241
silahlı münaqişələr və KİV“, 2002-ci ilin may ayında
Bonnda „KİV, münaqişələr və terrorizm“ və
2004-cü ilin
mart ayında Moskvada „Söz,
informasiya və mətbuat
azadlığı Qərbi, Mərkəzi, Şərqi Avropa ölkələrinin və ABŞ-
ın nəzəriyyə və praktikasında“ mövzusunda keçirilmiş
beynəlxalq konfranslarda münaqişə tərəfləri, hökumət
nümayəndələri, həm də KİV təmsilçiləri bu anlayışdan öz
mövqelərinin doğruluğunu sübut etmək üçün məharətlə
istifadə etməyə çalışmışlar. Kopenhagen konfransında sırf
çeçen-rus münaqişəsi, Bonn konfransında isə əlavə olaraq
Əfqanıstan və Yaxın Şərq konfliktləri, həmçinin bu
münaqişələrdə jurnalistlərin
məsuliyyəti və vəzifələri
mövzuları geniş müzakirə predmeti olmuşdur. Hər iki
konfransda rus iştirakçılar iki istiqamətdə - a) çeçen xalqına
qarşı beynəlxalq humanitar hüquqa zidd hərbi
əməliyyatların aparılması və b) KİV haqqında qanuna
hökumətin terrorçu adlandırdığı şəxslərlə müsahibələrin
verilməsini qadağan edən düzəlişin edilməsi –
istiqamətlərində “qızğın həmlələrə” məruz qalmışlar. Bu
istiqamətlər istənilən şəxsi terrorçu adlandırıb ona qarşı
cəza tədbiri görməyə və faktiki olaraq ölkənin bir hissəsində
siyasi senzura tətbiq edib orada istənilən hərbi əməliyyat
aparmağa imkan verən hallar kimi qiymətləndirilmişdir.
İştirakçılar Rusiyada KİV-in azad fəaliyyəti üçün böyük
maneələrin olduğunu vurğulamışlar. Onların fikrinə görə,
dünya jurnalistikası praktikasında jurnalistin fəaliyyətində
əvvəlcə azadlıq, sonra məsuliyyət prinsipi durur. Rusiya
Federasiyasında
isə əksinə, bu anlayışların yerini
dəyişmişlər. Hökumət jurnalisti qabaqca məsuliyyətə
çağırır, sonra isə ona azadlıq təklif edir.
Beynəlxalq terrorizmin bir təzahür kimi mücərrəd
məna daşıması (tərəflərin bir-birini terrorizmdə
242
günahlandırması)
∗
bu istiqamətin adının
müəyyənləşdirilməsində, eyni zamanda, bu mövzunun KİV-
də işıqlandırılmasında bir sıra problemlər yaradır.
Nədir
“beynəlxalq terrorizm”?
“Mücərrədlik jurnalistikası”mı?
Dünya
jurnalistikasının təcrübəsi beynəlxalq terrorizm
mövzusunun KİV-də
işıqlandırılması sahəsində
redaksiyaların ciddi konsultativ, ümumi humanitar
yanaşma, qeyri-peşəkarlıq, jurnalistin şəxsi mövqesizliyi,
mövzudan yayınma və s. problemlərlə üzləşdiyini göstərir.
Əlbəttə, bu vəziyyət müəyyən dərəcədə korporotiv qrupların
təsiri,
hədə-qorxu, jurnalistin “mükafatlandırılması”, şəxsi
maraq və s. səbəblərlə izah edilsə də, mövzunun, xüsusilə
də, onun obyekti olan beynəlxalq terrorizmin məzmunca
abstrakt xarakter daşıması, daxili anatomiyasının
açılmaması ilə də əlaqələndirilir.
Amma, bir fakt danılmazdır ki, terror aktları
cəmiyyətdə geniş əks-sədaya nail olmaq, çaxnaşmaya səbəb
olan kütləvi qorxu hissi, təşviş yaratmaq və beləliklə də
qarşıya qoyulmuş məqsədə çatmaq üsulu kimi həyata
keçirilir. Bu işdə KİV, xüsusilə də müasir elektron KİV-lər
özlərindən asılı olmayaraq terror aktlarının iştirakçısına
çevrilir, bu aktlar barədə informasiyanın
vahid vaxt
rejimində bütün dünyaya yayılmasına şərait yaradaraq,
təşvişə düşənlərin auditoriyasını fantastik surətdə
genişləndirirlər. Terrorçuların əsas məqsədlərindən biri də
məhz budur. Ona görə də beynəlxalq terrorizm problemini
∗
Bu kitabın müəllifi
(İ.Mazanlı) iştirakçısı olduğu aşağıdakı
beynəlxalq elmi-praktik konfranslarda bu mübahisələrin canlı şahidi
olmuşdur: 1).
mart 1998-ci il, Kopenhagen - Danimarka : „Beynəlxalq
terrorizm, silahlı münaqişələr və KİV“; 2). may 2002-ci il, Bonn -
Almaniya
: „KİV, münaqişələr və terrorizm“; 3). mart 2004-cü il,
Moskva - RF: „Söz, informasiya və mətbuat azadlığı Qərbi, Mərkəzi,
Şərqi Avropa ölkələrinin və ABŞ-ın nəzəriyyə və praktikasında“.
