136
torpaqlarda,
eyni zamanda çoxillik otlar
altından çıxmış tarlalarda
yaxşı inkişaf edirlər.
Növbəli əkində bostan bitkiləri payızlıq taxıllardan, qarğıdalı
və birillik otlardan sonra becərilir.
Üzvi və mineral gübrələrin düzgün tətbiqi məhsuldarlığı artır-
maqla məhsulun yetişməsini sürətləndirir və keyfiyyətini yaxşı-
laşdırır. Qarpız altına hər hektara 15-20, qabaq altına 30-40 ton
peyin verilir. Mineral gübrələri hektara N
90
P
130
K
60
əsas şum
altına, cərgələrə isə N
10
P
15
K
10
kq verilir. Mineral gübrələr məh-
suldarlığı 25-30% artırır.
Torpağın becərilməsi 8-10 sm üzləmə, 25-30 sm dərinliyində
şum aparmaqdır. Yaz becərmə işləri 2 dəfə kultivasiya çəkmə və
malalamadır.
Səpin üçün dolğun və sağlam toxumlar seçilir. Cücərmə
qabiliy
yəti 90%- dən aşağı olmamalıdır. Səpinqabağı toxumları
havada günəş altında 3-5 gün qızdırılır və ya 50-60
0
C-
də 4 saat
saxlayırlar. Səpinə 1-2 gün qalmış toxumları 24 saat müddətində
otaq temperaturunda isladırlar.
Toxumları səpməzdən qabaq, hər kq-a 5 qram hesabı ilə 80%-
li TMTD və 4 qram 65%-li fentiuramla işləyirlər.
Səpin müddəti qarpız və qovun üçün torpağın 10 sm qatında
temperatur 12-14
0
C və qabaq üçün 9-10
0
C-dir. Bu
temperaturda
qarpız 9-10, yemiş 8-9, qabaq 6-7 gündən sonra çıxışlar verir.
Səpinin gecikdirilməsi məhsuldarlığa mənfi təsir göstərir.
Bostan bitkilərinin səpinləri СБН-3, СБУ-2,4 markalı toxum
səpən maşınlarla aparılır. Punktir üsulu ilə səpin üçün SPÇ- 6M-
dən istifadə edilir. Səpin üçün pambıq və qarğıdalı toxumu səpən
maşınlarından istifadə olunur.
Səpin sxemləri (metrlə)
Qarpız - 2,5 x 1,5 -1,7 2,1 x 2,1 -1,4 1,8 x 1,8
Qovun - 2,5 x 0,8 -1,0 2,1 x 0,8 - 1,2
Qabaq - 2,5 x 1,8 - 2,0 2,8 x 1,5- 1,8
Yabanı qabaq (kabaçki) 0,7 x 0,7
Səpin norması hər hektara qarpız 1,5-3,0 kq (2,3-3,1 min),
qabaq 3-5 kq (2,2-
2,4 min), yemiş 2-4 kq (5-6 min), kabaçki 15-
137
20 min cücərmə qabiliyyətli toxumdır. Toxumun basdırılma dərin-
li
yi qarpız və qabaq 6-8 sm, yemiş 4-6 sm.
Əkinlərə qulluqvə məhsul yığımı. Əkinə qulluq işləri mala-
lama
və ya rotasiya toxaları ilə yumşaltmadır. Bu zaman həm qay-
saq dağıdılır, həm də alaq cücərtiləri məhv edilmiş olur. Cərgə-
arası becərmə 12-15 sm, sonra isə 8-10 sm dərinliyində aparılır.
Cərgəarası becərmədə КРН-4,2, КРН-5,6, КНБ-5,4 markalı
kultivatorlardan istifadə olunur. Məhsul yığımına 15 gün qalana
qədər əkinləri unlu şeh və antraknoz xəstəliklərinə qarşı hektara
600 litr 1% -
li bordo mayesi və 15- 20 kq kükürd tozu ilə işləyir-
lər.
Vegetasiya müddətində bostan bitkiləri 3-5 dəfə suvarılır (10-
15 gündən bir). Çiçəkləməyə qədər, çiçəkləmədə suvarma dayan-
dırılır və meyvə əmələ gəldikdə yenidən suvarılır, suvarma norma
hektara 600-800 m
3
- dir.
