245
11 sentyabr 2001-ci il basqınları barədə ilk məlumatı
CNN TV kanalı yaymışdır.
CNN Federal Təhqiqat
Bürosunun (FBİ) terrorçuları yaxalamaq üçün Floridada
həyata keçirdiyi əməliyyatlardan sonra Ədnan Buxari və
onun qardaşı Əmir Buxarinin terrorçularla əlaqəli
olduqlarını bildirmişdi. Lakin, Ədnan Buxarinin FTB-yə
yardımçı olduğu, qardaşının isə 2000-ci ildə təyyarə
qəzasında həlak olduğu məlum olduqdan sonra CNN
məlumatların FTB-dən verildiyini və dəqiqləşdirilməsi üçün
vaxt olmadığını bildirərək, tamaşaçılarından üzr istəmişdir.
Yanlış informasiyanın yayımlanmasında suçlandırılan
media qurumlarından biri də
BBC idi. Kanal 11
sentyabr
hadisələri ilə əlaqədar verilişlərinin birində ORİX Təbii
Resurslar Şirkətinin rəhbəri Kamal Kan Fhanini Əl-
Kaidənin lideri Üsamə bin Ladenlə əlaqəsi olmaqda suçlayır
və onun 1998-ci ildə ABŞ-ın Afrika ölkələrindən birindəki
səfirliyinin bombalanmasına görə məsuliyyət daşıyan
Məhəmməd Xalfan ilə eyni adam olduğunu iddia qedir.
Lakin, həqiqətlər üzə çıxdıqdan və Kan Fhaninin nə Üsamə
bin Ladenlə
əlaqəsi, nə
də ABŞ
səfirliyinin
bombalanmasında əli olmadığı məlum olduqdan sonra BBC
oktyabrın 31-də 1 dəqiqəlik üzr mesajı yayımlayır.
BBC, eyni zamanda, sentyabrın 11-də özünün
Əfqanıstandakı müxbiri Con Simpsona istinad edərək Əl-
Kaidəni atom silahı hazırlamaqda suçlayan xəbər yayır.
Avropa Jurnalistika Mərkəzi (Europian Journalism Centre)
“Wired” jurnalına əsaslanaraq, Simpsonun Kabildə Əl-
Kaidəyə məxsus bir evdən tapdığı materialların hələ 1979-
cu ildə
“The Annals of İmprobable Research” adlı
elmi
jurnalda çap olunmuş “Haydı, bir atom bombası düzəldək”
başlıqlı yazıya çox oxşadığını,
həmçinin, bu məqalənin
“Atom bombasını necə düzəldə bilərsiniz?” başlığı ilə
İnternetdə yerləşdirildiyini dəqiqləşdirir. Əslində isə, bu
məqalədə söhbət atom bombasının düzəldilməsindən deyil,
246
bu silahın hazırlanmasında istifadə olunan plutoniumla
bağlı uşaqların maarifləndirilməsindən gedir. Uşaqlara bu
maddədən uzaq durmaları, qarşılaşdıqları hallarda isə
mütləq əllərini yumaları və plutoniumun ziyanverici
həşəratlara qarşı istifadə oluna biləcəyi barədə məsləhətlər
verilir.
107
BBC-nin 11 sentyabrla əlaqədar fəaliyyətini haqlı
olaraq “BBC-nin yanlışlıqlar komediyası” adlandırırlar.
Dünyanın ilk bazar günü qəzeti olan və İngiltərədə
nəşrə başlayan (1791-ci il)
“The Observer” yazır:
“Beynəlxalq TV təbii olaraq bu qanadlı ölüm makinasının
saçdığı qorxunu israrla və az vaxt içərisində üzərində
düşünmədən və düzəlişlər etmədən hər bir evə zorla daxil
etdi.
Bütövlükdə isə, söylənilən fikirlər bir çox
Amerikalının hiss etdiyi təxmin oluna bilən duyğuları bir
daha təsdiq etdi: faciəvi bir itki, nifrət, çiynənmiş bir
inamsızlıq, intiqam almaq arzusu və cəzalandırılma
istəyi”.
108
Təəssüf ki, obyektivliyi, tərəfsizliyi ilə seçilən Qərb
mətbuatında yer almış bu cür neqativ nümunələrin sayını
artırmaq da olar. Əslində, aparıcı medianın və ziyalı
zümrəsinin böhran anlarında güc tətbiq edilməsini
dəstəkləyib, cəmiyyətdən də bu cür dəstək göstərilməsinə
nail olmağa çalışmalarında qeyri-adi bir şey yoxdur. Qərb
mətbuatının praktikasında bu cür tendensiyalar özünü
Vyetnam müharibəsinin, Serbiyada aparılan hərbi
əməliyyatların və Körfəz döyüşlərinin işıqlandırılmasında
da büruzə vermişdir. 11 sentyabr hücumlarını və Əfqanıstan
hərəkatını izləyən bəzi media qurumlarının KİV-in
fəaliyyət
prinsiplərindən və beynəlxalq humanitar hüququn
107
http://www.wired.com/news/culture/0,1284,48523,00.html
108
Edvard Said. Islam and the West are inadequate banners. „The
Observer“, Sunday 16 September 2001
247
tələblərindən uzaqlaşıb ordu ilə eyni cərgədə durması
təəssüf hissi doğurur.
