273
formalaşdırılır. Ən əsası budur ki,
bu cür antinarkotik
təbliğat kampaniyaları yaponlar arasında narkotiklərə qəti
“yox” deyənlərin sayını xeyli artırır.
Beynəlxalq təcrübədə diqqəti cəlb edən cəhətlərdən
biri də budur ki, bəzi Avropa ölkələrində yeni bir vəzifə -
antinarkogeneral vəzifəsi təsis edilmişdir. Bu şəxs digər
vəzifə öhdəlikləri ilə yanaşı, dayanıqlı antinarkotik tbliğat
kampaniyalarının təşkili ilə də məşğul olur.
Qlobal “İnternet” informasiya şəbəkəsi narkomaniya və
narkobiznes mənbəyidir
Hər bir yeni texnokratik təzahür kimi İnternetin də
mənfi tərəfləri vardır. İnternetdən
narkomaniya və narkobiz-
nes haqqında informasiyanın yayılması məqsədi ilə də geniş
istifadə olunur.
Hələ 1997-ci ildə BMT-nin eksperti, Narkotiklərə
nəzarət Proqramının koordiatoru Sandip Şoula sintetik
narkotiklərin hazırlanması üçün İnternetin “gizli
laboratoriyaya” çevrilməsi barədə bəyanat vermişdir. BMT-
nin məlumatına görə, İnternet narkotiklərin, xüsusilə də
sintetik narkotiklərin istehsalı və qəbul edilməsinə aid
reseptlərlə doludur.
Həmçinin, İnternet şəbəkəsinin
köməyi ilə fəal surətdə
elektron narkotik alveri aparılır. Bu elektron
kommunikasiya sisteminin istifadəçiləri kodlaşdırılmış
ləqəblərlə (məsələn, “koka”, “ekstaz”, “makonha”, “min bir
gecə”, “şəhrizad” və s.) narkosövdələşmələr aparır, malın
göndəriləcəyi vaxt barədə məlumatlar verir, yola salır və
qarşılayır, qiyməti barədə razılığa gəlirlər.
Tədqiqatlar gsstərir ki, dünya İnternet sistemində
yalnız ingilisdilli mənbələrin (WEB- səhifə) sayı 100
mindən çoxdur və bu şəbəkəyə həftədə 2-5 yeni məluat
274
daxil olur. İspan, ərəb və s. dillərdə də çoxsaylı mənbələr
vardır.
Bununla əlaqədar olaraq, təkcə hüquq-mühafizə
orqanları işçilərində deyil, İnternet istifadəçilərinin böyük
bir hissəsini 18 yaşına çatmamış yeniyetmələr
təşkil
etdiyinə görə, həmçinin valideyn və pedaqoqlarda maraq
oyada bilən üç məqama diqqət yetirmək lazımdır:
Birinci, ümumi xarakteristika. WEB- səhifələrin
tədqiqatı göstərir ki, İnternetdə “narkotiklər” rubrikası
altında yerləşdirilmiş informasiyaların 80 %-ni neqativ
informasiya təşkil edir.
İkinci, (heyrətləndirici) xarakteristika.
Bütün
informasiyanın demək olar ki, yarısını “yumşaq”
narkotiklərə (çətənədən hazırlanan) aid fayllar təşkil edir.
Digər yarısını isə (50,9 %) “ağır” və ya “sərt” narkotiklər
(amfetamin, hallüsinogen və s. ) aid informasiyalar təəşkil
edir.
Üçüncü, (kədərləndirici) xarakteristika.
Parnoqrafiya
və
söyüşlər (ana söyüşləri). İnternet istifadəçilərinin
narkotiklərdən xroniki asılılığı patologiyası nəticəsində
ədəbsiz və çoxmərtəbəli söyüşlərlə,
erotikadan uzaq bulvar
romanistiksı (roman filologiyası) ilə həddən ziyadə
“zibillənmişdir”.
Narkomaniya və Azərbaycan KİV-i
Son 15 ildə Azərbaycan KİV-inin narkomaniya prob-
lemləri ilə bağlı aparılmış monitorinqi göstərir ki, bu
problemlə bağlı təxminən 2000 yazı dərc edilmişdir. Əgər
faizlə münasibətdə götürsək, bu yazıların böyük hissəsi güc
strukturlarının narkobiznesə qarşı həyata keçirdikləri
tədbirlər haqqında və tibbi məzmundadır (HİV). Sonrakı
yerlərdə beynəlxalq təcrübə barədə (əsasən də hüquqi
aspektdə) məqalələr gəlir: hakimiyyət strukturlarının
səylərinin koordinasiyası, narkotik submədəniyyət və s.
275
barədə siyasətçilərin və deputatların fikirləri. Jurnalistlər
problemin psixoloji, sosial, hüquqi,
pedaqoji və ailə
aspektləri barədə daha az yazırlar. Çünki, bunun üçün
vəziyyətin öyrənilməsi və təhlili xüsusi bilik tələb edir.
Bununla yanaşı, narkotiklərlə bağlı dövlət siyasətinin
dəyişməsinə uyğun olaraq məqalələrin yazılması üçün
istiqamətlər, abı-hava, mənbələr də dəyişir. Bunları nəzərə
alaraq, KİV-in bu sahədə fəaliyyətini 3 dövrə bölmək olar:
Birinci dövr: 1986-1991-ci illər. Həmin
dövrdə
Azərbaycan Sovetlər İttifaqının tərkibinə daxil idi və bu
sahədə siyasət “Narkomaniyaya qarşı mübarizənin
gücləndirilməsi haqqında” SSRİ Ali Sovetinin Fərmanı
(25.04.1974) və və onun əsasında hazırlanmış idarə və
idarələrarası normativ aktlarla müəyyən olunurdu.
Bu dövrdə KİV-in çıxışlarının ümumi tendensiyası
belə idi:
narkomaniya problemi zəif öyrənilmişdir. Onun
masştabı Avropa və ABŞ-la müqayisədə çox azdır və qeyri-
məlumdur. İnteqral mütəxəssislər (lat.
integer – tam, birbaşa
aidiyyəti olan) yoxdur, lakin bəzi idarələr problemin
mahiyyətini düzgün dərk edirlər. KİV-də isə bu dövrdə
narkotikləri təbliğ edən materiallara rast gəlinmir.
İkinci dövr: 1991-1999-cu illər. 1990-cı ilin
sonlarından başlayaraq KİV materiallarının xarakteri kəskin
şəkildə dəyişir. SSRİ Konstitusiya Nəzarəti Komitəsi
(KNK) “Narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi
haqqında” SSRİ Ali Sovetinin Fərmanını (25.04.1974)
Konstitusiyaya, beynəlxalq aktlara və insan hüquqlarına
uyğun olmadığına görə ləğv edir (KNK-nın “Alkoqolizm və
narkomaniyadan əziyyət şəkəqn şəxslərin məcburi
müalicəəsi və yenidən əmək tərbiyəsi məsələsinə aid
qanunvericilik haqqında” qərarı). Həmçinin, həmin dövrdə,
təxminən bir il sonra Azərbaycan müstəqillik əldə edir və öz
qanunları ilə yaşamağa başlayır.
276
Bu illərdə hansı tendensiya szünü büruzə verir?
Narkomaniya problemlərinə aid yazıların sayı kəskin
şəkildə artır. Lakin, «KİV narkotiklərə qarşı» kampaniyası
xeyirdən çox ziyan gətirir. Problemə nüfuz etmək və
səmimi şəkildə onun həllinə kömək
etmək üçün jurnalitslər
müavfiq hazırlığa, psixologiya, təbabət, konfliktologiya və
s. barədə elemantar biliyə malik deyildilər. Həmçinin,
narkogen informasiyanın nəşrini məhdudlaşdıran hüqui
bazanın olmaması narkotiklərərə marağın formalaşdırıl-
masına şərait yaradır.
1999-cu il iyunun 18-də “Narkotik vasitələrin,
psixotrop vasitələrin və prekursorların qanunsuz dövriy-
yəsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublika-
sının qanunun qəbul edilir. Həmin qanunun 15-ci
maddəsində KİV-lə əməkdaşlıq məsələsi öz əksini tapsa da,
antinarkotik təbliğat,
narkotik vasitələrin, psixotrop vasitə-
lərin və prekursorların dövriyyəsi sahəsində reklamın
məhdudlaşdırılması və təbliğatın qadağan edilməsi
məsələləri öz əksini tam tapmır.
Bu qanunun qəbulundan sonra
üçüncü dövr
başlanır: 1999 – bu günə qədər. Qəzetlərdə yazıların sayı
artır.
Məsələn, belə başlıqlar altında yazılar dərc olunur:
“Millətin gələcəyi üçün təhlükə”, “Gənclik iynəyə
oturmuşdur” və s. Bu yazılarda əsasən narkotiklərin zərərin-
dən danışılsa da, bəzən qeyri-şüurlu şəkildə “ekstaz
həbləri”, “bir həb şən gecə keçirmək üşün iki nəfərə bəs
edir” və s. ifadələr işlədilir. Hətta narkotik həblərin qiyməti
(10-15 $) və satıldığı ünvan barədə də məlumat verilir.
Bəzi jurnalistlər özləri
də bilmədən narkotiklərin
leqallaşdırılması ideyasına xidmət göstərirlər. Məsələn,
“Avropada yüngül narkotiklərin leqallaşdırılması onların
yaşaydığı cəmiyyətdə seçim hüququnun nə qədər inkişaf
etdiyini göstərir…” və s. kimi ifadələri buna nümunə
göstərmək olar.