193
Maraqlısı odur ki, ailədaxili zorakılıqlar cəmiyyət
tərəfindən hələ də normal qarşılanır. Əksər qadınlar ərləri
tərəfindən döyülməyin qanunauyğunluq olduğunu fikirləşir.
Hazırda məhkum qadınların əksəriyyəti ...
ailədaxili
zorakılıqla bağlı törədilən cinayətlərə görə cəza çəkir. Bu
gün boşanma statistikası aparılsa da, başqa ölkələrdən fərqli
olaraq zorakılığa məruz qalan qadınların statistikası
aparılmır. Belə olan halda qadının əlacı ən yaxşı halda
boşanmaya çatır. Hətta iş o yerə catıb ki, boşanan qadın da
əksər hallarda əri tərəfindən zorakılığa məruz qalır.”
93
Adətən, münaqişələr barədə informasiyalar o qədər də
zorakılıq xarakteri daşımır. Kriminal süjetlər təhlil
massivinin cüzi bir hissəsini (10-15 %) təşkil edir ki,
onların da yarısı qeyri-zorakılıq yolu ilə baş vermiş ölümə
(məsələn, bağ evində yanğın), valideynin öz uşağını
oğurlamasına və ya da kriminal statistikaya aid olur. Təhlil
massivinin böyük hissəsini (85-90 %) “görkəmli adamların”
(siyasətçi, aktyor, teleaparıcı, müğənni, idmançı və s.) ailə
həyatının (təxminən 65 %) və ictimaiyyətin diqqətini o
qədər də cəlb etməyən adamların ailə-məişət situasiyalarının
(təxminən 25 %) təsviri təşkil edir. Materiallarda kiçik tipli
ailələrin: burada ər-arvadın, ərin, arvadın, qızın, oğulun,
atanın və ananın rolu daha geniş təqdim olunur. Geniş
ailələrin (üçnəsilli və ya daha artıq) rollarına
nadir hallarda
rast gəlinir.
Kontent-analiz aparılarkən uşaqların müxtəlif
materiallarda göstərilən yaşları onların körpəliyi,
məktəbəqədərki dövrü və məktəb illəri ilə bağlı mərhələlərə
bölünməlidir:
4-11 yaşlı uşaqlar. Uşaqlar bu yaşda kifayət qədər
sərbəst olurlar (və ya olmağa çalışırlar) və özlərini təqdim
93
Azərbaycanda boşanmalar artıb. Həftə içi.az, On line,
2011-04-01
194
etməyi bacarırlar (və ya səy göstərirlər), lakin məhz bu “sər-
bəstlik” KİV-də:
“Sumqayıtda 6-cı mərtəbədən yıxılan uşaq sağ
qalıb”, “Meşəbəyinin meşədə azmış 5 yaşlı oğlu altı gündən
sonra sağ-salamat evlərinə döndü” və s. şərti başlıqlı
materialların işıq üzü görməsinə səbəb ola bilər. Digər
tərəfdən, bu yaş hüdudları məktəbəqədərki və ibtidai sinif
“həyəcanı” dövrünü əhatə edir. Mətbuatda “Məktəbəqədər
yaşlı uşaqları ağıllı olmağa məcbur edəcəklər”, “Birinci
sinif şagirdinin anasının beş sualı” və s. şərti başlıqlı yazılar
dərc oluna bilər;
Adətən, tədqiqat massivinin 20 %-ni
təşkil edən, orta
və yuxarı uşaq yaşında olan uşaqların bilavasitə iştirakçısı
olduqları, kriminal epizodlar: “Tənha qadının qızını
öldürüb, evini yandırdılar”. Baş rolların əsasən
məşhur
valideynlərə ayrıldığı, uşaq rollarının və adlarının isə sadə
kontekstdə xatırlanıldığı nikah-ailə səhnələri (əksər hallarda
təhlil massivinin 30 %-ə qədərini təşkil edir) aşağıdakı şərti
başlıqlarla dərc edilir: “Keşiş Jirinovskinin nəvəsinin xaç
atası olacaqmı?”, “Jirinovski beşqat babadır”, “Qardaş-2”-
nin “Oğul-1”-i doğulmuşdur”.
Tək-tək hallarda
“baba/nənə - nəvə” və “qayına-
na/qayınata – gəlin/kürəkən” tipli münaqişə münasi-
bətlərinə də rast gəlinir. Bu, çox yəqin ki, ailələrin kütləvi
şəkildə kiçildilməsinin və gənc
cütlüklərin valideynlərdən
və digər qohumlardan ayrı yaşamalarının nəticəsidir. Bu
vəziyyətdə valideynlərin və uşaqların iştirakı ilə (“ana –
oğul/qız” variantı dominantlıq edir) şəxslərarası əks-hərəkət
prinsipi üstünlük təşkil edir. Sonuncu halda KİV üçün
materialın meydana gəlməsinin səbəbi əsasən
adyulter
(fransızca – adultere, ər-arvadın sədaqətsizliyi, xəyanət),
nadir hallarda isə uşaqların tərbiyəsi məsələsi olur.
