Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   56

 
105
bağçalarının açılması qarşıya məqsəd kimi qoyuldu. Həmçinin kənd yerlərində uşaq 
bağçaları açılması ideyası irəli sürüldü. Bundan əlavə uşaq bağçalarında təlim-tərbiyə 
işinin yaxşılaşdırılması və təkmilləşdirilməsi sahəsində məsələlər müzakirə edildi. 
Məktəbəqədər tərbiyə müəssisələrində o zamanlar işin səmərə  və 
keyfiyyətinin yaxşılaşmasında ilk təcrübə üçün nəşr edilmiş kitab və kitabçaların da 
böyük rolu olmuşdur. O vaxtlar bu sahədə  nəşr edilən kitab və kitabçalara nümunə 
üçün “Məktəbəqədər yaşlı  uşaqlar üçün nağıllar məcmuəsi”, “Tərbiyə prinsipləri”, 
“Uşaq bağçalarını necə təşkil etməli və onun işini aparmaq qaydaları” adlı kitabçaları 
göstərmək olar. Bu dövrdə  Məktəbəqədər Ali Pedaqoji İnstitutu tələbələrinin 
təşəbbüsü ilə buraxılan “Rəhbər” məcmuəsində “Məqsəd və yolumuz”, “Tərbiyə 
haqqında atalar sözü”, “Şəkillər üzrə cavab nağılları” və s. adlı  məqalələr dərc 
olunmuşdu. Məhz bu illərdə  və sonrakı dövrlərdə bağça yaşlı  uşaqların mənəvi-
əxlaqi, estetik və fiziki tərbiyəsinin formalaşmasında uşaq  ədəbiyyatının 
yaradıcılarının, ilk növbədə M.Ə.Sabirin, Abbas Səhhətin, Rəşid bəy  Əfəndiyevin, 
Firudin bəy Köçərlinin, Yusif Vəzir Çəmənzəminlinin, Sultan Məcid Qənizadənin, 
Fərhad Ağazadənin,  Şaiqin və digər  şair və yazıçıların uşaqlar üçün yazdıqları 
əsərlərin böyük rolu olmuşdur. Elə bu gün də  gənc nəslin tərbiyəsi işində bu 
unudulmaz şəxsiyyətlərin əsərləri müəllim və tərbiyəçilərin stolüstü kitablarındandır. 
Bütün bunların nəticəsidir ki, o zamanlar uşaq bağçalarının və burada tərbiyə alan 
uşaqların sayı ildən-ilə artmaqda davam etmişdi. 
Azərbaycanda məktəbəqədər tərbiyə müəssisələri tarixinin tanınmış 
tədqiqatçısı Əfşan Qədimbəyovanın apardığı tədqiqatlar göstərir ki, əgər 1924-1925-
ci dərs ilində respublikada fəaliyyət göstərən 19 uşaq bağçasında 1096 nəfər uşaq 
tərbiyə alırdısa, 1930-1931-ci dərs ilində uşaq bağçalarının ümumi sayı artaraq 463 
olmuş, burada tərbiyə alanların sayı isə artaraq 135,043-ə çatmışdı (33, səh.12).        
Bu illərdə uşaq bağçalarında aparılan tərbiyənin qarşısında; uşaq kollektivinin təşkili 
və onun tərbiyədə rolu, uşaqların təşkilatçılıq qabiliyyətini inkişaf etdirilmək, təbiətlə 
tanışlıq, yoldaşlıq, dostluq və s. keyfiyyətlərin aşılanması kimi vəzifələr qoyulmuşdu. 
1926-cı  ildə  Dövlət  Elmi  Şurası  “Uşaq  bağçaları üçün Nizamnamə” təsdiq 
etdi (22, səh.70). Nizamnamənin birinci bölməsində  məqsəd və  vəzifələrdən, 
məktəbəqədər yaşlı  uşaqlarla aparılan işin məzmunundan, ictimai tərbiyənin 


 
106
məqsədindən, uşaq bağçalarında işlərin ana dilində aparılmasından və  qəbul 
qaydalarından bəhs edilirdi. Daha sonra bu bölmədə  uşaq bağçalarına yetimlərin, 
anası  işdə olan uşaqların, qızıl  əsgər və yoxsul kəndli uşaqlarının birinci növbədə 
qəbul komissiyaları vasitəsi ilə qəbul edilməsi xüsusi qeyd edilirdi.  
O vaxtlar məktəbəqədər tərbiyə müəssisələrinin idarə edilməsində bu 
nizamnamənin böyük əhəmiyyəti olmuşdu. Belə ki, nizamnamədə uşaq fəaliyyətinin 
bir çox cəhətləri öz əksini tapmışdı. Məsələn, nizamnamənin uşaq bağçalarının daxili 
işlərinin təşkilinə  həsr edilmiş bölməsində  uşaq bağçasının iş müddəti, bağçada 
uşaqların qidalanması, bir bağçada tərbiyə ala bilən uşaqların minimum və 
maksimum miqdarı, bağçada məsul şəxs olan müdirin, tərbiyəçinin vəzifələri ətraflı 
şərh olunurdu. 
Nizamnamənin başqa bir bölməsində uşaq bağçası kollektivinin işindən bəhs 
edilərkən göstərilirdi ki, uşaq bağçasının bütün pedaqoji işçiləri müdir və kollektivin 
birgə fəaliyyəti ilə idarə olunur. Kollektiv müəssisənin ümumi planını və hesabatını 
nəzərdən keçirir, həmçinin pedaqoji məsələləri müzakirə edir. bu bölmədə daha sonra 
uşaq bağçasının həyat fəaliyyəti ilə əlaqədar və məktəbəqədər tərbiyə məsələləri üzrə 
ayda bir dəfədən gec olmayaraq valideynlərlə birlikdə iclas çağırmaq lazım bilinirdi. 
“Uşaq bağçasının  şurası” adlanan bölmədə  şura üzvlərinin miqdarı, tərkibi, 
onun çağırılması vaxtı, həll edəcəyi məsələlər çox yığcam göstərilirdi. 
Göstərilən nizamnamənin qəbulundan sonra, 1932-ci ildə uşaq bağçaları üçün 
ilk proqram hazırlandı. Bu proqramda uşaq bağçası  və körpələr evinin məktəblə 
əlaqəsi, uşaqların beynəlmiləl tərbiyəsi,  əməyə  məhəbbət və s. məsələlər öz əksini 
tapmışdı. Bununla belə  təlim-tərbiyə  işlərində  uşaqların yaş xüsusiyyətləri,  ətraf 
aləmlə tanışlığın uşaqların əqli, əxlaqi və fiziki tərbiyəsində rolu nəzərə alınırdı.  
1934-cü ildə RSFSR Maarif Komissarlığı uşaq bağçaları üçün yeni proqram 
təsdiq etdi. O vaxtlar onun bəzi mühüm bölmələri Azərbaycan dilinə tərcümə edildi 
və  məktəbəqədər tərbiyə müəssisələrinə çatdırıldı. Lakin 1936-cı ildə  ÜİKBP MK-
nın pedalogiya ilə bağlı  məlum qərarından sonra proqramın tətbiqi dayandırıldı  və 
yeni proqramın hazırlanması məsələsi qarşıya qoyuldu. Yeni proqram məktəbəqədər 
müəssisələrdə pedalogiyanın təsirini aradan qaldırmalı  və  uşaqların tərbiyəsində 
mühüm sənəd olmalı idi. Bütün bunlar onunla nəticələndi ki, 1938-ci ildə “Uşaq 


 
107
bağçasının tərbiyəçisi üçün rəhbərlik” adlanan yeni proqram nəşr olunaraq ölkənin 
hər yerində olduğu kimi Azərbaycanda da istifadə edildi. 
Məktəbəqədər təhsil vahid təhsil sisteminin pilləsi olmaqla uşaqların 
intellektual, fiziki və psixoloji inkişafında, onların şəxsiyyətinin formalaşmasında və 
məktəbə hazırlanmasında xüsusi əhəmiyyətə malikdir.  
Təsadüfi deyil ki, “Təhsil Haqqında Qanun”da göstərilir: “Məktəbəqədər 
təhsil təhsilin ilk pilləsi olmaqla, ailənin və  cəmiyyətin maraqlarına uyğun olaraq, 
uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə  əmək 
vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətlərinin üzə  çıxarılmasını, 
sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə  və insanlara həssas 
münasibətinin formalaşmasını təmin edir” (69, səh.26). (Maddə 18.1). 
Azərbaycanda məktəbəqədər təhsilin inkişafı tarixini daha dərindən öyrənmək 
məqsədi ilə bu problemin pedaqoji ədəbiyyatda – dərs vəsaitlərində və ya problemlə 
bağlı müxtəlif səviyyələrdə yazılmış kitab və  məqalələrdə irəli sürülmüş 
müddəaların, fikirlərin sərf-nəzər edilməsi lazımdır. 
Əvvəlcə qeyd edilməlidir ki, tarixən “Məktəbəqədər pedaqogika” ifadəsinə 
mövcud “Pedaqogika” adlı dərslik və dərs vəsaitlərində müxtəlif mövqedən, müxtəlif 
baxımdan yanaşılmışdır. Müəlliflərin bir qismi məktəbəqədər pedaqogika deyəndə 
yalnız uşaq bağçalarında həyata keçirilən tərbiyə  işlərini nəzərdə tutursa, bir qismi 
həmin müəssisədə həyata keçirilən həm tərbiyə, həm də təlim işlərini nəzərdə tutur. 
Müəlliflərin bir qismi isə  məktəbəqədər pedaqogika deyəndə  həm ailədə, həm də 
uşaq bağçalarında həyata keçirilən pedaqoji işin məzmununu göz önünə  gətirirlər. 
Hazırda istifadədə olan və keçmişlərdə yazılmış “Məktəbəqədər pedaqogika” adlı 
dərs vəsaitlərində isə haqqında danışılan məsələyə yanaşmalarda da müxtəliflik 
vardır. Birincisi, ona görə ki, 1990-cı illərin sonuna qədər respublikamızda 
“Məktəbəqədər pedaqogika” adı altında heç bir dərslik və dərs vəsaiti çap olunmadığı 
üçün bu ifadəyə münasibət bildirən mütəxəssislərin demək olar ki, hamısı keçmiş 
SSRİ məkanında çap olunmuş ədəbiyyata istinad etmişlər. Ikincisi, respublikamızda 
hazırlanan “Uşaq bağçasında hazırlanan tərbiyə proqramı”, “Uşaq bağçasında tərbiyə 
və  təlim proqramı” adı altında çap edilmiş  ədəbiyyatın heç birində  məktəbəqədər 
pedaqogika ifadəsi işlədilmir və  məsələyə  məktəbəqədər pedaqogika sferasından 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə