Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   56

 
108
yanaşılmır. Üçüncüsü, keçmiş SSRİ  məkanında “Məktəbəqədər pedaqogika” adı 
altında çap olunan dərs vəsaitlərinə  qədər çap olunan ədəbiyyatın demək olar ki, 
hamısı “Məktəbəqədər tərbiyə” (“Doşkolnoye vospitaniye”), “Məktəbəqədər 
müəssisələrdə  tərbiyə” (“Vospitaniye v doşkolnıx uçrejdeniyax”) adı altında 
hazırlanmış bu materialların hamısında məktəbəqədər tərbiyə müəssisələrində həyata 
keçirilən tərbiyə işləri, qismən isə təlim işləri işıqlandırılır. Bu materiallarda uşaqların 
yaş dövrlərinə də münasibət müxtəlifdir. Əksər ədəbiyyatda bağça yaşlı uşaqların yaş 
dövrləri qruplar üzrə aparılan bölgüyə əsasən müəyyənləşdirilərək “kiçik qrup”, “orta 
qrup”, “böyük qrup”, “məktəbəhazırlıq qrupu” şəklində ifadə olunmuşdur. Maraqlı 
orasıdır ki, mövcud ədəbiyyatda qruplardakı yaş dövrləri də müxtəlif tərzdə ifadə 
olunur. Bütün bunların səbəblərini aşağıdakı şəkildə qruplaşdırmaq olar: 
1.
 
Bir sıra  ədəbiyyatda məktəbəqədər pedaqogikanın növlərə bölünərək 
“çağalıq pedaqogikası”, “körpəlik pedaqogikası”, “məktəbəqədər pedaqogika” kimi 
göstərilməsi. 
2.
 
Bir qism mütəxəssislərin uşaqların ailədə, körpələr evində  və  uşaq 
bağçalarında tərbiyəsinə aid olan işlərin məktəbəqədər tərbiyəyə  şamil etməsi və 
bütün bunları “məktəbəqədər pedaqogika” kimi nəzərdən keçirməsi. 
3.
 
Bəzi mütəxəssislərin körpələr evində aparılan tərbiyə  işlərinin uşaq 
bağçalarında aparılan tərbiyə işlərilə fərqli və ya vəhdətdə götürmələri. 
4.
 
Ənənəvi pedaqogikaların pedaqoji elmlər sistemi adlanan bölmələrində 
məktəbəqədər pedaqogikaya yanaşmaların müxtəlif olması. 
 Ənənəvi pedaqogikalardakı bu məsələyə dair bəzi yanaşmaları  nəzərdən 
keçirsək fikrimizi daha ətraflı əsaslandıra bilərik.  
1958-ci ildə respublikamızda dərc olunmuş ilk “Pedaqogika” adlı  dərs 
vəsaitində (50, səh.22) göstərilir: “Körpəlik pedaqogikası – 3 yaşına qədər olan 
uşaqların bəslənməsi və  tərbiyəsindən bəhs edir. Məktəbəqədər pedaqogika - 3 
yaşından 7 yaşınadək uşaqların bəslənməsi və tərbiyəsindən bəhs edir. Məktəbəqədər 
pedaqogika 3 yaşından 7 yaşınadək olan uşaqların təlim və tərbiyəsindən bəhs edir”. 
Göründüyü kimi ayrı-ayrı illərdə çap olunmuş iki dərslikdə bir fikir olduğu kimi, eyni 
cür ifadə edilir. 
Müəllifləri A.Abbasov, H.Əlizadə, N.Kazımov, Ə.Həşimov, Ə.Paşayev və 


 
109
F.Rüstəmov olan pedaqogikalara diqqət edək: Körpəlik pedaqogikası – 
Pedaqogikanın bu sahəsi 3 yaşınadək olan uşaqlara göstərilən qayğı  və diqqət 
məsələləri ilə məşğuldur. Məktəbəqədər tərbiyə pedaqogikası – bağça yaşlı uşaqların 
tərbiyəsi, təlim məsələlərini tədqiq edir və əsaslandırılmış tövsiyələr hazırlayır. (30, 
səh.16); Məktəbəqədər pedaqogika  məktəbəqədər yaşlı  uşaqların təlim-tərbiyəsinin 
qanunauyğunluqlarını araşdırır, onların təlim-tərbiyəsini təşkil etmək üçün proqram 
hazırlayır və  həmin proqramın həyata keçirilməsi yollarını müəyyənləşdirir (7, 
səh.9,10); Məktəbəqədər pedaqogika məktəb yaşına çatmamış  uşaqların tərbiyə  və 
təlim məsələlərini öyrənir (51, səh.21). 
3. Buradan belə bir nəticəyə  gəlmək olur ki, müəlliflərin bir qismi çağalıq 
pedaqogikasını, körpəlik pedaqogikası - məktəbəqədər pedaqogikadan ayrı  təsəvvür 
edir, bir qismi onları  məktəbəqədər pedaqogikanın tərkibində  nəzərdən keçirməyə 
üstünlük verir, bir qismi məktəbəqədər pedaqogika deyəndə uşaqların məktəbəqədər 
yaş dövründəki tərbiyəsilə məşğul olmağı göstərsələr də bu işi konkret olaraq harada 
(ailədə  və ya bağçada) həyata keçirilməsini nəzərdən qaçırır, bir qismi isə 
məktəbəqədər pedaqogika deyəndə konkret olaraq məktəbəqədər yaşlı  uşaqların 
bağçada tərbiyəsi və təliminin pedaqoji, psixoloji, fizioloji və metodik imkanlarından 
istifadə edərək bir şəxsiyyət kimi formalaşmasına xidmət edən elm sahəsi kimi 
nəzərdə tuturlar. Bütün bunlar deməyə  əsas verir ki, bu günə  qədər hələ  də 
məktəbəqədər pedaqogikanın sərhədləri düzgün, konkret müəyyənləşdirilməmişdir.  
Prof. Fərahim Sadıqov “Pedaqogika” adlı (Bakı-2006, səh.40) yazdığı  dərs 
vəsaitində  təklif edir ki,  ölkəmizdə yaranmaqda olan Milli pedaqogikanın struktur 
bölmələri yenidən nəzərdən keçirilsin. Milli pedaqogikanın müvafiq bölmələri, o 
cümlədən pedaqoji elmlər sistemi bölməsi daha aydın, daha geniş, daha ətraflı şəkildə 
yenidən öyrənilib ümumiləşdirilsin.  
5.
 
Prof. F.Sadıqov pedaqoji elmlər sisteminin aşağıdakı  şəkildə  nəzərdən 
keçirilməsini daha məqsədəuyğun hesab edir: 
1)
 
Çağalıq və körpəlik pedaqogikası. 2) Məktəbəqədər pedaqogika. 3) Məktəb 
pedaqogikası. 4) Texniki peşə  məktəbi pedaqogikası. 5) Milli pedaqogika. 7) 
Əlahiddə pedaqogika. 8) Əmək-islah pedaqogikası. 9) İstehsalat pedaqogikası.         
10) Mədəni-maarif pedaqogikası. 11) Fənlərin tədrisi metodikası. 12) Pedaqogika 


 
110
tarixi. 13) Müqayisəli pedaqogika. 14) Ailə tərbiyəsi pedaqogikası. 15) Azərbaycan 
xalq pedaqogikası. 16) Pedaqoji psixologiya. 17) Tibbi pedaqogika. 18) Sosial 
pedaqogika. 19) İdman pedaqogikası. 20) Musiqi pedaqogikası və s. 
O, məktəbəqədər pedaqogikanın ilkin sahəsi olan çağalıq və körpəlik 
pedaqogikasının aşağıdakı şəkildə nəzərdən keçirilməsini məqsədəuyğun hesab edir: 
-
 
Çağalıq və körpəlik pedaqogikası ailədə, körpələr evi-uşaq bağçalarında 
uşaqların fizioloji, psixoloji inkişafını, pedaqoji baxımdan formalaşdırılmasını 
öyrənir və ümumiləşdirir. 
-
 
Məktəbəqədər pedaqogika ailədə  və  uşaq bağçasında uşaqların fizioloji, 
psixoloji inkişafı, habelə onların pedaqoji baxımdan hərtərəfli formalaşdırılmasını 
öyrənir və ümumiləşdirir (60, səh.40).  
Xalqımızın yüksək zəka sahiblərinin, aqil və müdrik şəxsiyyətlərinin səyi ilə 
zaman-zaman yaradılmış  mənəviyyatımızın, ictimai şüurun bir forması olan yüksək 
əxlaqi dəyərlərlə yetişməkdə olan gənc nəsli tərbiyə etmək vacibdir. Ulularımızın, 
klassik pedaqoqların tətbiq etdiyi bu tərbiyə prinsiplərini örnək götürməklə, 
körpələrimizi Vətənə, xalqa, doğma torpağa məhəbbət ruhunda tərbiyə edilməsi lazım 
bilinmiş və indi də vacib sayılır. 
Azərbaycanda məktəbəqədər təhsil və  tərbiyə probleminin həyata keçirildiyi 
bütün dövrlərdə xalqın taleyi gələcək nəslin düzgün təhsilləndirilməsi və  tərbiyə 
olunması ilə sıx bağlı olmuşdur.  
Eyni zamanda bütün fəaliyyəti dövründə  gənc nəslin mənəvi tərbiyəsini və 
təlimini  əsas vəzifə kimi qarşıya qoyan ulu öndərimiz H.Ə.Əliyev Azərbaycan 
Respublikası gənclərinin birinci forumundakı yüksək əhəmiyyətli çıxışında demişdir: 
“Ümumbəşəri dəyərlər, Azərbaycan xalqının milli-mənəvi dəyərləri hər bir gənc 
tərəfindən mənimsənilməlidir... Mənəviyyat olmayan yerdə heç bir şey də ola bilməz. 
Xalqımızın tarixinin əsasını təşkil edən bütün mərhələlərdə, keçmiş əsrlərdə yüksək 
mənəviyyat olmuşdur. Keçmiş tariximizdən bizə qalan simaları bu gün bizim üçün 
nümunə edən onların yüksək mənəviyyatıdır, yüksək amallarıdır. Ona görə də bu gün 
mənəvi tərbiyə bəlkə də keçmiş illərdən daha çox lazımdır”. 
Odur ki, yüksək intellektə, bacarığa, hərtərəfli biliyə, mütərəqqi 
dünyagörüşünə, yüksək mədəniyyətə malik olan və onu daim inkişaf etdirməyə qadir 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə