217
məskunlaşmasına kömək edir
və bu simalar da ekoloji
dərketmə prosesinin “insanlaşdırılmasına”, insanla təbiət
arasında yeni münasibətlər uğrunda mübarizədə biliklərin
daim təkmilləşməsinə kömək edirlər.
Burada jurnalistika və ekologiya demək olar ki,
vahid bir sistem şəklində birləşir. Beləliklə də,
ekoloji
jurnalistika yaranır. Etiraf etmək lazımdır ki,
jurnalitsikanın bu növü başqa növlərə nisbətən çox gec
yaranmışdır. Nədir ekoloji jurnalistika? Ekoloji jurnalistika
terminini işlədərkən biz nəyi nəzərdə tuturuq? Səhiyyə və
elm, energetika, kənd təsərrüfatı və yaxud dənizlərin və
okeanların resurslarının
mənimsənilməsi məsələləri bu
mövzuya aiddirmi? Nəhayət, üçüncü dünya ölkələrinin
inkişafı məsələlərinin və yoxsulluğa qarşı mübarizənin bu
problemlə bir əlaqəsi varmı?
Dünyanın ayrı-ayrı regionlarında bu termin özündə
tipik ekoloji problemləri ehtiva etsə də, bəzi ölkələrdə
ekologiya anlayışı müxtəlif növ təbii qəza və fəlakətlərlə
assosiasiya yaradır. Ənənələrdən, coğrafi, iqtisadi və siyasi
mühitdən və əlbəttə, kütləvi informasiya vasitələrinin
mövqeyindən asılı olaraq, “ekoloji problem” anlayışı yeni
bir məna kəcb edir. MDB ölkələrində yuxarıda
sadalanan
ekoloji məsələlərlə yanaşı, ekoloji qanunvericilik və
insanların ekoloji hüquqlarının qorunması məsələləri də bu
problemlərə aid edilir.
Jurnalistin diqqətini cəlb edən qlobal problemlərin
sırasına ayrıca ekoloji problem kimi qəbul edilmiş
problemlər, məsələn, Yer kürəsində əhalinin sayının sürətlə
artaması, əhalinin ərzaqla təminatı və s. məsələlər də daxil
edilir. Bu da təbiidir, çünki əsas qlobal ekoloji problemlər –
iqlim dəyişikliyi, ətraf mühitin dağıdılması, meşələrin
qırılması və şirinsulu göllərin məhvi, səhralaşma, torpağın
deqradasiyası, heyvanların və bitkilərin təbii areallarının
məhv edilməsi bu proseslərin nəticəsi kimi xarakerizə edilir.
218
Milli səviyyədə şəhərlərin
böyüməsini və bununla əla-
qədar olaraq havanın və suyun çirklənməsini, səs-küyün
yaranması ilə bağlı “çirklənmə”ni ekoloji problemlərin
cərgəsinə qatırlar. Nəhayət, pestisidlərdən istifadə
məsələləri məişət səviyyəsində baş verən ekoloji problem
kimi qiymətləndirilir. Bu məsələ pestisidlərlə zəngin meyvə
və tərəvəzləri yeyən fermerləri və sıravi istehlakçıları eyni
dərəcədə narahat edir.
Maraqlıdır ki, bütün ölkələrdə ekologiya istisna
qaydada neqativ təzahür və problemlərin məcmusu kimi
spesifik anlama malikdir və bu zaman heç kim müsbət
nümunələri və artıq həll olunmuş problemləri yada salmır.
Qlobal ekoloji problemlərin həlli
sahəsində müsbət nümunə
kimi BMT-nin və digər nüfuzlu beynəlxalq təşkilatların
himayəsi altında stratosferdə ozon qatının dağılmasının
qarşısının alınması, məhv olmaqda olan bitki və heyvan
növlərinin qorunması üzrə konvensiyaları, ekoloji cəhətdən
təmiz texnologiyaların yayılması üzrə birgə səyləri
göstərmək olar. Milli səviyyədə ölkənin dayanıqlı inkişafını
və təbii resurladan qənaətlə istifadəni təmin edən layihə və
tədbirləri, məişət səviyyəsində isə sıravi vətəndaşı narahat
edən ekoloji problemlərin – torpaqdan səmərəli istifadəni,
həşəratların sayının artmasının nəzarətdə saxlanılmasını,
yaşayış və istirahət yerlərinin çirklənmədən qorunmasını
ekoloji problemlərin həllinə yönəlmiş müsbət nümunə kimi
dəyərləndirmək olar.
Əlbəttə, yalnız problemləri sadalamaqla, ekoloji
jurnalistikanın tam anlamını müəyyən etmək çətindir.
Praktik olaraq, istənilən ekoloji hadisə elm, kənd təsərrüfatı,
təbabət və siyasət kimi ixtisaslaşdırılmış ənənvi
istiqamətlərin elementlərini özündə birləşdirir. Əgər ətraf
mühiti insanların, bütün canlı və canlı olmayan
təbiətin cəlb
olunduqları mürəkkəb sistem kimi xarakterizə edən anlamı
əsas götürsək, istənilən jurnalistikanı praktik olaraq ekoloji
219
jurnalistika hesab etmək olar.
