Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   56

 
114
yollarının müəyyənləşdirilməsinə hansı mövqelərdən yanağırıqsa-yanaşaq, insanın 
özü, onun siyasi və intellektli siması, ustalığı, vətənpərvərliyi və beynəlmiləlçiliyi, 
yaradıcılıq qabiliyyəti, vətəndaşlıq mövqeyi və  fəallığı  həmişə  həlledici amil 
olacaqdır.  
Məhz buna görə  cəmiyyətimiz  əsaslı iqtisadi islahat, bütövlükdə ictimai 
həyatın demokratikləşdirlməsi ilə yanaşı böyüməkdə olan nəslin təlim-tərbiyəsinin 
kökündən yaxşılaşdırılmasını mühüm vəzifə kimi qarşıya qoymuşdur. 
Xalq maarifi sisteminin ilkin həlqəsi olan məktəbəqədər müəssisə  uşağın 
tərbiyə edilməsində ailəyə yaxından köməklik göstərir, şəxsiyyətin formalaşmasının 
əsasını qoyur, onların məktəbə hazırlaşmasını  həyata keçirir. Tibb işçilərinin, 
psixoloq və pedaqoqların tədqiqatları göstərir ki, məktəbəqədər yaş dövrü intensiv 
psixi və fiziki inkişaf dövrüdür. Məhz bu yaş dövründə  tərbiyə  və  əlverişli  şərait 
yaradıldıqda uşaqda  əqli qabiliyyət inkişaf edir, xarakterin ilkin əlamətləri təşəkkül 
tapır,  əxlaqi keyfiyyətlər formalaşır. Lakin bəzi xalq maarifi orqanları, müəllim və 
valideynlər hələ  də  məktəbəqədər yaş dövrünü düzgün qiymətləndirə bilmirlər. 
Onlara gələcəyin vətəndaşı kimi deyil, qayğısız uşaqlar kimi münasibət bəsləyirlər. 
Uşaq bağçalarında orqanizmin möhkəmləndirilməsi, sağlamlıq məsələləri ilə yanaşı 
uşaqlarda ictimai-faydalı  əmək vərdişləri yaradılmalı, doğma torpağa məhəbbət, 
vətəndaşlıq hissi, əxlaqi davranışın əsasları qoyulmalı, eyni zamanda, onların ümumi 
inkişafına fikir verilməli, məktəbə hazırlanmalarına diqqət yetirilməlidir. Bütün 
bunlar isə  təlim və  tərbiyənin müxtəlif sahələrini  əhatə edən elmi tövsiyələr,  əlavə 
metodik və bədii ədəbiyyat yaradılmasını tələb edir.  
Eyni zamanda, ictimaiyyətin, valideynlərin fiziki, əxlaqi və əmək tərbiyəsi ilə 
bağlı təklifləri nəzərdən qaçırılmamalı, əksinə onlar praktikada tətbiq olunmalıdır.  
Məktəbəqədər tərbiyə  işində yeni tipli tərbiyəçilər  əsas simadırlar. 
Məktəbəqədər müəssisələrə hər il gənc mütəxəssislər gəlirlər. Bəs məktəb islahatının 
həyata keçirildiyi müasir dövrdə onların hazırlığı nə səviyyədədir? Onların pedaqoji-
psixoloji hazırlığı, yaradıcı  təfəkkürü necədir? Təlim-tərbiyə  işini demokratik 
əsaslarda   qura   bilirlərmi?   Valideynlərlə   münasibət   yarada   bilirlərmi,   uşaqları 
sevirlərmi, əməksevərliyi və nümunəvi davranışı ilə nümunə olmağa hazırdırlarmı? 
Bu və bu kimi suallar pedaqoji institut və texnikumlarda işləyən hər bir kəsi 