ABŞ rəhbərliyi lap əvvəldən informasiya mənbələrini
öz nəzarəti altında saxlaya biləcəyinə və informasiya axınını
CNN vasitəsilə idarə edəcəyinə inanırdı. Lakin, 11
sentyabrdan sonra Əfqanıstandan yayımlar yayan və
Talibanla əlaqələr yarada bilən tək kanal
Al Jazeera
ABŞ-
ın və bütün Qərb ölkələrinin media rahatlığını pozdu. Ağ
Evin rəhbərliyi Qətər əmirinin əli ilə
Al Jazeeranın
verilişlərinin yayımına mane olmağa çalışırdı. ABŞ-ın
beynəlxalq təhlükəsizlik məsələləri üzrə sözçüsü Kondoliza
Rays TV kanallarının rəhbərlərinə zəng edərək Üsamə bin
Ladenin görüntülərində şifrəli
mesajlar ola biləcəyini
bildirir və
Al Jazeeradan
alınan süjetləri nümayiş
etdirməməyə çağırırdı. Məhz CNN bu süjetləri
yayımlamayacağını açıqlayan ilk telekanal idi.
Artıq iki əsrə yaxın bir müddətdə Azərbaycan torpaq-
larını hissə-hissə işğal edən, beynəlxalq prinsip və
normalara məhəl qoymadan regionda elementar humanitar
hüquqların pozulmasına bais olan Ermənistanla bağlı
materialların hazırlanmasında kütləvi informasiya
vasitələrini təmkinli olmağa,
bəşəri dəyərlərə söykənməyə
çağıran Qərb mediası özü bu sınaqlardan üzüağ çıxa
bilmədi. Bir çox amerikalı ziyalılar, məşhur jurnalistlər,
mətbuat nümayəndələri, Princeton və Kolumbiya
Universitetlərinin media departamentlərinin keçirdikləri
geniş müzakirələrdə iştirak edən alim və mütəxəssislər 11
sentyabr hadisələri ilə əlaqədar əhalinin düzgün məlu-
matlandırılmadığını, xüsusilə də televiziya kanallarının
yalan xəbərlərlə insanları panikaya sürüklədiklərini ortaya
qoydular.
Amma, yaxşı haldır ki, CNN, BBC, Fox News
kanallarının mövqelərini bölüşməyən KİV qurumları da var
idi. CBS və NBC kimi nəhənglər belə qurumlardan idilər.
248
Röyter İnformasiya Agentliyi isə 11 sentyabr hadisələri ilə
əlaqədar hazırladığı xəbərlərdə heç vaxt “terror” və
“terrorçu” ifadələrini
istifadə etməmiş, baş verənləri “əkiz
binalara” basqı və ya hücum kimi təqdim etmişdir.
Jurnalistikada Obyektivlik və Dəqiqlik (FAİR -
Fairness and Accuracy in Reporting
) Təşkilatının KİV
və mediakratiyanın ictimai monitorinqınin təşkili üzrə
aparıcı analitiki Stiv Rendal “ekranda heç mübahisə
görmədik” deyərək, fərqli fikirlər söyləyən insanların
proqramlara dəvət edilmədiyinə təəssüfləndiyini bildirir. O,
11 sentyabrdan sonra ABŞ-da başlayan millətçilik ab-
havasına qapılan Amerika KİV-ini sağlam düşüncəli olmağa
çağırır və dünyada nə baş verdiyini bilmək üçün Amerika
teletamaşaçılarının artıq xarici kanallara üz tutduqlarını
vurğulayır. S.Rendal CNN-in auditoriyasının beynəlxalq
xəbərlərlə tanış olmaq üçün öz kanallarını
Al Jazeera
,
RussiaToday, Çin Mərkəzi Televiziyası (CCTV),
Euronews, Deutsche
Welle, France 24
və İranın Press
TV kanallarına çevirdiyini bildirir. Nielsen Media Research
şirkətinin keçirdiyi sorğuya əsasən, bu sahədə RussiaToday
kanalının liderlik etdiyi deyilir. Onun gündəlik auditoriyası
digər kanalların auditoriyalarından 6,5 dəfə çoxdur.
S.Rendalın amerikanın telekanallarının beynəlxalq mövzuda
xəbərlər üçün həddindən artıq az vaxt ayirir. Məsələn,
nüfuzlu
Tyndall Report kompaniyasının
illik icmalına
görə, 2009-cu ildə müxtəlif kanallar beynəlxalq mövzuda
xəbərlərə 3750 dəqiqə vaxt ayırmışdır ki, bu da iş
günlərində axşam xəbərlərinə ayrılan vaxtın ¼-ni təşkil edir.
FAİR Təşkilatının dəqiqləşdirdiyinə görə, 11 sentyabr
hadisələrindən keçən on il ərzində Amerkanın xəbərlər TV
kanalları və mətbu nəşrləri nəinki
beynəlxalq problemlərdən
yan keçir, hətta siyasi məqsədlərlə faktları təhrif edirlər.
2003-cü il fevralın 15-də təxminən yarım milyon insan
Nyu-Yorkun küçələrinə çıxaraq, ABŞ-ın İraqa hücum