237
Qlobal terrorizm probleminə ümumbəşəri ranq və
qlobal status verilmək məqsədi
ilə siyasətçilər və kütləvi
informasiya vasitələri tərəfindən “beynəlxalq terrorizm” və
“alman faşizmi” arasında paralellər aparılır, qabaqlayıcı
xarakter daşıyan qəti tədbirlərin görülməsinə çağırışlar ifadə
edilir. Bu çağırışlar xüsusilə faşist Almaniyası üzərində
qələbənin ildönümü münasibəti ilə keçirilən tədbirlərdə
daha qabarıq səsləndirilir.
2002-ci il mayın 9-da Rusiya Federasiyasının
prezidenti V.Putin Qələbə günü şərəfinə keçirilən paradda
faşizmin yerinə yeni “şər qüvvənin” gəldiyini bəyan etmiş
və bu qüvvənin özünü “beynəlxalq terrorizmdə” tapdığını
demişdir. Buna oxşar ideyanı Fransa prezidenti J.Şirak
2002-ci il mayın 27-də ABŞ prezidenti C.Buşun iştirakı ilə
Fransanın Normand qəsəbəsində bu qəsəbənin 1944-cü ildə
amerika ordusu tərəfindən almanlardan azad olunmasının
ildönümü münasibəti ilə keçirilən tədbirdə söyləmiş və
“beynəlxalq terrorizm”lə alman faşizmi arasında paralellər
aparmışdır.
105
Həqiqətən də “beynəlxalq terrorizm” getdikcə özünü
elə bir siyasi təzahür kimi büruzə verir ki, bunun arxasında
yeni dünya müharibəsinin – “Bəşəriyyətin
beynəlxalq
terrorizmə qarşı müharibəsi”nin başlaması təhlükəsi
dayanır. Terrorizm dünyanın bir çox ölkələrini – İngiltərə,
İrlandiya, İspaniya, İraq, Fələstin, İsrail, Əfqanıstan,
Pakistan, Türkiyə, Rusiya, ABŞ və s. əhatə etmişdir.
Azərbaycan terrorun nə olduğunu uzaq ölkələrdə baş
vermiş qanlı hadisələr haqqında KIV-də yayılan
informasiyalardan deyil, terroru dövlət siyasəti səviyyəsinə
qaldırıb əksər region ölkələrinə ərazi iddiaları ilə çıxış edən
Ermənistanın özünün məkrli məqsədlərinə nail olmaq
105
http://siava.ru/forum/topic824-301.html
238
vasitəsi kimi istifadə edərək ölkəmizdə törətdiyi terror
aktlarının insanlara gətirdiyi faciələrdən bilir. Terror
Azərbaycan üçün 1987-ci ilin dekabrında zəlzələnin
qurbanlarına çevrilmiş ermənilərə köməyə gedən
Azərbaycanlı könüllüləri aparan təyyarənin
Spitak üzərində
vurulması, Bakı-Tbilisi avtobus marşrutunda (16 noyabr
1989-cu il), Moskva-Bakı sərnişin qatarında (30 may 1991-
ci il), Qarakənd üzərində içərisində Rusiya və Qazaxıstanın
da dövlət adamlarının olduğu vertolyotun (20 noyabr 1991-
ci il), 1994-cü ilin mart və iyun aylarında Bakı metropo-
liteninin 20 yanvar stansiyasında, “28 may” və “Gənclik”
stansiyaları arasında qatarların partladılmasından sonra
insanların qəlbində yaranan torpaq, vətən ağrısı, gözlərində
doğmaları üçün niskil damcılarıdır. Dağlıq Qarabağın və
ətraf rayonların işğalı, Qərbi Azərbaycan ərazilərinin
azərbaycanlılardan etnik təmizlənməsi nəticəsində tarixi
torpaqlarını itirən bir xalqın XXI əsrdə üzləşdiyi haqsızlıq,
yerindən-yurdundan didərgin salınmış 1 milyon insanın
qaçqın-köçkün taleyi, 25 min adamın yarımçıq qalmış
həyatının haraylarıdır. Problemin pradoksallığı ondadır ki,
bütün bunlar qlobal problemlərin həllinə “məhkum
olunmuş” nüfuzlu beynəlxalq təşkilatların, yeni dünya
nizamını ölçüb-biçən, “bərqərar edən” hegemon dövlətlərin
yaratdıqları “qlobal nizamsızlıq məkanı”nda baş verir.
Terror aktları hansı ideya altında ört-basdır
edilsə də,
bu aktlar günahsız insanların qanının tökülməsi, ölüm,
dağıntılar, minlərlə insanın şikəst olması və bu “bəla” ilə
mübarizəyə xərclənən külli miqdarda maddi vəsait
deməkdir.
Bəşəriyyətin marağı “beynəlxalq terrorizm”in
mahiyyətinin, onun daxili anatomiyasının və zahiri
cəhdlərinin obyektiv təhlilini tələb edir. Bu işdə
cəmiyyətdəki funksiyasına görə mühüm yer tutan KİV-in
böyük rol oynaya biləcəyi heç kimdə şübhə doğurmur.