 
115
dərindən düşündürməlidir. Cəmiyyət tərbiyəçilərə ən qiymətli şeyi – ölkənin gələcəyi 
olan uşaqları etibar etmişdir. Bu isə pedaqoji institut və  məktəblərin məktəbəqədər 
şöbələrində təlim-tərbiyə prosesinin yenidən qurulmasını tələb edir. Sirr deyil ki, bu 
məzunların çoxu hələ də pedaqoji-psixoloji bilikləri təcrübədə tətbiq edə bilmir.  
Vahid fasiləsiz pedaqoji təhsil sisteminə tərbiyəçilər hazırlanması da daxildir. 
Tədris müəssisələri, metodik kabinetlər gələcək müəllim və tərbiyəçilərin inkişafına, 
yenilik axtarmaq hissinə, işdə proqressiv metodlara yiyələnmələrinə, hər bir uşağa 
hörmət və qayğı göstərə, onlara şəxsiyyət kimi yanaşa bilmələrinə, bu zəmində təlim-
tərbiyə prosesini təkmilləşdirə bilmək bacarıqlarına diqqət yetirməlidirlər. Bir çox 
məktəbəqədər müəssisə  işçilərində  məhz bu keyfiyyətlər çatışmadığından onlar öz 
işlərini yenidən qura, hər bir uşağın hərtərəfli inkişafı  vəzifəsinin öhdəsindən gələ 
bilmirlər. 
Bu gün biz məktəbəqədər yaşlı  uşaqların mənəvi tərbiyəsinin 
təkmilləşdirilməsi barədə danışmaya bilmərik. Hər bir uşağın mənəvi inkişafına 
qayğı, vətənpərvərlik, beynəlmiləlçilik tərbiyəsi valideyn və müəllimlərin diqqət 
mərkəzində olmalıdır. Vətənpərvərlik tərbiyəsi isə yeni metod, yeni yanaşma tələb 
edir. Bu gün hələ heç də hamı uşaqların mənəvi tərbiyəsinə kifayət qədər fikir vermir, 
hələ də burada formalizm, sözçülük hökm sürür.  
Bizlərdən hər birimiz yaxşı bilirik ki, əmək olmadan, əməkdənkənar tərbiyə 
də ola bilməz. Məktəbəqədər müəssisələrdə  əmək fəaliyyəti ilk növbədə  uşaqların 
ümumi inkişafının yaxşılaşdırılmasına, maraqlarının genişlənməsinə,  əməksevərlik, 
məsuliyyət, borc, yaşlıların  əməyinə hörmət hissinin formalaşmasına xidmət edir. 
Uşaq müxtəlif növ tapşırıqları yerinə yetirməklə yalnız sadə  hərəkətləri öyrənmir, 
eyni zamanda öyrənir ki, yaxşı  nədir, pis nədir, öz istəyini ümuminin, kollektivin 
mənafeyinə uyğunlaşdıra bilir, davranış qaydalarını  mənimsəyir. Bu isə  mənəvi 
tərbiyənin əsasının təşkilində, müxtəlif uşaq fəaliyyətində: məişət, əmək, oyun, təlim 
prosesində öz əksini tapır. 
Uşağın ümumi inkişafında gözəlliyə məhəbbət, daxili aləminin zənginləşməsi, 
təxəyyülün inkişafı xüsusi əhəmiyyət kəsb edir. Burada müəllimin başlıca vəzifəsi 
uşaqlarda vaxtında estetik hissi, bədii qavrayışı, incəsənət və musiqi əsərlərini, ətraf 
aləmin gözəlliyini dərk etməyi inkişaf etdirməkdən ibarətdir. Bu zaman yaxşı olar ki, 


 
116
tərbiyəçi uşaqların müstəqil, yaradıcı  bədii fəaliyyətinə köməklik göstərsin. Bu isə 
uşaq qəlbinin dərk edilməsinin ən qısa yoludur. 
Məktəbəqədər müəssisələrin müəllimləri təlimə xüsusi fikir verirlər, lakin 
burada da görüləsi işlər çoxdur. Təlim fəaliyyətinin təşkili forması, istifadə edilən 
metod və üsullar çox zaman məktəb təliminin praktikaya mexaniki şəkildə 
köçürülməsi xarakteri daşıyır.  Şagirdin yaşından asılı olaraq differensial metod və 
üsullardan az istifadə edilir.  
Bir qayda olaraq tərbiyəçilər elə hesab edirlər ki, əsas məqsəd uşaqlara bilik 
verməkdir. Bilikləri mənimsətmək, uşaqların qabiliyyətlərini inkişaf etdirmək isə 
sanki onların işi deyildir. Nəticədə uşaqlar evdə qalmaq istəyirlər.  
Əgər biz bütün məktəbəqədər müəssisələrin təlim-tərbiyə  işinin səviyyəsini 
lazımi səviyyəyə çatdıra bilsək, onda uşaqların məktəbdə müvəffəqiyyətlə oxumaları 
üçün yaxşı baza yaratmış olarıq. 
Xoşbəxt uşaqlığın əsası olan fiziki inkişaf əqli, mənəvi və estetik tərbiyə üçün 
əsas zəmindir. Buna isə yalnız bir sıra kompleks tədbirlərin: sanitar-gigiyenik 
şəraitin, yeməyin yaxşılaşdırılması, orqanizmin möhkəmlənməsi, bədən tərbiyəsi 
məşğələləri, səhər gimnastikası, gün ərzində  uşaqların hərəkət aktivliyini artıran 
tədbirlərin həyata keçirilməsi nəticəsində nail olmaq mümkündür.  
Məktəbəqədər müəssisələrdə indi də rast gəldiyimiz tələblərin pozulması 
nəticəsində bir çox uşaq fiziki cəhətdən qüsurlu inkişaf edir, xəstəliklərin qarşısı zəif 
alınır. Hələ də uşaqların fiziki tərbiyəsi və sağlamlığının möhkəmlənməsi sahəsində 
əldə olunmuş təcrübədən pis istifadə olunur. 
Kiçik vətəndaşların inkişafı  və  tərbiyəsi işində ailə müəllimlərin yaxın 
köməkçisi olmalıdır. Bununla yanaşı, hələ  də bir sıra məktəbəqədər müəssisələrin 
tərbiyəçiləri valideynlərlə  iş apararkən optimal təsir metodlarından istifadə edə 
bilmir. Nəsihət verməyə, öyrətməyə səy göstərirlər. Hər bir məktəbəqədər müəssisədə 
müəllim və valideynlərin  əməkdaşlığını  təmin etmək, qabaqcıl ailə  tərbiyəsinin 
roluna diqqət yetirmək lazımdır. 
 Gələcəyə  nəzər  salarkən  bu  günü  də yaddan çıxarmaq olmaz. Tərbiyəçinin 
gündəlik qəyyumluqdan azad edilməsi, ona müstəqillik verilməsi heç də onun öz 
tərəddüd  və  həyəcanları,  axtarışları  ilə  tək  qalması  demək  deyildir. Təhsil işçiləri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə