173
Əhali keyfiyyətini adətən aşağıdakı üç
kəmiyyət
göstəricisinə görə müəyyən edirlər:
sağlam həyat tərzinin yaxşılaşması –
uzunömürlülüyə görə;
həyat komfortunun yaxşılaşması – adambaşına
düşən ümumi (xərci çıxmamış) məhsula görə;
mənəvi və zehni keyfiyyətlərin artması – təhsilin
səviyyəsinə, təhsil müəssisələrinin sayına, intellektual
məhsula (kitab, ixtira və s.), cinayətkarlığın aşağı düşməsinə
və s. görə.
Lakin, bütün bunlarla yanaşı ilkin əhali göstəricisi
onun kəmiyyəti hesab olunur. Məhz bu rəqəmin fasiləsiz
olaraq artması istiqamətində baş verən dəyişikliklər
bəşəriyyət tərəfindən böyük narahatlıqla qarşılanır. Qlobal
problemlərin öyrənilməsi məqsədi ilə yaradılmış ilk elmi-
tədqiqat mərkəzi olan Roma klubu (1968-ci ildə
yaradılmışdır) keçən əsrin 70-ci illərində təbiət, cəmiyyət və
insanlar arasında razılaşdırılmamış fəaliyyətləri təhlil
edərək
belə nəticəyə gəlmişdi ki, iqtisadi, sosial və digər
istiqamətlərdə əldə olunan uğurlar və ya yol verilən
nöqsanlar son nəticədə İnsan İnkişafı ilə mütənasiblik təşkil
edir.
73
İnsan İnkişafı beynəlxalq ictimaiyyətin, o cümlədən,
hər bir cəmiyyətin milli sərvəti kimi qiymətləndirilir.
Müasir dövrdə artıq kütləvi informasiya vasitələrinin
birbaşa iştirakı ilə inkişaf etmiş ölkələrdə
insan iqtisadiyyat
üçün deyil, iqtisadiyyat insan üçündür fikri
formalaşdırılmışdır. Eyni zamanda, BMT İnkişaf
Proqramının dəstəyi ilə hazırlanan və 1990-cı ildən İnsan
İnkişafı Hesabatının birinci nəşrinin epiqrafı kimi işlənən və
hər il bu nəşrin başladığı
“Hər bir dövlətin həqiqi sərvəti
73
Лейбин Б.М. Модели мира и образ человека. М.: Поитиздат,
1982, стр. 179.
174
onun insanlarıdır” sözləri KİV-in köməyi ilə bütün
dünyada inkişaf haqqında düşüncə tərzinə çevrilmişdir.
1990-cı ildən bəri 140-dan artıq ölkə bu sahədə tədqiqatların
aparılması və milli siyasətin formalaşdırılması məqsədi ilə
İnsan İnkişafı Hesabatı çərçivəsini qəbul etmişdir.
74
2010-cu il üçün İnsan İnkişafı İndeksi 0.713 olan və
169 ölkə arasında 67-ci yerdə duran Azərbaycan “orta insan
inkişafı” ölkələri qrupundan “yüksək insan inkişafı”
qrupuna keçmişdir. Bu faktın özü Azərbaycanda insan ami-
linə yüksək qiymət verilməsinə, “Biz Azərbaycan deyəndə,
onun
sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin
bütün bunlarla yanaşı, respublikanın ən başlıca
sərvətlərindən biri, bəlkə də ən başlıca sərvəti qədimlərdən
bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa
bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad
edən adamlardır”
75
sözlərinin reallığı əks etdirməsinə və
strateji fəaliyyət istiqaməti olmasına sübutdur.
2005-2010-cu illər ərzində Azərbaycan İnsan İnkişafı
sahəsində ən sürətli inkişafa nail olmuşdur: 2005-ci ildə
101-ci yerdə olan Azərbaycan 2010-cu ildə artıq 67-ci
yerdədir. 2000-2010-cu illər dövründə orta illik artım
tempinin 1.77 olması ilə keçmiş Sovet İttifaqı məkanında
qabaqcıl ölkə olmuşdur. 1990-cı illərin ortalarından etibarən
Azərbaycan iqtisadi inkişaf tempini sürətləndirərək
yoxsulluğun azaldılması,
ömür uzunluğu və təhsil
səviyyəsinin artması kimi sahələrdə böyük nailiyyətlər əldə
etmişdir. 1995-ci ildən 2010-cu ilə kimi Azərbaycan İnsan
İnkişafı İndeksi 27 % artaraq 0.563-dən bugünki səviyyəyə
(0.713) qalxmışdır. Bu müddət ərzində Azərbaycanda
74
İnsan İnkişafı Hesabatı 2010. Human Development Report 2010.
UNDP
Azerbaijan. Bakı, 2010, səh. 5.
75
Heydər Əliyev. Azərbaycanda yaşayan milli azlıqların və etnik
qrupların nümayəndələri ilə görüşündə nitqi. “Azərbaycan” qəzeti, 7
oktyabr 1993-cü il.
175
doğulanda gözlənilən ömür uzunluğu 5 il, gözlənilən təhsil
illəri 3 il və adambaşına düşən ümummilli gəlir 338 %
artmışdır. Bütün sahələrdə olan irəliləyişlər Azərbaycan
İnsan İnkişafı İndeksinin hər bir komponentinin ildən-ilə
daha yüksək dəyərlərlə ölçülməsinə səbəb olmuşdur.
76
İnsan İnkişafı sahəsində qazanılan nailiyyətlərin
qorunub saxlanılması və artırılması məqsədi
ilə həm sahə
elmi, həm də KİV demoqrafiya məsələlərinə retrospektiv
aspektdə yanaşmalı, bu məsələlər yoxsul ailələrin
vəziyyətlərinin yaxşılaşdırılması prizmasından təhlil
edilməli, onların həlli yollarının müəyyən edilməsi
sahəsində transmilli tarixi təcrübə nəzərə alınmalı və müasir
vəziyyətə tətbiq edilməlidir. Bu vəzifəni yerinə yetirmək
üçün
jurnalist-demoqraf əhalisakinliyi ilə bağlı bütün
anlayış və terminlər, təcrübələr barədə mütəxəssis-demoq-
rafdan heç də az olmayan ətraflı biliyə malik olmalıdır.
Demoqrafik partlayış, demoqrafik inqilab
və onların aradan qaldırılması perspektivləri
XIX əsrin əvvəllərində Yer kürəsində əhalinin sayı 1
milyarda çatdı. O zaman əhalinin sayının ikiqat artması
üçün iki yüzillik tələb olunmuşdu. Növbəti ikiqat arptım
üçün isə 120 il tələb olundu; 2 milyardlıq hədd XX
yüzilliyin 20-ci illərində aşıldı.
Yer kürəsində əhalinin
sayının növbəti iki dəfə artmasına 50 il tələb olundu. XX
əsrin 70-ci illərində bu rəqəm 4 milyard oldu. 2011-ci il
oktyabr ayının 31-nə olan məlumata görə, dünya əhalisinin
sayı 7 milyardı keçdi. XX əsrin ikinci yarısında əhali
artımının bu cür fasiləsiz tempi
“demoqrafik partlayış”
adını aldı.
Lakin, bu təzahür bəşəriyyət tarixində yeni bir təzahür
deyil.
Demoqrafik partlayış demoqrafik inqilab ilə izah
76
İnsan İnkişafı Hesabatı 2010. Human Development Report 2010.
UNDP
Azerbaijan. Bakı, 2010, səh. 6-7.
176
olunur və bu zaman əhali istehsalı sahəsindəki radikal dəyi-
şikliklər nəzərdə tutulur. Bu cür dəyişikliklərin nəticəsində
doğumla ölüm dövrləri arasında fərqlər yaranır.
Demoqrafik partlayış demoqrafik inqilabın başa
çatmamasının nəticəsində baş verir.
Demoqrafik inqilab nə üçün baş verir? Bunun əsas
səbəbi ölümün sayının kəskin şəkildə aşağı düşməsidir.
Ölümün səbəblərini iki yerə bölürlər:
ekzogen (yun. - xarici
səbəblərdən baş verən) və
endogen (yun. - daxili
səbəblərdən baş verən) səbəblər. Ölümün birinci növünə aid
olan səbəblərə xarici şəraitin, məsələn, təsadüfi hadisələrin,
müharibələrin, antisanitariyanın, aclıq və s.-nin insana təsiri
aid edilir. Endogen səbəblər isə təbii qocalma və ətraf
mühitin mənfi təsiri ilə əlaqədar olan səbəblərdir.
Ölümün kəskin şəkildə aşağı düşməsi ekzogen
ölümün aşağı düşməsi hesabına baş verir. Demoqrafik
inqilab ekzogen ölümün kəskin şəkildə aşağı düşməsi
nəticəsində baş verir. Lakin, demoqrafik inqilabın
demoqrafik partlayışa gətirib çıxarması üçün
eyni zamanda
əhalinin prokreasiya (
lat. – procreatio – yaranma, doğulma,
dünyaya gətirmə) davranışının saxlanılması vacibdir (yəni,
uşağın doğulması ilə bağlı davranış).
Avropanın timsalında demoqrafik inqilabın iki tipini
göstərmək olar – fransız və ingilis. XIX əsrin əvvəllərində
bu ölkələrdə ölümün sayı kəskin şəkildə aşağı düşür. Lakin
Fransada ölümlə yanaşı doğum hallarının sayı da aşağı
düşür, İngiltərə də isə prokreasion davranış dəyişməz olaraq
qalır. Bu da ona gətirib şıxarır ki, XIX əsrin sonunda
İngiltərədə əhalinin sayı 3,4 dəfə artır, yəni İngiltərə
demoqrafik inqilab şəraitini yaşayır, Fransada isə bu proses
nəzərə çarpmır.
Müasir demoqrafik partlayış onunla fərqlənir ki, Yer
kürəsinin böyük hissəsini təşkil edən əhali arasında ölüm
faizi bəşəriyyət tarixində görünməmiş şəkildə aşağı