201
Ona görə də kütləvi
informasiya vasitələrinin
cəmiyyəti ən qiymətli oriyentirə - uşağa doğru
istiqamətləndirməsi mənəviyyatca saf həyat tərzi və
düşüncəsini ifadə edir. Bu, sağlamlıq, rifah kimi dəyərlərlə
yanaşı duran bir dəyərdir. Uşağa olan tələbat sosiomədəni
fenomen, ictimai qurumun indikatorudur. Ona görə də
gələcəyə ünvanlanmış demoqrafik dövlət siyasəti, ictimai
təşkilatların
və əlbəttə, KİV-in fəaliyyətinin əsas məqsədi
ailə institunun möhkəmləndirilməsindən, çoxuşaqlı ailələrin
inkişaf və təşviq etdirilməsindən, onların rəğbətləndirilmə-
sindən ibarət olmalıdır.
Yoxlama sualları və tapşırıqlar
1.
Müasir qlobal demoqrafiya problemlərinin
mənzərəsini yaradın.
2.
Əhali konsepsiyalarını KİV-in mövzu obyekti kimi
xarakterizə edin.
3.
Demoqrafiya prboemlərinin həllində jurnalistika-
nın rolu və vəzifələrini müəyyənləşdirin.
4.
Qlobal demoqrafiya
problemlərinin həllində
jurnalist sənətkarlığı amilinin vacibliyini əsaslandırın.
202
VI MÖVZU
Jurnalistika və müasir dövrün qlobal
ekoloji problemləri
Müasir dövrdə bəşəriyyət insanların praktik fəaliy-
yətinin nəticəsi olan ciddi ekoloji böhranlarla
qarşılaşmışdır. Bu problemlər keçmişdə lokal xarakter
daşıyır və bütövlükdə bəşəriyyət üçün təhlükə yaratmırdı.
Lakin, texnikanın və enerjidən istifadənin müasir səviyyəsi
vəziyyəti köklü şəkildə dəyişmişdir və hazırda bu vəziyyət
qlobal xarakter daşıyır.
Ətraf mühitin qorunması problemləri
ilə məşğul olan
mütəxəssislər bəşəriyyəti gözləyən ekoloji fəlakəti 2008-ci
ilin ikinci yarısında dünyanı sarsıdan maliyyə böhranı ilə
müqayisə edir və qlobal ekoloji problemləri daha təhlükəli
təzahür kimi qiymətləndirirlər.
Müasir qlobal ekoloji problemləri özündə əks etdirən
Ümumdünya Vəhşi Təbiət Fondu (WWF), London
Zoologiya Cəmiyyəti və Global Footprint Network
təşkilatının hər iki ildən bir birgə hazırlayıb dərc etdirdikləri
“Canlı planet” hesabatı Yer kürəsində ekoloji vəziyyəti
daha düzgün qiymətləndirən və ən çox istinad edilən
hesabatlardan biridir.
“Canlı planet” hesabatı planetin “sağlamlıq”
vəziyyətini “canlı planet indeksi” (populyasiyaların
vəziyyəti), “bəşəriyyətin ekoloji izi” (təbii resursların
istifadəsi), “biohəcm” (bərpaolunan təbii resursların
mövcudluğu), istehsalatın su ilə bağlı izləri və s.
göstəricilər
üzrə müəyyən edir.
“Canlı planet -2010” hesabatında göstərilir ki, əgər
təbii resursların istehlakı indiki templə davam edərsə, 2030-
cu ildə (2006-cı il üçün hesabatda 2050-ci il göstərilmişdi)
203
bəşəriyyətə öz ehtiyaclarını ödəmək üçün daha bir planet
lazım olacaq. Çünki, təbii ehtiyatlara olan tələbat təklifi 3
dəfə üstələyir. Yer kürəsinin əhalisinin dörddə üçü
istehlakın çox yüksək olduğu və ekosistemin öz gücünü
bərpa etməyi çatdırmadığı ölkələrdə yaşayır.
