Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   56

 
87
üçün, xüsusən uşaq  əsərləri üçün zəruri  şərtdir. Uşaqla hər dildə danışmaq olmaz, 
onunla, necə deyərlər, onun öz dilində danışmaq lazımdır. Əks halda əsərin ideyası 
balaca oxucuya çatmaz. A.Şaiqin bu cəhəti nəzərə alıb, uşaq  şerlərini sadə dildə, 
oynaq vəzndə yazmağa çalışmışdır: 
Ay pipiyi qan xoruz, 
Gözləri mərcan xoruz! 
                                             
(Xoruz) 
                                          Və ya: 
Ala-bula boz keçi, 
Ay qoşa buynuz keçi! 
                                                    (Keçi) 
A.Şaiq uşaqlarla onların öz dilində, həm də onlara yaxın olan şerlərdən 
danışmağı bacarır. Onun əksər uşaq şerləri yığcamlığı, aydınlığı ilə uşaq qəlbinə tez 
yol tapır. Təsadüfi deyildir ki, Şaiqin bir çox şerləri uşaqların dilinin əzbəridir. 
A.Şaiqin  ədəbi irsi məktəbəqədər yaşlı  uşaqların tərbiyəsi üçün zəngin 
material verir. Onun bir çox şerlərindən uşaqların təbiətlə tanışlığı  və nitq inkişafı 
üçün müvəffəqiyyətlə istifadə etmək olar. Məlum olduğu kimi, təbiət – həyata təzəcə 
göz açan, ona yenicə  bələdləşən körpə  uşaqlar üçün sirli bir aləmdir. “Bu nədir?” 
refleksinin təsiri ilə  uşaq bu aləmi öyrənməyə can atır. Quşlar, heyvanlar, bitkilər 
aləmi, təbiətin  əsrarəngiz gözəlliyi uşağı özünə  cəlb edir. Təbiət uşaq üçün təkcə 
estetik zövq mənbəyi deyil, həm də idrak mənbəyidir. Təbiətlə tanışlıq uşaqların 
həyati təsəvvürlərini genişləndirir, onlarda düzgün dünyagörüşün formalaşmasına 
kömək göstərir. 
Uşaqların təbiətlə tanışlığında bədii  ədəbiyyatın  əvəzedilməz rolunu duyan 
A.Şaiq təbiəti tərənnüm etmiş, onlara fəsillər, heyvanlar, quşlar, bitkilər, sadə şəkildə 
təbiət hadisələri haqqında məlumat verməyə çalışmışdır. Onun bir çox şerləri 
(“Bahar”, “Payız”, “Payız gecəsi”, “Qışın nəğməsi” və b.) balacaları ilin fəsilləri ilə 
tanış edir. Bu şerləri uşaq bağçasının böyük və məktəbə hazırlıq qruplarında oxumaq 
və qismən əzbərlətmək məsləhətdir.  
A.Şaiqin bitki və heyvanlara dair lirik şerləri uşaqları  mədəni və  vəhşi 
bitkilərə, vəhşi və ev heyvanlarının həyat tərzi ilə tanış edir. A.Şaiq, müəllim-yazıçı 
kimi, uşaqları bitkilərə, heyvan və quşlara qayğı ilə yanaşmağa çağırır. Şairin 1928-ci 


 
88
ildə yazdığı “Qərənfil”, “Bənövşə”, “Qızılgül”, “Zanbaq” kimi şerləri uşaqları gül və 
çiçəklərlə tanış etmək cəhətdən maraqlıdır. “Qərənfil”  şerində  uşaqlar qərənfilin 
çəhrayı, ağ, qırmızı, sarı rəngdə, həm də yaşıl saplaqlı olduğunu öyrənirlər: 
Qərənfiləm mən, 
Gözəl güləm mən
Yaşıl saplaqlı 
Bir sünbüləm mən... 
“Bənövşə”  şerində  uşaqlar az ömürlü, gözəl  ətirli, boynu bükük bənövşə ilə 
tanış olurlar. “Qızılgül”  şerində yaşıl belli, qızıl telli, ətri hər yanı tutan, süfrələrin 
bəzəyi olan qızılgül uşaqların gözü qarşısında canlanır. “Zanbaq” şerində şair balaca 
oxucuları ağ ipəyə oxşayan, gümüş kimi parıldayan, ətrafa ətir saçan zanbaqla tanış 
edir.  Şair kiçik lirik lövhələrlə, bir tərəfdən uşaqları gül və çiçəklərin konkret 
əlamətləri ilə tanış edir. 
Göstərilən şerlər məktəbəqədər yaşlı uşaqların anlaq səviyyəsinə müvafiqdir. 
Uşaq bağçasının tərbiyə proqramında “Qərənfil” və “Zanbaq” şerlərinin ikinci kiçik 
qrupda, “Bənövşə”, “Qızılgül” şerinin böyük qrupda əzbərlənməsi tövsiyə olunur. 
Nəzərdən keçirilən  şerlərdə A.Şaiq gül və çiçəkləri “öz dillərində 
danışdırmaq” kimi maraqlı ədəbi priyomdan istifadə etmişdir. Bu cəhət onun bir çox 
başqa uşaq  şerləri üçün də  səciyyəvidir.  Şairin heyvanlara və quşlara həsr etdiyi 
şerlərin bir qismi də (“Kəpənək”, “Torağay”, “Arı”, “İt” və b.) həmin priyomla 
yazılmışdır. Bu şerlərdən balacalar arının çiçəklərdən şirə çəkməsini, pətək tökməsini 
və bal hazırlamasını (“Arı”), torağayın kol-kosda, dayaz çaylarda yaşadığını, 
çəyirtkə, qurd-quş yediyini (“Torağay”), atın yallı olduğunu, gözdən ceyrana, 
qulaqdan isə dovşana oxşadığını (“At”), itin hürərək ev-eşiyi qoruduğunu (“İt”), 
quzunun mələdiyini, ana qoyundan süd əmməsini (“Quzu”) öyrənirlər. 
Göstərilən  şerlərdən yalnız “Kəpənək” uşaq bağçası proqramında böyük 
qrupda əzbərlənmək üçün tövsiyə olunur, lakin adı çəkilən digər şerlərdən də böyük 
və  məktəbə hazırlıq qruplarında oxumaq və qismən  əzbərlətmək üçün istifadə edilə 
bilər. 
A.Şaiqin 1906-cı ildə yazdığı “Xoruz”, “Keçi”, “Dovşan” və “Uşaq və 
dovşan”  şerləri uşaqları heyvan və quşlarla tanış edən səmimi  şerlərdir. Uşaqların 