Beləliklə:
ekoloji jurnalistika jurnalistikanın mövzu üzrə ənə-
nəvi bölgüsünə uyğun gəlməyən, qismən yeni tərkib
hissəsidir;
ekoloji jurnalistika insanların səhhəti, iqtisadiyyat,
təbii resurslar və sahə üzrə müxtəlif elmi tədqiqatlarla bağlı
məsələlərin KİV-də
işıqlandırılmasıdır. Ekoloji
jurnalistikanın predmeti insanların canlı və qeyri-canlı
təbiətin elementləri ilə birlikdə onun resurslarının istifadəsi,
yenidən bölünməsi və dağıdılması yolu
ilə ətraf mühitə
zərbə vuran qarşılıqlı fəaliyyətləridir;
ekoloji jurnalistika qlobal və lokal əhəmiyyət kəsb
edən ekoloji məsələlərin fasiləsiz və ardıcıl surətdə KİV-də
işıqlandırılmasıdır;
ekoloji jurnalistika yalnız problemlərin deyil, eyni
zamanda təbii resursların istifadəsi sahəsindəki müsbət
nümunə və təcrübənin KİV-də işıqlandırılmasıdır.
Müasir dövrdə bütövlükdə ekoloji tematikaya həsr
olunmuş müxtəlif qəzet və jurnallar, informasiya
agentlikləri, tele və radioproqramlar meydana gəlməkdədir.
Amma bəzi kütləvi informasiya orqanları rəqabətə, iqtisadi
çətinliklərə tab gətirə bilmir,
oxucu və sponsor tapa
bilmirlər. Lakin buna baxmayaraq, postsovet məkanında
ekoloji jurnalistika yaranma və inkişaf dövrünü yaşayır,
getdikcə öz nüfuz dairəsini genişləndirir və fəaliyyətinin
səmərəsini artırır.
XX əsrin
80-ci illərinin əvvəllərində postsovet re-
gionunda ixtisaslaşdırılmış heç bir ekoloji nəşr olma-
mışdır. Ekologiya problematikasına aid nadir yazılara
«Наука и жизнь», «Техника-молодежи», «Юный на-
туралист», «Природа и человек», Azərbaycanda isə
“Elm və həyat” və
“Aəzrbaycan təbiəti” jurnallarında və
220
s. nəşrlərdə rast gəlmək olurdu. Bu nəşrlər sərt senzura
şəraitində yalnız ölkədəki “ayrı-ayrı ekoloji ziddiyyətlər”
barədə yazılar dərc edə bilirdilər.
80-ci illərin ortalarında ölkədə (SSRİ) başlamış
yenidənqurma və aşkarlıq mühiti neqativ ekoloji
informasiya axınını xeyli gücləndirir. Lakin, yalnız keçmiş
sovet respublikaları müstəqillik əldə etdikdən və bu
ölkələrdə kütləvi informasiya vasitələri haqqında qanun
qəbul edildikdən sonra ekoloji mətbuat inkişaf etməyə
başlamışdır. Rusiyada
«Зеленый мир», «Экологическая
газета» və
«Спасение» adlı ekoloji
qəzetlər çap olunmağa
başlamışdır. Sonuncu bütün MDB dövlətlərində yayılır.
Bu səpkidən
«Свет» («
Природа и человек» jurnalı
hazırda belə adlanır),
« Зеленый крест», «Экос-ин-
форм», «Евразия-Мониторинг», «Фонарик» ekoloji
uşaq jurnalını və başqa jurnalları da göstərmək olar.
Keçmiş sovet respublikaları da bu prosesdən kənarda
qalmamışdır: həmin dövrdə «Avena-tura» (Kişinyov),
«Nabat» (Minsk), «Ekokuryer» (Almatı) qəzet və jurnalları
çap olunur. Azərbaycanda ilkin dövrlərdə «Fəryad» qəzeti
nəşrə başlamış, lakin sonra nəşrini dayandırmışdır. «Ekoloji
xəbərçi», «Azərbaycan ekologiyası», «Ekologiya
xəbərləri», «Ekologiya» (Gəncə) və s. qəzetlər çap olunur.
Hazırda Dövlət Ekologiya və Təbii Sərvətlər Nazirliyi
«Eko-info», yaxud da «Eko-fakt» adlı qəzet buraxmağı
planlaşdırır.
Bu sahədə
televiziya jurnalistikası xüsusi rola
malikdir. Televiziya jurnalı vahid ssenari planı ilə birləşmiş,
eyni auditoriyaya ünvanlanmış və aparıcının orijinal şərhləri
ilə fərqlənən iki və ya daha çox tematik cəhətdən müstəqil
müxtəlifjanrlı süjetlərin videoyazısıdır. Bu proqramların
əsas əlamətləri aşağıdakılardır:
-
ünvan yönümlülüyü,
müəyyən auditoriyaya
istiqamətlənmə;