96
mək üçün hissə-hissə qazılır. Lakin, bitkinin yerüstü kütləsi
(bəlim) quruduqda yumrular kütləvi surətdə yetişir və birbaşa
yığıla bilər. Birdəfəlik yığmaq üçün əvvəlcə bəlim biçilir (УБД-3
А ilə), sonra КТН-2Б kartofqazanı ilə qazılıb çıxarılır, yaxud
ККУ-2 “Drujba” kombaynı ilə yığırlar. Kombayn yumruları
torpaqdan, bəlimdən və digər qatışıqlardan təmizləyir və bunkerə
yığır. Yığılmış yumrular sərilərək qurudulur və iriliklərinə görə
çeşidlənir (50 qr. 50-80 qr., 80 qramdan iri). Çeşidləndikdən sonra
yumrular
xüsusi anbarlarda saxlanılır. Yumruların
tərkibində nəm-
lik 75% olduğundan tez xarab olur. Bunun üçün də saxlama
müddətində optimal temperatur, nəmlik və hava qarışığı olmalıdır.
Yumruları yükləyən və boşaldan zaman fikir vermək lazımdır ki,
düşmə məsafəsi 30 sm-dən artıq olmasın. Yumruları bir yerdən
başqa yerə daşımaq üçün yaxşı olar ki, yeşiklərdən, səbətlərdən və
kisələrdən istifadə olunsun. Saxlamaq üçün yumrular anbarlarda
2,5-
4 metr hündürlüyündə yığılır. Yumrular yaxşı havalanma
gedən anbarlarda saxlanılır.
Yumrular anbarlarda yığıldıqdan sonra 3- 4 həftə 15-16
0
C
temperaturda saxlanılır. Əgər yumrularda zədə yoxdursa tempe-
raturu 18
0
C-
yə çatdırmaq olar. Nisbi rütubət 90-95% olmaqla
müalicə müddəti 8-10 günə başa çatır. Soyutma (temperaturun
aşağı endirilməsi) dövrü (2-ci dövr) 20-40 gün davam edir.
Temperatur tədricən 2-4
0
C-
yə enir. Anbarlarda yumruların əsas
saxlanması 2-4
0
C-
yə və havanın nisbi rütubəti 85-95%-ə bərabər
olmalıdır. Faraş kartof orta hesabla hektardan 20-35 ton məhsul
verir.
Kartofun
Azərbaycanda rayonlaşdırılmış sortları
Əmiri - 600. Bu sort Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik
İnstitutunun kartofçuluq laboratoriyasında fərdi seçmə yolu ilə
1972 - ci
ildə alınmışdır.
İnstitutun təcrübə stansiyalarında hər hektardan 280-300
sentner,
Dövlət sort sınağında hər hektardan 200-dən 320 sentnerə
qədər məhsul vermişdir. Yumrularında 25% quru maddə və 18%
nişasta vardır.