 
89
dilinin  əzbəri olan bu şerlər oynaq və axıcı yazılmışdır. Bunlar bağça yaşı üçün ən 
münasib şerlərdir. Proqramda həmin şerlər (sonuncu şer istisna olmaqla) birinci kiçik 
qrupda uşaqlara oxunmaq üçün tövsiyə olunmuşdur. Həmin  şerləri orta qrupda 
uşaqlara əzbərlətmək məsləhətdir. 
Uşaqlara heyvan və quşlar haqqında düzgün təsəvvürlər aşılamaq baxımından 
A.Şaiqin hekayələri, xüsusən mənzum hekayələri və təmsilləri müəyyən əhəmiyyətə 
malikdir. 
A.Şaiq yaradıcılığı balacaları ətrafla tanış etmək üçün də xeyli material vardır. 
Məktəbəqədər tərbiyə işində ətrafla tanışlıq mühüm yer tutur. Uşaqların əqli, əxlaqi, 
əmək və estetik tərbiyəsinin ilk təməli onları  əhatə edən mühitin təsiri ilə qoyulur. 
Uşaq həyatı, insan münasibətlərini ilk əvvəl ona yaxın olan ətraf mühitdən öyrənir. 
Bu mühitdə isə valideynlər, bağça işçiləri, uşağı əhatə edən qonşular, yaşlı adamlar, 
ətrafdakı hadisələr, doğma məhəllə, doğma yurd başlıca yer tutur.  
Ətrafla tanışlıq işində gəzinti və ekskursiyalarla yanaşı, uşaq əsərlərindən də 
istifadə edilə bilər. A.Şaiqin bir çox şerləri bunun üçün yaxşı material verir. “Uşaq 
bağçası”, “Bağça” şerləri uşaqları bağça həyatı ilə, müdir və tərbiyəçilərin əməli ilə 
tanış etmək cəhətdən faydalıdır. Uşaqları yaşlıların  əməyi ilə tanış etmək işində 
“Yeni köməkçi”, “Çoban mahnısı”, “Dəmirçi nəğməsi” şerləri müəyyən əhəmiyyətə 
malikdir. “Oyan oğlum” və “Məktəbdə”  şerlərindən məktəbə hazırlıq qrupu 
uşaqlarını psixoloji cəhətdən məktəbə hazırlamaq məqsədi ilə istifadə etmək 
mümkündür. “Təmizlik”  şeri uşaqlara gigiyenik vərdişlərin aşılanması  vəzifəsinə 
xidmət edən gözəl uşaq  şeridir.  Şerin axıcıllığı, sözlərin ustalıqla seçilməsi,  əsasən 
ikisözlü misraların bacarıqla cüt-cüt qafiyələndirilməsi şerin tez əzbərlənməsini təmin 
edən şərtlərdəndir: 
Səhər durunca, 
Əlimdə fırça, 
Sildim dişimi, 
Bildim işimi... 
Proqramda bu şerin ikinci kiçik qrupda əzbərlənməsi nəzərdə tutulmuşdur.  
Göründüyü kimi, A.Şaiqin uşaq  əsərləri məktəbəqədər yaşlı  uşaqların  əqli 
tərbiyəsində böyük imkanlara malikdir, lakin həmin  əsərlərin  əhəmiyyəti təkcə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə