139
yem
kimi isti
fadə etməyə 70-80 gündən sonra başlamaq olar.
Həyatının ikinci ili özəyin üzərində yerləşən yarpaqların
qoltuğundan çiçəkdaşıyan budaqlar (zoğlar) əmələ gətirir. Çiçək
qrupu salxımdır. Meyvəsi çartlamaya davamlı qınmeyvədir.
Toxumları yemlik və turneps şalğam toxumlarına nisbətən iridir.
1000 ədədinin kütləsi 3-5 qr-dır. Gövdəmeyvəsinin (özəyini)
əkilməsindən toxumunun yığılmasına qədər 120-130 gün çəkir.
Sortları. Geniş yayılmış sortlarına misal olaraq “
beyinşəkilli
yaşıl voloqodski”,“beyinşəkilli yaşıl siverckaya”, “minbaşlı”,
“podmoskovnaya”, “polyarnaya 227”
və s. göstərmək olar.
Min-
başlı və
polyarnaya 227 sortlarında ümumi kütlənin 70-75%-ni
çox qiymətli yem hesab edilən yarpaqlar təşkil edir. Başqa sortlar-
da yarpaqların gövdəmeyvəyə nisbəti 1:1-1:1,5-ə nisbəti kimidir.
So
n dövrlərdə ən çox yayılan və reyestrə daxil olan yem kələmi
sortu “
Vexa”-
dır.
Bioloji xüsusiyyətləri və aqrotexnikası. Yem kələmini de-
mək olar ki, bütün tip torpaqlarda, müxtəlif qranulometrik tərkibli
torpaqlarda
(yüngül gillicəli və gillicəli torpaqlarda) becərmək
olar. Turş torpaqlar (pH 5 dən aşağı) bu bitki üçün yararsız hesab
edilir.
Yem kələmi münbit, əsasən də subasar, turşuluğu olmayan,
yaxşı nəmlənmiş torpaqlara tələbkardır. Bataqlaşmış, һəmçinin
yüngül qumlu torpaqlar yem kələmini becərmək üçün yaramır.
Quraqlıq rayonlarda yem kələmi yalnız bol suvarma şəraitində
inkişaf edir. Odur ki, onu əsasən qaratorpaq olmayan bölgələrdə
Baltikyanı ölkələrdə şimal-şərq və şimal-qərb bölgələrində, yəni
Uzaq şimal və quraqlıq rayonlarından başqa һər yerdə becərmək
olar. Yem kələmini ağır nəmli torpaqlarda və ya düzənlərdə
becərdikdə onu tirələrə basdırmaq lazımdır.
İstiliyə o qədər də tələbkar deyil, toxumları +5-6
0
C-
də
cücərir. Yaşıl kütlə nisbətən aşağı temperaturda, lakin torpaq və
һavanın yüksək nəmliyində sürətlə böyüyür. Bitki – 6
- 8
0
C şax-
talara asan dözür ki, bu da otlaq mövsümünü 2-
3 həftə uzatmağa
imkan verir.
Yem kələmi gübrələrə də һəssas bitkidir. Hər һektara
azı 30-40 ton peyin və təsiredici maddə hesabı ilə 60-90 kq
mineral gübrələr verilməlidir. Səpinlə birlikdə 20-25 kq/ha hesabı