Həmçinin, müəyyən dəyişikliyə məruz qalmış status
göstəriciləri və sosial-peşə xarakteristikaları da gözlənilməz
195
təsir bağışlaya bilir. Əgər əvvəlki tədqiqatda fəhlə,
pensiyaçı, işsiz, aktyor, iş adamı və başqalarının ailələri
bərabər səviyyədə təmsil olunurdularsa, bu tədqiqat
massivində ailələrin çox hissəsi (təxminən 70 %) açıq
peşələrin təmsilçilərinin – tanınmış siyastçilərin, məşhur
idmançıların, aktyorların, estrada “ulduzlarının”,
teleaparıcıların və digərlərinin payına düşür. Mətnlərə daxil
edilmiş informasiya təsviri-memuar xarakteri daşıyır. Şəxsi
söhbətlərdə, yaxın adamların xatirə və ya rəylərində
yaşanan adi, sakit sevinclər, xəstəlik dövrlərində və məişətlə
bağlı yaranan çətinliklər zamanı onlara göstərilən kömək,
ailə genelogiyası və karyera barədə məlumatlar üstünlük
təşkil edir. Təhlil olunan materialın cüzi bir hissəsi (3 %-ə
qədər) uşaq ölümünə, boşanma proseslərinə,
ailə və karyera
ilə bağlı (oxşar tematikaya “sadə” adamlar arasında daha
tez-tez rast gəlinir – təxminən 20 %) münaqişələrə aid olur.
Kontent-analiz belə bir nəticəyə gəlməyə də əsas verir
ki, bizim siyasi stabilliyimizin asılı olduğu insanlar yaxşı
yaşayırlar. Amma belə bir təəssürat yaranır ki, onların xoş-
bəxtliyinin səbəbi öz aralarında olan qarşılıqlı möhkəm
münasibətlər və bir-birlərini başa düşmələri deyil, maddi
rifah şəraitində yaşamalarıdır. Belə ailələrdə ailənin və
nikahın sabitliyi maddi rifahın yox, maddi rifah nikahın
zəmini kimi çıxış edir. Nə üçün təminatlı ailələrin uşaqlrı
yoxdur və yaxud bir uşağı var? Kontent-analiz bu suala
cavab tapılmasına da imkan yaradır. Səbəb fərdi dəyərlərin
dəyişməsi ilə bağlı imiş. Ailədə iki uşağın olması paytaxtda
və ölkənin digər iri şəhərlərində iki uşağa, hətta bəzən bir
uşağa da olan ehtiyacla müəyyən olunur. Bunun üç və ya
daha çox uşağa olan ehtiyacın reallaşdırılması
istiqamətindəki “maneələrlə” heç bir bağlılığı yoxdur.
İkinci qrup informasiya ailə institutu
ilə dövlət
arasındakı qarşılıqlı münasibətlərin təsviri şəklində təqdim
edilir. Ailə həmişəki kimi əmək və ordu resurslarının
196
yeganə mənbəyidir. Beynəlxalq təcrübəyə görə, bu sahədəki
itkiləri – işsizliyi və ordudakı qeyri-nizamnamə
münasibətlərini pul ödəmələri ilə kompensasiya etməyə
cəhd göstərirlər. Proble-min özünün yaranma səbəblərinin
həlli sxemi deyil, onun nəticələrinin ləğv edilməsi sxemi
daim işləyir. Əgər KİV-də ailə və qeyri-ailə tematikasının
nisbətinə (85-90 %) diqqət yetirsək,
ailənin bir institut və ya
kiçik sosial qrup kimi az əhəmiyyət kəsb etdiyini düşünmək
olar. Bu cür düşünməyə aşağıdakı statistik rəqəmlər və
mütəxəssis fikirləri əsas verir: “Azərbaycanda nikaha
girənlərin 10 faizi boşanıb. Dövlət Statistika Komitəsinin
rəsmi məlumatına görə, 2009-cu ildə ölkədə 78,9 min nikah
qeydə alınıb. Boşanmaların sayı isə 7,8 min olub. Bu da son
yeddi ildə boşanma hallarının iki dəfə artdığını göstərir.
2002-ci ildə bu göstərici 5 faiz təşkil edib. Boşanmalara
gənc ailələrdə daha çox təsadüf edilir… Mütəxəssislər
hesab edirlər ki, gənclərə birgəyaşayış, qarşılıqlı hörmət
istiqamətində uşaq vaxtlarından
maarifləndirmə işi
aparılmalıdır…, bu istiqamətdə maarifləndirməyə ehtiyac
var. Avropada ailə institutu məhv olub. Azərbaycanın
özünəməxsus ailə institutu formalaşıb, onu qorumaq və
daha da möhkəmləndirmək ücün bu istiqamətdə işlər
görülməlidir
.
Bəzi ekspertlər boşanmaların çoxalmasının
günahını televiziyalarda görürlər, … Onların fikrincə, tele-
kanallarda verilən bayağı verlişlərdə, seriallarda mənfi ailə
nümunələri təbliğ olunur, psixoloji, mənəvi dayaqları
olmayan insanlara bu təbliğat asanlıqla təsir göstərir.”
94
Əksər hallarda demoqrafiya, ailə problematikası geniş
auditoriyaya bəzi xarici KİV-ləin (xüsusilə də Türkiyənin,
Rusiyanın, Qərbi Avropa və Amerika ölkələrinin)
material-
94
http://az.trend.az/news/society/1639810.html