1-
ci suvarma çıxışdan 20
gün sonra, 2-ci suvarma bundan 10-
15 gün sonra aparılır. Yığıma 15 gün qalmış suvarma dayandırılır.
Bostan bitkilərinin meyvələri eyni vaxtda yetişmirlər. Ona görə də
qarpız və yemişi 2-3 dəfəyə yığırlar. Qabaq və yem qarpızını bir
dəfəyə yığırlar. Yetişərkən qarpızın qabığı kobudlaşır, saplağı
quruyur, yemiş və qabaq sarı rəng alırlar.
Saxlamaq üçün zədələnməmiş meyvələri seçirlər. Qarpız 2-3
0
C, yemiş 0-2
0
C temperatur və 75-85% nəmlikdə (hava) saxla-
nılır. Balqabaq isə müvafiq olaraq 10
0
C və 70-75% nəm havada
saxlanılır.
138
IV FƏSİL.
YEM KƏLƏMİ
Yem kələmi yaşıl yem və silos əldə etmək üçün becərilir.
Qida
lılıq dəyərinə görə günəbaxandan geri qalmır. Donmuş və
donu açılmış yaşıl kütləsi yem dəyərini itirmir. Siloslama üçün
yem kələminin “Minbaşlı” sortu daһa yararlıdır; “yaşıl beyin-
şəkilli” sortu əsasən, mal - qaranı yaşıl yemlə əlavə yemləmədə is-
ti
fadə olunur. Yem kələmi təmiz һalda, dənli bitkilərin samanı və
çoxillik otlarla birlikdə yaxşı siloslanır.
Bu bitki daha yaxşı inkişaf etdiyi qeyri-qarqtorpaq bölgələrdə
hektardan 500-
800
sentner məhsul verə bilir ki, bunun da 12-14%-
i quru maddə hesab edilir. Yüz kiloqram yaşıl kütləsində 15-16
yem vahidi vardır ki, onun da 60-100 mq %-ni C vitamini, karo-
tin, 4-
6 % şəkər, B qrup vitaminləri, mineral duzlar təşkil edir.
Yem kələminin silosu ilə iribuynuzlu mal-qaranı sutka ərzində 20-
25 kq normasında yemləyirlər.
Yem kələmini Rusiyada çox da böyük olmayan sahədə
becərirlər. Yüksək məhsuldar, iki illik, soyuğadavamlı bitkidir.
Vətəni Aralıq dənizinin sahilləri hesab edilir. Yabanı yarpaq kələ-
mindən əmələ gəlmişdir. Avropanın bir sıra ölkələrində xüsusən
Fra
nsa, İngiltərə, Almanya, Çexiya və s. geniş yayılmışdır. Rusi-
ya ərazisində becərilməyə başlanması iki əsrə yaxındır. Orta he-
sabla hektardan 300-
350 sen. məhsul verir. Ancaq 700-800 sen.
məhsul vermək imkanı var. Toxum məhsuldarlığı 6-12 s/ha-dır.
Mün
bit torpaqda yüksək aqrotexnika və suvarma tətbiq olunduqda
һər һektardan 1000-1500 sentner yaşıl kütlə verə bilir.
Botaniki təsviri. Yem kələmi (
Brassica subspontanea Lizg.)
kələmkimilər (
Brassicaceae) fəsiləsinə daxil olan ikiillik, çarpaz
tozlanan
bitkidir
(
Şəkil 20, s. 128).
Birinci ili yem kələmi iyşəkil-
li, şirəli, silindrik gövdəmeyvə (kələm özəyi) əmələ gətirir. Hün-
dürlüyü 1,0-
1,5 metr, yoğunluğu 3-5 sm olan, üzərində çoxlu
sayda saplaq
lı lirə şəkilli yarpaqları olur. Yarpaqların üzəri mum
təbəqəsi ilə örtülü olur. Yarpaq və gövdənin rəngi yaşıl və müx-
təlif çalarlıqda bənövşəyi-antosian rənglidir. Birinci
ili vegetasiya
müddəti 140-160 gün çəkir. Ancaq kövşənlik əkinlərində vacib