209
müşahidə edilmişdir. Arktika bölgəsi 2011-ci ilin
məlumatına görə, ozon təbəqəsinin 40 faizini itirmişdir.
99
Hələ 1987-ci ildə 24
dövlətin nümayəndələri
Monrealda görüşərək 1999-cu ilə qədər ozondağıdıcı XFK-
nın (xlorfutorkarbon) istifadəsini iki dəfə azaltmaq barədə
öhdəlik götürmüşlər. Lakin, dünya dövlətlərinin və
ictimaiyyətin Ozon qatının qorunması üzrə Monreal
Protokolu çərçivəsində apardıqları işlərə və ümumiyyətlə,
bu sahə ilə bağlı digər səylərə baxmayaraq, problemin
həllinə nail olmaq mümkün olmamışdır.
Ozonla bağlı, ancaq ozon qatının dağılması ilə bağlı
olmayan başqa bir problem fotokimyəvi smoq problemidir.
Ozon atmosferin aşağı qatında (troposferdə) çirkləndirici
maddə kimi çıxış edir. Bu maddə oksidləşmiş kükürdün
işıqda karbonla reaksiyaya girməsi nəticəsində əmələ gəlir.
Ozon troposferdə bitkilərdə fotosintezi zəiflədir,
bitkilərin
inkişafını ləngidir və beləliklə də kənd təsərrüfatında
məhsuldarlığı (xüsusilə də qarğıdalı, buğda, yerfındığı və s.)
aşağı salır. Ozon həmçinin rezin məhsullarının, tekstil və
dam örtüklərinin dağılması prosesini sürətləndirir.
Su ilə bağlı ekoloji problemlər
Əsas ekoloji problemlərdən biri şirin su problemidir.
Yer kürəsində təmiz suyun həcmi getdikcə azalır. Bu onun
ekstensiv (lat.- geniş) istifadəsi, çirkləndirici maddələrdən
istifadəyə nəzarətsizlik (kənd təsərrüfatı, sənaye, nəqliyyat,
məişət çirklənməsi və s.) və ekologiyanın tələbləri nəzərə
alınmadan su təsərrüfatı tikintilərinin aparılması ilə bağlıdır.
İnsanlar əksər hallarda suya olan ehtiyaclarını düzgün
qiymətləndirə bilmirlər. İşlədilən suyun böyük bir hissəsi
kənd təsərrüfatı məhsullarının və bir sıra çoxişlənən
99
“İki sahil” qəzeti, 8 iyul 2011-ci il
210
malların (məsələn, şəkər, pambıq, ət və s.) istehsalına sərf
edilir. Dünya üzrə istifadə olunan
suyun üçdə ikisi xaricdə
istehsal olunan və idxal edilən malların istehsalına sərf
olunur.
Yaxın illərdə əsas problemlərdən biri yeraltı suların
çirkləndirilməsi məsələsi olacaqdır. Pestisidlərin (50 növü
vardır; lat.
Pestis yoluxucu +
caeadere öldürmək – bitki
xəstəlikləri və zərərvericilərlə mübarizə aparmaq üçün
kimyəvi maddələr) və mineral gübrələrin qeyri-düzgün
istifadəsi qrunt sularının çirklənsəinə gətirib çıxarmışdır.
Su ilə bağlı ekoloji problemlər arasında pestisid
problemi şox narahatlıq doğurur. Çünki, pestisid yalnız
kənd təsərrüfatının inkişaf strategiyası ilə deyil, həmçinin
səhiyyə, heyvanat və bitki aləminin mühafizəsi və
bütövlükdə biosferin həyati təminatı ilə bağlıdır. Hazırda
biosferdə ona yad olan 50 min kimyəvi maddə –
ksenobiotik maddə vardır (yun.
xenia – yad). Ərzaq
məhsullarının 30 %-dən çoxunun tərkibində pestisid
normadan artıqdır. Bəzi pestisidlərin həcmi uşaq
yeməklərinin 42 %-də, tərəvəzin isə 50 %-dən çoxunda nor-
madan artıqdır.
Tədqiqatlar göstərir ki, pestisidlər
istifadə olunduğu
bütün rayonlarda əhalinin sağlamlıq göstəriciləri kəskin
şəkildə aşağı düşmüşdür. Pestisidəlr, eyni zamanda,
radiasiya da orqanizmin immun sistemi funksiyalarının
pozulmasına gətirib çıxarır. Nəticədə insan orqanizmi nəfəs,
əsəb, ürək-damar sistemi, həmçinin çoxalma və həzmetmə
orqanları ilə bağlı olan adi xəstəliklər qarşısında belə aciz
olur.
Belə çıxır ki, insanların sağlamlığının
və biosferdə hə-
yatın təminatı sisteminin qorunub saxlanılması üçün
pestitsidlərdən istifadədən tədricən imtina edilməli və kənd
təsərrüfatının ekoloji cəhətdən
əsaslandırılmış
formalarından istifadə olunmalıdır.
211
Enerji istehsalının ekoloji nəticələri
Qlobal problemləri öyrənən mərkəzlərin
tədqiqatlaarına görə, insan fəaliyyəti nəticəsində əsasən
bərpaolunmayan resurslar hesabına enerji istehsalının və
istehlakının artması biosferanı dayanıqlıq vəziyyətindən
dağılma vəziyyətinə gətirib çıxarmışdır. Enerji istehsalının
gələcəkdə hətta iki dəfə də olsa belə artırılması biosfera ilə
iqlim arasındakı balansın tam pozulmasına və bundan irəli
gələn katastrofik nəticələrə səbəb olacaqdır.
Müasir dövrdə enerji istehlakının sürətlə artması
əsasən iki səbəblə: birinci, Yer
kürəsində əhalinin sürətlə
artması və bununla əlaqədar olaraq; ikinci, istehlakın
ümumi səviyyəsinin yüksəlməsi səbəbindən dünya sənaye
və kənd təsərrüfatı istehsalının inkişafı ilə izah olunur.
Hazırda okeanlar və yer səthindəki bitkilər neft, daş
kömür və təbii qazın yandırılması zamanı atmosferə atılan
karbon qazının yalnız 40 %-ni uda bilir, 60 %-i isə
atmosferdə yığılıb qalır. Hesablamalar göstərir ki, bu cür
vəziyyət davam edərsə, dünya enerji sistemi 2050-ci ilədək
atmosferə 400 Qt karbon qazı atacaq
və beləliklə də onun
çəkisi 750 Qt-dən 1000 Qt-yə qədər artacaqdır. Həmin vaxt
atmosferdə CO
2
-nin qatılığı da iki dəfə artıq olacaqdır.
Əgər, təbiət tərəfindən qarbon qazının udulmasının
maksimum sürətinin ildə 6-7 Qt-dən çox olmadığını nəzərə
alsaq, təbii idarəetmə sisteminin vəziyyəti stabilləşdirəcə-
yinə ümid etməyə heç bir əsas qalmır.
Aydındır ki, bəşəriyyətin enerjiyə olan ehtiyacı
gələcəkdə heç də azalmayacaq, əksinə artacaqdır. Enerjiyə
sabaha olan sorğu isə bu gün bəşəriyyətdən öz cavabını
tələb edir. Enerji ilə bağlı talançılıq və gələcək qarşısında
məsuliyyətsizlik vəziyyəti daha da gərginləşdirir. Üç “E”:
enerji ehtiyatları, “ekonomik” (iqtisadi) göstəricilər və
ekoloji nəticələr arasındakı amansız müharibənin həlledici
amilləri kimi çıxış edəcəklər. Bəşəriyyətin sağ qalması üçün
212
dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların və
dövlətlərin düzgün seçim etmələri olduqca vacibdir.
Turş yağıntılar
Yanacağın yandırılmasından
sonra oksidləşmiş kük-
ürdün və azotun atmosferə buraxılması nəticəsində planetdə
bütün növ meteoroloji çöküntülərin - yağışın, qarın, sulu
qarın, dolunun və dumanın turşluğunun artması ciddi
ekoloji problemə çevrilmişdir. İnsanın fəaliyyəti prosesində
əmələ gələn kükürd 4-oksid (SO
2
) və oksid-azot (NO
x
)
atmosferə düşərək tutşuluq yaradan hissəciklərə çevrilir. Bu
hissəciklərin atmosferdəki su ilə reaksiyaya girməsi
nəticəsində turş maye əmələ gəlir və həmin maye çöküntü
şəklində Yer səthinə qayıdır. Əvvəlki dövrlərdən fərqli
olaraq, bu gün heç kim turş yağıntıların mövcud olmasına
şübhə etmir. Turş yağıntılar məhsuldarlığı aşağı salır,
bitkiləri, meşələri və şirin suda olan canlı həyatı məhv edir,
evləri, mədəniyyət abidələrini, boru sistemlərini dağıdır.
Şərqi Avropada meşə sistemlərinin yarısı bu yağıntılardın
zərər çəkmişdir. Turş yağıntılar iri şirin su nohurlarındakı
həyatı məhv edir. ABŞ-dakı göllərin 80 %-dən çoxu ölü göl
hesab olunur. Turş yağıntılar həll olmayan birləşməlri həll
olan birləşmələrə çevirir və beləliklə də torpağın turşlaşması
nəticəsində alüminium, kobalt
və digər metal birləşmələri
insanların sağlamlığı üçün təhlükə yarada bilən miqdarda
bitkilərə və suya da daxil ola bilir.
Turş yağıntılar nəticəsində əmələ gələn itkilər hər il
milyardlarla dollarla ölçülür. Məhsulların məhvi, meşələrin
itirilməsi, qurğuların dağılması, tibbi xərclərin artması və s.
külli miqdarda vəsaitin cəmiyyətdəki sosial problemlərin
həllindən kənarlaşmasına səbəb olur. Mütəxəssislərin
fikrinə görə, vəziyyəti yaxşılaşdırmağın yeganə yolu
atmosferə atılan zəhərli tullantıların həcminin
azaldılmasıdır.