Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə66/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   100

269 
 
IX MÖVZU 
 
Jurnalistika və müasir dövrdə qlobal 
narkomaniya problemi 
 
Müasir dövrdə  bəşəriyyətin qarşısında duran qlobal 
problemlər arasında planetar masştabda əhalinin sağlamlığı 
və bir çox ölkələrin milli təhlükəsizliyi üçün böyük təhdid 
yaradan narkomaniya problemi getdikcə daha aktual 
xarakter almağa başlayır. 
Narkomaniya (yun. narke+mania – quruyub qalma, 
qıc olma (donub qalma) + həvəs (ehtiras, maraq) – mənası, 
insanın fiziki və psixi funksiyalarının pozulmasına gətirib 
çıxaran narkotik vasitələrin qəbuluna olan qeyri-adi ehtiras 
deməkdir. 
Bu qlobal problemin masştabını təsəvvür etəmk üçün 
aşağıdakı statistik rəqəmlərə nəzər sala bilərik: 
 
-
 
BMT-nin məlumatına görə, hazırda dünyada 210 
mln. , qeyri-rəsmi məlumata görə isə, təxminən 1,2 milyard 
narkoman var, 
-
 
Təkcə Latın Amerikasında narkomanların sayı 47 
milyondur, onlardan 1,2 milyonu yalnız Meksikanın payına 
düşür. 
-
 
ABŞ-da hər il 30 milyon insan narkotikin dadına 
baxır, 6-7 milyon insan isə onu vaxtaşırı qəbul edir, 
-
 
Rusiyada rəsmi məlumata görə, 450 min narkoman 
var (qeyri-rəsmi 6-8 mln.), Hər üç yeniyetmədən biri 
narkotik qəbul edir. 
-
 
Azərbaycanda 2012-ci ilə olan rəsmi məlumata 
görə, təxminən 21 min, qeyri-rəsmi məlumata görə isə, 400 
mindən çox narkoman var
-
 
Gürcüstanda 20 min, Ermənistanda 12 min 
narkomanın olduğu bildirilir. 
270 
 
 
Dünyada narkomaniyanın yayılmasının masştabı  və 
tempi şox yüksəkdir və bu da bəşəriyyətin fiziki və mənəvi 
sağlamlığını, insanların böyük bir hissəsinin gələcəyini və 
qlobal sosial sabitliyi sual altında qoyur. 
Bu gün bir çox inkişaf etmiş ölkələrdə narkomanların 
hüquqi, tibbi, sosial və digər reabilitasiya təminatı 
sistemləri, eyni zamanda paralel olaraq, narkomaniyaya 
qarşı güclü təbliğat kampaniyaları sistemləri mövcuddur.  
Təəssüflə deməliyik ki, bu cür sistem Azərbaycanda 
hələ rüşeym formasındadır və narkomanların sayının, 
narkotiklərin təsiri altında baş vermiş cinyaətlərin artması 
fonunda bu vəziyyət cəmiyyətdən təxirəsalıınmaz radikal 
tədbirlərin gsrülməsini tələb edir. Bu tədbirlər hökumət 
strukturları, mədəniyyət müəssisələri, milli biznes dairələri 
və əlbəttə, ilk növbədə KİV tərəfindən həyata keçirilməlidir. 
Narkomaniyaya qarşı mübarizədə  KİV-in rolu 
nədən ibarətdir? Dünya mətbuatının bu sahədə hansı 
təcrübəsi vardır?  
Xarici mətbuatın təhlili aşağıdakı tendensiyaları üzə 
çıxarır: 
Bildiyimiz kimi, KİV materialları  cəmiyyətin  əhval-
ruhiyyəsini özündə  əks etdirir. Bu narkomaniya sahəsində 
də belədir. Narkotiklərin qəbulunun səviyyəsi artdıqca 
publikasiyaların da sayı artır. Sonra ictimaiyyətdə 
narkotiklərin leqallaşdırılması ideyası  əmələ  gəlir. Çox 
sayda KİV narkotiklərin leqallaşdırılmasını  fəal  şəkildə 
müdafiə edirlər. Bu cür siyasətin nəticəsində narkomanların 
sayı kəskin şəkildə artır. 
Keçən  əsrin 90-cı illərində bu rəqəm böhran 
vəziyyətinə çatır və  KİV narkotiklərin leqallaşdırılmasının 
əleyhinə  çıxış edir, qadağan siyasətinə  tərəf meyl göstərir. 
Son on beş-iyirmi ildə  məhz KİV-in səyləri sayəsində 
bəşəriyyət narkotiklərin qadağan olunması ideyasına gəlib 


271 
 
çatmışdır. Antinarkotika siaysəti üç əsas istiqamət üzərində 
qrulur: qadağan, nəzarət və yeniyetmələr arasında 
profilaktik tədbirlərin həyata keçirilməsi  və təbliğat. Dünya 
mətbuatında bu sahədə çap olunan məqalələrin  əksəriyyəti 
problemi bilmək və kompetentlik baxımından yüksək 
səviyyədədir. Lakin,  burada biz iki problemlə qarşılaşırıq:  
1. KİV-in geniş auditoriyaya təsirinin aşağıdakı belə 
bir qanunauyğunluğu bizə məlumdur ki, qəzet yazıları daha 
çox qərar qəbul edən  şəxslərə (siyasətçilərə, məmurlara, 
deputatlara və s.) təsir göstərir. Çünki, onlar adətən baş 
məqalələri, analitik və diskussiya xarakterli materialları 
oxuyurlar. Televiziya isə daha çox adi vətəndaşlara təsir 
göstərir. 
Televiziya tamaşaçıları belə  zənn edirlər ki, 
jurnalistlər tok-şouları  təşkil etməzdən  əvvəl ciddi reytinq 
monitorinqi keçirir və verilişə peşəkar şəxsləri dəvət edirlər. 
Əslində isə, bu həmişə belə olmur. Biz yaxşı bilirik ki, 
verilişə bir gün və ya bir-neçə saat (adətən 5-8) qalmış 
jurnalist öz tanışlarına zəng edir və soruşur: “Sən belə bir 
mütəxəssis tanıyırsanmı, gəlib mənim verilişimdə  çıxış 
etsin…”. Əgər ona yaxşı mütəxəssis təklif etsələr, yenə dərd 
yarıdır. Amma elə adamlar var ki, nə barədəsə  nəsə 
eşidiblər və ya da bir neçə kitab oxuyublar və belə hesab 
edirlər ki, televiziyada çıxış edə bilərlər və bu işə ən yaxşı 
namizəd onlardır. 
Televiziyada narkotika problemi müxtəlif tok-
şoularda müzakirə olunur. Statistik məlumatlara görə, Qərb 
ölkələrinin  əhalisinin 95 %-i narkotiklərin qadağan 
olunması siyasətini dəstəkləyirlər. Amma, problemə  həsr 
olunmuş televiziya verilişləri bu statistikaya kölgə salır. 
Bilirik ki, tok-şou proqramlarıında iştirakçılar 50-nin 50-yə 
nisbətində seçilir. Beləliklə, bu və ya digər proqramda istər-
istəməz narkotiklərin liberallaşmasının tərəfdarları tapılır 
272 
 
(7-8 nəfər) və onların fəallığı  əksər hallarda əks təbliğata 
şərait yaradır.  
ABŞ  KİV-lərinin antitarkotik təbliğat sahəsində 
maraqlı  təcrübələri vardır.  “Narkotiksiz Amerika uğrunda”                      
Cəmiyyəti aşağıdakı üsuldan istifadə edir. Məlumdur ki, 
elmi  əsaslara və  səmərəli təcrübəyə söykənilərək təşkil 
edilmiş marketinq və düzgün hazırlanmış reklam 
kampaniyaları zamanı istənilən bir malın satış  həcmi 
hissediləcək dərəcədə artır. Deməli, antinarkotik təbliğat 
məqsədi ilə  əks təsir marketinq texnologiyasından istifadə 
etmək müsbət həticələr əldə etməyə imkan yarada bilər. Bu 
texnologiyalar insanların məqsəd və davranışlarının dəyiş-
məsinə kömək edir. ABŞ  KİV-lərinin peşəkar qeyri-kom-
mersiya birlikləri bu texnologiyadan uğurla istifadə edirlər.  
Məsələn, roliklərin birinin məzmunu belədir: bir şəxs 
özünə qayğanaq hazırlayır. Geniş planda yumurtanın tavada 
necə “qaynadığı” göstərilir. Kadrları isə belə bir tekst 
müşayiət edir: “Narkotik qəbul edəndə  sənin də beynin bu 
cür qaynayır”. Həqiqətən də, statistika hər dəfə antinarkotik 
təbliğat kampaniyasının gedişi zamanı bu roliklərin 
nümayişindən sonra ABŞ-da narkomanların sayının xeyli 
azaldığını göstərmişdir. 
Narkomaniya Yaponiya mətbuatı üçün o qədər də 
prioritet mövzu deyil. Bu ölkədə ictimaiyyət narkomaniyanı 
qəti  şəkildə inkar etsə  də, KİV tərəfindən, öz növbəsində, 
geniş antinarkotik təbliğat işi aparılır. Televiziya 
kanallarında uşaqlar üçün qorxulu komikslər nümayiş 
etdirilir. Məsələn, roliklərdən birinin süjeti belədir: - 
yeniyetmə narkoman əlində bıçaq kimisə öldürmüşdür, üst-
başı qanın içindədəir. Başqa bir rolikdə amfitamin qəbul 
etmiş narkomanın birinci sinif şagirdini hündür binanın 
damına çıxarıb oradan aşağı atdığı göstərilir. İdeya aydındır: 
gələcəkdə narkotik qəbul etməsinlər deyə, insanlarda 
uşaqlıq illərində narkotiklərə  və narkomanlara nifrət hissi 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə