133
3. 2.
YEMİŞ (QOVUN)
Botaniki təsviri və bioloji xüsusiyyətləri. Yemiş (qovun) –
melo
cinsinə daxildir, 9 növü vardır. Bitkisinin quruluşuna görə
balqabağa oxşayır. Gövdəsi qısa, nazik, yarpaqları və çiçəkləri
xırdadır. Kökü torpağın 3-4 metr dərinliyinə işləyir. Gövdəsi si-
lindirşəkilli, sürünəndir. Yarpaqları uzun saplaqlı ürəkşəkilli və
böy
rəkşəkillidir. Çiçəyinin tacı sarımtıl-yaşıl rəngdədir. Meyvəsi
iri oval, yumurtavari, uzunsov, ilanşəkilli və kürəşəkilidir. Rəngi
müx
təlifdir. Meyvənin səthi hamar yaxud cadarlıdır
(Şəkil 16, s.
124).
Ətli hissəsində 12% şəkər var. Toxumu yumurtavari, iriliyi
0,5-
2,5 sm, tərkibində 25-30% yağ var. 1000 ədədinin kütləsi 35-
50 q-
dır.
Qovun bioloji xüsusiyyətlərinə görə qarpıza oxşardır, lakin,
ona nisbətən istilik sevəndir, quraqlığa davamı isə azdır.
Növləri.
Qovun (melo)
cinsinin bir neçə növü məlumdur.
M
ədəni növlərindən ən çox yayılanı aşağıdakılardır.
1.
Xırdameyvəli qovun - melo microcarpus – meyvəsi xırda,
kürəşəkilli, darçını - qırmızı rənglidir. Ətli hissəsi yumşaq və
ətirlidir. Ancaq dadsızdır.
2.
Kantalupa (daş qovunu) – melo cantalypa – meyvəsi
yuvar
laq yastı və xırdadır. Meyvənin ətli hissəsi olduqca sıx, orta
dərəcədə şirin, yaxşı dadlı və ətirlidir. Avropa ölkələrində
becərilir (ətli hissəsi sıxdır).
3.
Kassaba qovunu – melo cassaba –
meyvəsi olduqca iri,
yuvarlaqdır. Rəngi yaşılımtıl - sarı, ətli hissəsi şirin və dadlıdır,
ancaq ətirsizdir. Orta Asiya respublikalarında becərilir.
4.
Cərco ( tutma) qovunu - melo zard Pang.- meyvəsi iri,
yaşıl rəngli, uzunsov, oval formalıdır (ətli hissəsi sıxdır).
5.
Acur qovunu – melo adzhur –
meyvəsi xırda 15-20 sm
uzunlu
ğunda, nazik, baramaşəkilli, müxtəlif rənglidir. Meyvələri
xiyar kimi dadsız və ətirsizdir. Kiçik Asiya ölkələrində becərilir.
6.
İlanşəkilli qovun – melo flexuosus – meyvəsi ağ rəngli, 2
m uzunluğunda, Yetişmiş meyvəsinin ətli hissəsi boş, sulu və
134
dadsızdır. Yeyintidə yalnız cavan dövründə müxtəlif xörəklərdə
istifadə edilir.
7.
Xandalyak qovunu- Melo chandalac Pang.
(ətli hissəsi
yumşaqdır).
8.
Adana qovunu- Melo adana Pang.
(ətli hissəsi yumşaqdır).
9.
Ameri qovunu- Melo ameri Pang.
(ətli hissəsi sıxdır).
Sortları. Azərbaycanda (2010) yemişin (qovunun) aşağıdakı
sort
ları rayonlaşdırılmışdır: Kolxoznitsa 749/753, Yantarnaya,
Tavriya.
Cədvəl 7
Yemişin Azərbaycanda (2010) rayonlaşdırılmış sortları
Sortlar
Yetişməsi
Rayonlaşdırıldığı il
Kolxoznitsa 749/753
orta yetişən
1960
Yantarnaya
orta tez
yetişən
1989
Tavriya
orta tez
yetişən
1989
Kolxoznitsa - 749/753 -
Tağı qısa, yarpaqları xırda, qısa
saplaqlıdır. Meyvəsi kürəşəkilli, xırda – 800-850 qr, qabığı sarı -
narıncı rənglidir. Ətli hissəsi nazik ağ rənglidir, toxumları orta
irilikdə, oval formalı, sarımtıl və solğun sarı rənglidir. Orta
müddətdə yetişən sortdur.
3.3. QABAQ
Qabaq- (Cucurbita) –
cinsinin 18 yabanı və 5 mədəni olmaq-
la 23 növü məlumdur
(Şəkil 17-18, s. 125-126).
Mədəni növlərin-
dən ən çox becərilənləri aşağıdakılardır. İrimeyvəli (Cucurbita
maxima Dush.), adi (Cucurbita pepo L.)
və muskat qabağı (cu-
curbita moschata (Dush.) Poir.)
. Çoxillik və birillik formaları var-
dır. Normal becərmə şəraitində yoğun, uzun və şaxələnən tağ
əmələ gətirir. Kökü torpağın 3-4 m dərinliyinə işləyə bilir
Yarpaqları uzun saplaqlı, tamkənarlı, az hallarda dilimlənmiş olur
(10-
15 ədəd). Çiçəkləri narıncı-sarı rəngdədir. Erkəkcik çiçəkləri,
dişicik çiçəklərindən fərqli olaraq uzun saplaqlıdır. Meyvəsi
135
kürəşəkilli oval, yastı, ellips formalı, müxtəlif rənglidir.
Meyvəsinin ətli hissəsi sarı, narıncı və ağ rənglidir. Tərkibində 4-
8% şəkər vardır. Toxumları ürəkvari, oval, xırda və müxtəlif
rənglidir. Toxumun tərkibində 50-52% yağ var. 1000 ədədinin
kütləsi 200-230 q-dır. Qabaq, qarpıza və qovuna nisbətən istiliyə
az tələbkar, quraqlığa dözümlüdür. Toxumları 12-13
0
C-
də
cücərməyə başlayır. Qabaq gillicəli torpaqda yaxşı bitir.
Növləri.
İrimeyvəli qabaq – Cucurbita maxima Dush. – biril-
lik bitkidir. İri yarpaqları var, çox şaxələnən gövdəyə malikdir.
Yarpaq ayası iri, zəif dilimlidir. Çiçək kasası badə formalı, yaşıl
rəngli, tacının ləçəkləri dairəvi, tozluq borusu konus formalıdır.
Meyvəsi yuvarlaq – yastı, yaxud uzunsov, 20-70 sm uzunluğunda
olur. Meyvənin səthi hamar, qabığı nazik, müxtəlif rəngli, ətli
hissəsi zərif, şirin, narıncı, bəzi sortlarda ağ rəngli olur. Toxumları
iri, hamar, ağ rənglidir.
Muskat qabağı – (Cucurbita moschata Dush. Poir.) qabağın
birillik növlərindəndir. Gövdəsi qabırğalı, yarpaq ayası iri, böyrək
formalı, dilimli, damarlarının arasında ağ ləklər vardır. Çiçəkləri
iri, çiçək kasası tünd yaşıl rəngli, tozcuq borusu silindir forma-
lıdır. Meyvəsi uzunsov, ətli hissəsi sıx, toxumları orta irilikdədir
(Şəkil 19, s. 127).
.
Adi qabaq – (Cucurbita pepo L.).
Birillik növdür. Gövdəsi
qabırğalı, yarpaq ayası beşdilimli, çiçək kasası çəllək formalı,
sarımtıl, toz kisələrinin borusu konus formalıdır. Meyvəsi tərs
yumurta formalıdır.
Sortları.
Azərbaycanda (2010) qabağın 2- sortu rayonlaş-
dırılmışdır.
1.
Yerli perexvatka
orta yetişən 1952
2.
Palov kadu -268
orta yetişən 1963
Göy qabaq
1.
Qribovski –
37 tez yetişən 1971
Patison (Cucurbita pepo var. patisson)
1.
Belıye -13 orta yetişən 1965
Becərilmə texnologiyası. Bostan bitkiləri alaq otlarından tə-
miz münbit torpaqlara tələbkardır. Onlar xam və dincə qoyulmuş
Dostları ilə paylaş: |