239
Bununla əlaqədar olaraq, media qarşısında olduqca
mürəkkəb və bəlkə də cavabının tapılması həm sahə
elminin, həm də KİV-in imkanları xaricində olan suallar
meydana çıxır. Müşahidəçilərin fikrinə görə,
ilk növbədə
aşağıdakı əsas suala cavab tapılmalıdır - yeni dünya
müharibəsini kim başlamaq istəyir? Abstrakt “beynəlxalq
terrorizm”, yoxsa “antiterrorizm əməliyyatları” adı altında
bütöv bir dövləti talan edən və onu yer üzündən silməyə
çalışan siyasi hakimiyyət və ya mürtəce qüvvələr? Aparılan
bahalı tədqiqat və təbliğat kampaniyalarına baxmayaraq,
“beynəlxalq terrorizm” qlobal militarist qüvvə kimi
mücərrəd olaraq qalır. Onu “ifşa edənlər” isə “konkret
görüntülərə”, “nümunələrə” malikdirlər (2001-ci il
sentyabrın 11-də Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin
binalarına təyyarələrin çırpılması, 2004-cü il sentyabrın 1-
də Beslanda 1 №-li məktəbin şagirdlərinin girov
götürülməsi və s. hadisələr). Əlbəttə, bu hal vəziyyəti bir
qədər də mürəkkəbləşdirir.
“Beynəlxalq terrorizm”in mücərrədliyi, onun
strukturu,
hərəkətverici qüvvələri, həyata keçirilmə
mexanizmləri, maliyyə mənbələri, informasiya təminatı və
s. ilə bağlı çoxsaylı ziddiyyətli suallara cavabın axtarılması
növbəti böyük problemin – “beynəlxalq terrorizmin”
mahiyyətinin aydınlaşdırılmasını tələb edir.
“Beynəlxalq terrorizm” müasir dünya inkişafının
qloballaşmasının məhsullarından biridir. Onun spesifik
yönümlülüyü və çaları öz başlanğıcını qlobal oliqarxiyanın
“fövqəlmilli” siyasi, iqtisadi, sosial və informasiya
strategiyasından götürür. Bütün cəhdlərə baxmayaraq,
beynəlxalq terrorizm beynəlxalq münasibətlərlə bağlı
kəskin qlobal problemə çevrilməkdədir. Təbii ki, bizi ilk
növbədə beynəlxalq terrorizmin
kütləvi informasiya
vasitələri ilə əlaqəli tərəfləri maraqlandırır. Birmənalı
şəkildə deyə bilərik ki, beynəlxalq terrorizm müasir dövrün
240
qlobal problemlərindən, çağdaş jurnalistikanın, daha dəqiq
desək, siyasi jurnalistikanın mövzu istiqəmətlərindən
biridir.
2001-ci ilin 11 sentyabr hadisələri qlobal problemlər
cərgəsində
və kütləvi informasiya vasitələrinin
materiallarında “qlobal terrorizm problemi”nin yerini daha
da möhkəmləndirdi. KİV-də “qlobal terrorizmə qarşı
mübarizə”, “qlobal antiterrorizm koalisiyası” və s. oxşar
yeni anlayışlar meydana gəldi.
Bu yeni təhlükənin və
bəşəriyyət üçün təhdidin mürəkkəbliyi həm də ondan
ibarətdir ki, o, digər problemlərə - sivilizasiyaların və
dinlərin mübarizəsinə, millətlərarası və dövlətlərarası
münsibətlərə, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya və s.
sirayət edir. Eyni zamanda, “qlobal antiterrorizm
koalisiyası” barədə danışarkən, müxtəlif səbəb və amillərə
əsaslanaraq öz hərəkətlərini “terrorizm” hesab etməyən ölkə
və xalqların get-gedə daha açıq xarakter alan
“müqavimətlərini” də yaddan çıxarmaq olmaz. Məsələn,
çeçen münaqişəsində düşmən
olan tərəflər bir-birini
“terrorizmdə” günahlandırırlar. 11 sentyabr hadisələri bəşər
tarixində görünməmiş terror aktı kimi təsnif edilmişdir.
Qarşı tərəf amerika hərbçilərinin onlara qarşı hərəkətlərini
“dövlət hegemonizmi” və “dövlət terrorizmi” hesab edir. Bu
cür sivilizasiyalararası qlobal qarşıdurmanın ağır
nəticələrinin əvvəlcədən təsəvvür edilməsi mümkün
olmadığı üçün bu təzahür dünya ictimaiyyətinin ölçülüb-
biçilmiş reaksiyasını tələb edir. Dünyanın sivil hissəsinin
qlobal terrorizmə qarşı mübarizəsi mədəniyyətlərarası qarşı-
durmaya çevrilməməlidir. Bu özü yeni bir qlobal problemin
başlanğıcını qoya bilər.
Ümumiyyətlə, “terrorizm” anlayışı – həm konfliktin
tərəfləri, həm hökumət dairələri,
həm də kütləvi informasiya
vasitələri üçün olduqca “münasib” bir anlayışdır. 1998-ci
ilin mart ayında Kopenhagendə „Beynəlxalq terrorizm,