233
psixi, psixosomatik və digər
xəstəlikləri kəskinləş-
dirmək;
insanın və ümumiyyətlə bioloji orqanizmlərin
inkişafının genetik proqramlarını dəyişmək.
Ekoloji cəhətdən təhlükəli texnologiyaların qərəzli
istifadəsi və qərəzli təsiretmə texnologiyalarının KİV-ə
tətbiq edilməsi xüsusi narahatlıq doğurur. Bu işlərin
nəzarətdən kənarda qalması ayry-ayrı regionların və
ölkələrin əhalisi, həmçini bütün bəşəriyyət üşün qlobal
ekoloji problemə çevrilə bilər. Vəziyyəti gərginləşdirən
cəhətlərdən biri də odur ki, artıq elə mikroprosessorlar ixtira
olunmuşdur ki, onlar kənardan sorğu və komanda əsasında
rəqəmli qurğularda olan informasiyanı onun sahibindən
icazəsiz olaraq oğurlamaq, başqasına
ötürmək və hətta hiss
olunmayan düzəlişlər etmək də mümkündür.
Elektron KİV-in inkişafı ilə əlaqədar qlobal ekoloji və
psixoekoloji problemlərlə bağlı KİV-in qarşısında müəyyən
tələblər qoyulur:
1.
KİV-də və kompüter şəbəkəsində rəqəmli istehsal
texnologiyalarının, həmçinin onların yeni translyasiya üsul-
larının tətbiqi nəticəsində kütləvi şüurla manipulyasiya,
qlobal masştabda sağlamlıq problemləri, bütövlükdə Yer
kürəsində canlı həyat üçün yaranan təhlükə problemi KİV-
in əsas mövzularından biri olmalıdır.
2.
KİV müasir dövrdə milli və beynəlxalq
təhlükəsizliyin təmin olunması üçün öz səylərini müxtəlif
elmi və texniki sahələrin mütəxəssislərinin
səyləri ilə
birləşdirməlidir.
3.
KİV mətbuatda və qlobal kompüter şəbəkələrində
istifadə olunan yaradıcılıq texnologiyalarının və texniki
vasitələrin təhlükəlilik səviyyəsininin müəyyən edilməsinə
çalışmalı və əldə olunan nəticələri müvafiq tədbirlər
görülmək üçün ictimaiyyətin və hökumət orqanlarının
diqqətinə çatdırmalıdır.
234
4.
KİV geniş auditoriyanı sözügedən problemlərin
tədqiqatı ilə əlaqədar aparılmış təhlillərin nəticələri ilə tanış
etməlidir.
5.
KİV teleradio yayımının psixofiziki aspektlərinin
insanların sağlamlığına təsirinin və onların vaxtında
detektirləşməsi
(lat.- yüksəktezlikli dəyişmələrdən
aşağıtezlikli dəyişmələrin əmələ gəlməsi) imkanlarının
aydınlaşdırılması məqsədi ilə aparılan kompleks tədbirlərin
istiqamətlərinin müəyyən olunmasına səy göstərməlidir.
6.
KİV öz iştirakı ilə teleradio yayımının insanların
sağlamlığına qlobal təsirinin qarşısını ala bilən təşkilati-
texniki tədbirlərin hazırlanmasına, teleradioproqramlarda,
video və audioməhsullarda, kompüter oyunlarında
artefakt-
ların
(lat.-sünii hazırlanmış) aşkar olunması metodlarının
axtarılıb tapılmasına, bütün rəqəmli tele-, radio-, video-,
audio- və multimedia məhsullarının ekoloji və psixoekoloji
baxımdan məcburi sertifikatlaşmasına imkan verən
metodika və aparat-proqram vasitələrinin yaradılmasına
çalışmalıdır.
7.
Rəqəmli tele-, radio-, video-, audio- və multimedia
məhsulları istehsal edən yaradıcı işçiləri və eləcə də
ictimaiyyəti elektron KİV-lərlə əlaqədar ekeloji cəhətdən
maarifləndirməlidir.
Yoxlama sualları və tapşırıqlar
1.
Müasir informasiya yayımı sistemində elektron
KİV-lərin və rəqəm texnologiyalarının yerini və rolunu
qiymətləndirin.
2.
Elektron KİV-lərin və rəqəm texnologiyalarının
qlobal davranışa və sağlamlığa psixoekoloji təsir
imkanlarına nəzər yetirin.
3.
Psixoekoloji problemlərin həllində
KİV-in
qarşısında qoyulan tələbləri sadalayın.
235
VIII MÖVZU
Jurnalistika və müasir dövrdə beynəlxalq
terrorizm problemi
XX əsrin sonları - XXI əsrin əvvəllərində bəzi dövlət-
lərin, xüsusilə də ABŞ, İsrail, Rusiya, Fransa və s. ölkələrin
dövlət başçılarının, siyasi xadimlərin, rəsmi şəxslərin,
politoloqların çıxışlarında, beynəlxalq danışıqlarda və
əlbəttə ki, KİV materiallarında “beynəlxalq terrorizm”
anlayışı tez-tez səslənməyə başlamışdır.
