandır. Yumrunun ət hissəsi ağ, sarımtıl nişanəlidir.
Gədəbəy DSSM - də 2005-2007-ci sınaq illərində dəmyə
şəraitdə orta məhsuldarlığı 167,1 s/ha (standartdan 10,2 s/ha çox)
məhsul vermişdir.
Əmtəəlik yumrunun kütləsi 83,3 qram, standart yumrunun
kütləsi isə 76,0 qram, nişastanın miqdarı 21,0%-dir. Dad keyfiy-
yətinə görə beş balla qiymətləndirilmişdir.
Sort kök
çürüməsi, xərçəng, yarpaqların ləkə şəklində qıvrıl-
ma
sına qarşı davamlıdır.
2. 2. YERARMUDU (
TOPİNAMBUR)
Xalq təsərrüfatı əhəmiyyəti. Yerarmudu əsasən texniki məq-
sədlər üçün becərilir. Köküyumrularında quru maddəyə görə 30-
40 % inulin vardır. Hidroliz zamanı inulindən fruktoza alınır. Kök
yumrularından spirt, pivə, şərab, çaxır sirkəsi, yem droju (maya)
və s. məhsullar alınır. Heyvanlar üçün kökümeyvələri və yaşıl
kütləsi yaxşı yemdir. Gövdə və yarpaqlarında çoxlu vitaminlər
var.
Proteinin tərkibində bütün əvəzsiz amin turşuları var. Yaşıl
kütləsində əhəmiyyətli dərəcədə inulin olduğundan heyvan
orqa
nizmində mədə şirəsinin təsirindən asan həzm olunan fruk-
tozaya çevrilir. Yaşıl kütləsi ilə təzə halda heyvanları yemlən-
dirmək olar. Yaşıl kütləsinin hər sent-nerində 20-25 yem vahidi
vardır. Budaqlarında 25-30 % şəkər olur.
Silosunun hər sentnerində 18-25 yem vahidi var. Yumrular B
qrupu vitaminləri ilə zəngindir. Yumrular bişmiş, pörtmüş və çiy
halda istifadə oluna bilər. Yumrular həm də dərman əhəmiyyət-
Dostları ilə paylaş: |