243
işıqlandıran jurnalistlərdən xüsusi peşəkarlıq, mövzunu hiss
etmək bacarığı tələb olunur.
“Mücərrədlik jurnalistikası”nın ilk səciyyəvi cəhəti –
bu mövzunu işıqlandıran ixtisaslaşmış jurnalistlərin
olmamasıdır. Məsələ burasındadır ki, terrorizm mövzusu öz
təbiətinə görə başqa mövzulardan kəskin şəkildə fərqlənir
və terrorizmin mücərrədliyi,
yəni tərəflərin bir-birini
terrorizmdə günahlandırması səbəbindən bu problemin
işıqlandırılması müxtəlif çətinliklər yaradır.
Bundan başqa, bəzən jurnalistlər və sahə üzrə alimlər,
hətta siyasətçilər də problemlə bağlı ziddiyyətli fikirlər
söyləyirlər. Fələstin – İsrail münsibətlərini buna misal
göstərmək olar. Bəziləri öz tarixi torpaqlarında özlərinin
qanuni dövlətini yaratmaq istəyən, öz hüquqlarını daş və
ağac parçaları ilə qorumağa çalışan tərəfə, digərləri isə artıq
yarım əsrdən çox vaxt ərzində işğal edilmiş ərazilərdə bütün
dünyada qəbul olunmuş normalara zidd olaraq qanunsuz
məskunlaşma aparan, primitiv üsullarla özünü müdafiə
edənlərə qarşı istifadəsi beynəlxalq humanitar hüquqla
məhdudlaşdırılan müasir silahlardan
istifadə edən tərəfə
bəraət qazandırırlar. Maraqlıdır ki, hər iki tərəf öz
hərəkətlərinə haqq qazandırmaq üçün kifayət qədər
arqument irəli sürə bilirlər. Bəzən də bir nüfuzlu beynəlxalq
təşkilatın hazırladığı hesabat digər nüfuzlu beynəlxalq
təşkilatın hazırladığı hesabata uyğun gəlmir. Bu, “abstrakt
jurnalistika”nın ikinci səciyyəvi cəhətidir.
Beynəlxalq terrorizmə və silahlı münaqişələrə aid
aparılan elmi tədqiqatların təbiəti də özündə bir qeyri-
müəyyənliyi ehtiva edir. Bəzən bu sosial-siyası təzahürə aid
elmi bilik və müxtəlif mənşəli sübutlar eksperimental və
empirik yolla əldə edildiyi, görüntü nümunələri isə
problemin daxili mahiyyətini deyil,
zahiri tərəflərini
“anlatdığı” üçün səbəb-nəticə əlaqələrinin sübutundan ötrü
yetərli olmur.
244
Beynəlxalq təşkilatların müşahidəçilərinin apardıqları
monitorinqlər də kimin nə dərəcədə haqlı və ya haqsız
olduğunu dəqiqliklə müəyyən edə bilmirlər və ya etmirlər
və yaxud da etmək istəmirlər. Adətən, bu təşkilatların
nümayəndələrinin etdikləri rəsmi çıxışlar, hazırladıqları
hesabatlar loyal xarakter daşıyır, “sərt künc”lərdən yan
keçirlər. Göründüyü kimi, bu məsələdə də bir mücərrədlik
mövcuddur. ATƏT-in Mətbuat Azadlığı Bürosunun baş
məsləhətçisi A.Boldırev qurumun Cənubi Qafqaz
ölkələrində mətbuatın problemlərinin həlli üçün təsir
mexanizminin axtarışı ilə əlaqədar “Amerikanın səsi”
radiosuna verdiyi müsahibəsində ifadə azadlığının qorun-
ması məsələsinə toxunmuşdur: “Qanunlar hətta abstrakt
anlayışları və habelə etiqad konsepsiyalarından ifadə
azadlıqlarını qorumalıdır. Belə ki, terror kimi məfhumlar
barədə ifadə azadlığına o zaman cinayət müstəvisində
baxıla
bilər ki, bu ifadədə zorakılığa birbaşa çağırış
olsun”.
106
Beynəlxalq terrorizmlə bağlı elmi qeyri-
müəyyənlikdən və hər hansı bu və ya digər bir problemlə
bağlı ekspert rəylərində olan müxtəlifliklərdən irəli gələn
mücərrədlikdən başqa, hökumət mənbələrinin informasiya
siyasətindən qaynaqlanan mücərrədlik də özünü büruzə
verir. Bu cür mücərrədlik fövqəladə hallarda özünü daha
qabarıq
şəkildə büruzə verir. Bəzi informasiya
mənbələrindən jurnalistlərə yarımçıq, dəqiqləşdirilməmiş və
ya da bilərəkdən çaşdırıcı informasiyalar verilir ki, bu da
ümumi çaxnaşmanı, qorxunu və intiqam almaq hissini daha
da gücləndirir.
106
ATƏT jurnalistləri məsuliyyətli olmağa çağırır. „Ekspress“
qəzeti, 18-19 dekabr, 2008.