Terror sözü latın
dilində qorxu, dəhşət, təşviş deməkdir. Müasir kontekstdə
təşvişə salmaq siyasəti, qeyri-siyasi yolla siyasi məqsədlərə
çatmaq, siyasi rəqiblərin zorakılıq yolu ilə susdurulması
mənasında işlədilir. Bu termin bir növ,
bəşəri dəyərlərə və
ideallara sadiq qalaraq, onları silah gücünə qorumağa hazır
olmaq barədə Bibliya və Qurana and içmək səviyyəsinə
yüksəlmiş qlobal bir təzahürü ifadə edir. Səslənən
bəyanatlara diqqqətlə yanaşsaq, XXI əsrin ilk illərində
bəşəriyyətin yeni qlobal vəzifə ilə - “beynəlxalq terrorizmə”
qarşı mübarizə üçün bütün qüvvələrin səfərbər olunması
problemi ilə qarşılaşdığının şahidi oluruq. Bu problem,
xüsusilə, Qərb ölkələrinin kütləvi informasiya vasitələrinin
(“terror”, “terrorçu”, “islamizm”, “islamçı”
102
və s. ifadələr
barədə mənfi ictimai rəy yaratmışdır) və qismən də Rusiya
102
Qərb KİV-inin interpretasiyasına görə,
“islamizm” –
cəmiyyətin və
dövlətin daxilində, həmçinin dövlətlərarası münasibətlərdə olan bütün
ziddiyyətlərin şəriət normalarına uyğun həll ediləcəyi bir şəraitin
yaradılmasını nəzərdə tutan dini-siyasi ideologiya və praktik fəaliyyət
istiqamətidir.
“İslamçı” – islam dininin davamçısı, radikal, fundamental
istiqamətin və totalitar rejim yaradılmasının tərəfdarı, ortodoksal islam
normalarından hər cür yayınmanı rədd edir.
236
KİV-lərinin (daha çox “vəhhabi”
103
anlayışı ətrafında
neqativ ictimai fikir formalaşdırmışdır) məqsədyönlü səyləri
ilə insanların digər uzunillik qlobal problemlərini daha arxa
plana sıxışdıraraq bəşəriyyətin diqqət mərkəzində özünə
möhkəm yer tutmuşdur.
Əlbəttə, Qərb və Rusiya kütləvi informasiya
vasitələrinin “islamizm”, “islamçı”, “vəhhabi” və s.
anlayışlarla bağlı interpretasiyası ayrıca bir elmi
polemikanın
mövzusudur və indi bizim məqsədimiz bu
anlayışlar ətrafında neqativ ictimai fikir formalaşdırmaqla
cəmiyyətdə fərqli düşüncəyə malik insanlara münasibətdə
həyata keçirilən fəaliyyətlərə qiymət vermək deyildir.
Bununla belə, Avropa dövlətlərinin dəstəyi ilə ədəbiyyat
üzrə Nobel mükafatına layiq görülmüş ilk türk yazıçısı
Orxan Pamukun müsahibələrinin birində söylədiyi fikir bu
cür polemikalarda başlanğıc materialı kimi istifadə oluna
bilər. Yazıçı ona verilən – "Başqa rənglər" romanınızda bir
fəsil var - "Avropa hardadır"? Həmin fəsildə siz Cenevrədə
keçirdiyiniz yayı təsvir edirsiniz: "kilsə zənglərini ilk dəfə
eşidəndə mən özümün Avropada yox, xristian dünyasında
olduğumu hiss etdim". Yaxşı, necə baxaq, Avropa - xristian
klubudur? sualına belə cavab verir - “Əgər
Avropa -
təməlində millətçilik və xristiançılıq dayanan xristian
klubudursa, orda Türkiyənin yeri yoxdur. Yox, əgər Avropa
azadlıq, bərabərlik və qardaşlıq kimi dəyərlərin üzərində
bərqərar olursa, onda Avropada Türkiyənin yeri var. ...
Düzü, heç elə bir ümidim də qalmayıb
.”
104
Bu müsahibədən
neçə il keçsə də, Türkiyə hələ də “Avropa ailəsinə” qəbul
olunmayıb.
103
Qərb, xüsusilə də Rusiya KİV-inin interpretasiyasına görə,
“
vəhhabi” – İslam dininin cərəyanlarından birinin tərəfdarı; ilkin
İslama qayıtmağı, bər-bəzəkdən, mahnı və rəqslərdən, şərab və tütündən
istifadədən imtina etməyi tələb edir.
104
http://kitabxana.net/?oper=readNews&id=523