Ətraf mühitə ən çox ziyan vuran ölkələrin cərgəsində
ilk yerləri ABŞ və Çin tutur. Bu iki ölkənin təbiətə vurduğu
ziyan dünya üzrə vurulan ziyanın 40 %-ni təşkil edir. “Təbii
resursların adambaşına istifadəsi” göstəricilərinə görə ABŞ,
Birləşmiş Ərəb Əmirlikləri, Qətər,
Danimarka, Belçika,
Estoniya, Kanada, Avstraliya və İrlandiya öndə gedirlər.
Hesabatda deyilir ki, bəşəriyyət ildən-ilə daha çox
“ekoloji borca” girir, yəni hər il 4,5 trilyon ABŞ dolları də-
yərində təbii resursu məhv edir. Müqayisə üçün deyək ki,
bütün dünya maliyyə təşkilatlarının maliyyə böhranı zamanı
itkiləri 2 trilyon ABŞ dolları təşkil etmişdi. “Ekoloji
borclular” başqa ölkələrdən, bəzən hətta “kredit verənlərin”
hesabına meşə, su və s. təbii resursları borc götürməli
olurlar. “Təbiət kapitalının” məsuliyyətsiz şəkildə
xərclənilməsi ölkənin iqtisadi vəziyyətinə ciddi təsir
göstərir, ərzağın, suyun və enerji ehtiyatlarının qiymətinin
qalxmasına gətirib çıxarır.
Hesabatda ətraf mühitlə bağlı göstərilən ümumi
nəticələr də ürəkaçan deyil. Məsələn,
bir ortastatistik
avropalını təmin etmək üçün (ərzaga, paltara, tullantıların
təkrar emalına və s. olan ehtiyac nəzərdə tutulur) 5,3 hektar
torpaq tələb olunur. Bu, hər adama düşən orta resurs
istifadəsinə olan göstəricidən (2,7 hektara bərabərdir) 2 dəfə
artıqdır.
97
97
http://www.ecology.md/section.php?section=fsociety&id=2750
204
ABŞ-ın Yel və Kolumbiya universitetləri hər il birgə
hazırladıqları ekoloji göstəricilər indeksini çap edirlər.
Ekoloji indeks 100 ballı şkala ilə müəyyən edilir və bu
zaman 100 ən yüksək, 0 isə ən aşağı nəticə hesab edilir.
İndekc ətraf mühitlə bağlı olaraq əhalinin sağlamlığının və
ölkənin ekosisteminin yaşarlılığının qiymətləndirilməsini
özündə əks etdirən 25 meyar əsasında müəyyən edilir.
Ekoloji indeks tərtib edilərkən suyun, havanın,
meşələrin
vəziyyəti, kənd təsərrüfatı işlərinin aparılması praktikası,
bioloji müxtəlifliyin qorunub saxlanılması, iqlim
dəyişikliyinə qarşı tədbirlərin görülməsi və s. sahələrdə
həyata keçirilən dövlət siyasəti və bir sıra digər meyarlar
nəzərə alınır.
“2010-cu il üçün ekoloji göstəricilər indeksi”nə görə
ekoloji reytinqə 10 ölkə - İslandiya, İsveçrə, Kosta-Rika,
İsveç, Norveç, Mavrikiya, Fransa, Avstriya, Kuba və
Kolumbiya başçılıq edirlər. Azərbaycan 163 ölkə arasında
84-cü yeri tutur. MDB ölkələri içərisində ən yaxşı göstərici
Belorusa məxsusdur – 53-cü yer. Postsovet
respublikalarından Pribaltika
dövlətləri yüksək reytinqə
malikdirlər: Latviya -21, Litva -37, Estoniya – 57-ci yer.
98
Yuxarıda göstərdiyimiz nümunələr və statistik
rəqəmlər doğrudan da bəşəriyyətin XXI əsrin əvvəllərində
çox ciddi ekoloji problemlərlə qarşılaşdığını sübut edir və
əgər onların həlli üçün dünya ictimaiyyəti tərəfindən
təxirəsalınmaz tədbirlər həyata keçirilməzsə, bu, planetin
məhvini labüd edər.
Bu gün hansı qlobal ekoloji problemlər mövcuddur?
Onların həlli üçün nə etmək lazımdır?
Qlobal ekoloji prob-
lemlərin həllində KİV-in rolu necə olmalıdır? O
nə etmə-
lidir?
98
http://www.zelife.ru/ekogid/ratings/267-countriesecorating.html