yerləşməsi haqqında verilən qərarları təhlil edir. Bixeviorizmin meydana gəlməsində alman alimləri V.Kristaller və
A.Lyoşin da təsiri olmuşdur.
Son zamanlar bixeviorist coğrafiya və ekologiya ABŞ coğrafiyasında muhum yer tutur. Bu cəhətdən əsrimizin
ən qiymətli kitablarından biri Piter Haqqetin (1933-cu ildə anadan olub) «Coğrafiya: muasir biliklərin sintezi»
əsəridir. Coğrafiyanın nəzəri əsasının daha dolğun verildiyi bu əsər insan ekologiyasına və bixeviorizmə istinad edir.
Muəllif muasir biliklərin coğrafi sintezinə, hazırda surətlə yayılmaqda olan «sosial fizika» və «regional analiz»
məsələlərinə də geniş yer vermişdir. XX əsrin birinci yarısında amerikan və ingilis coğrafiyaşunasları və
iqtisadcıları arasında regional ideya yayılmağa başlayır. Bu ideya hələ 1905-ci ildə İngiltərədə yaranmışdır. O
zamankı alimlər arasında Helbertson ilk dəfə iqlimi əsas goturərək Yerin butun səthini təbii regionlara ayırmışdır.
Sonralar təbiətin digər elementlərinin oxşarlığına gorə də belə regionlar ayrılmışdır.
Amerikan alimi R.Hartşorn on illərlə coğrafiyanın, xususilə onun muhum sahəsi olan xorologiyanın (yun.
sahə-ərazi haqqında təlim) nəzəri problemləri uzərində calışmışdır. Ozunun ingilis dilində nəşr etdirdiyi iki
kitabında: «Coğrafiyanın predmeti: muasir nəzəriyyələrin tənqidi təhlili» (1939), və «Coğrafiyanın predmetinin
perspektivləri» (1959), xronologiya istiqamətini daha da dərinləşdirmişdir.
Birinci kitabda R.Hartşorn Qərbi Avropa coğrafiyaşunaslarının nəzəri fikirlərinin inkişaf tarixini təhlil edir və
ikincisində isə kəskin şəkildə qoyulmuş bir sıra suallara cavab verir:
1. Coğrafiya nə deməkdir? Coğrafiya sahə (ərazi) təzadları (fərqləri) haqqında elmdir. Onun fokus noqtəsində
coxsaylı yer fərdləri (landşaftlar, ərazi, məhəlli və s.) durur. Coğrafiyanın başlıca məqsədi dunyanın ərazi
diferensiasiyası haqqında biliklər toplamaq, belə diferensiasiyaya əsaslanan unikal xususiyyətlərə malik olan ərazilər-
regionlar ayırmaq və onların elementlərinin qarşılıqlı sintezinə nail olmaqdır. R.Hartşorn yazırdı ki, biz Yer kurəsinin
hər bir ərazisinin unikal olmasını qəbul etməliyik, belə ki, onun Yerdəki coğrafi movqeyi digər ərazilərə nisbətən
təkrarolunmazdır. Region (rayon) oxşar əlamətlərinə gorə digər ərazi hissələrindən fərqlənir.
İki tip region ayrılır: formal (yekcins) və qovşaq və yaxud funksional. Formal regionda oyrənilən hadisələr
hər yerdə bir-birinə oxşardır. Qovşaq regionlarında isə bu oxşarlıq hadisələrin qovşaq ətrafında birləşməsi
əsasında təmin olunur. Qovşaq regionları olkənin mərkəzində yerləşərək ətraf əraziləri ozunə meyl etdirir.
2. «Yer səthi» nə deməkdir? Yer səthi litosfer, hidrosfer, atmosfer, biosfer və antroposfer bir-birilə
əlaqələndirən Yerin xarici təbəqəsidir. Məhz coğrafiya dunyası budur.
3. Muxtəlif mənşəli (geterogen – yun. tərkibi yekcins olmayan) hadisələrin inteqrasiyası coğrafiyanın
xususiyyətləridirmi? Coğrafiyanın məqsədi digər elmlərlə muqayisədə bəlkə də daha cox yer səthini butovlukdə
(Y.Q.Sauşkin, Tarix və metodologiya, 1976. səh. 273-275): əhatə etməkdir, qarşılıqlı əlaqədə olan muxtəlif
xarakterli hadisələrin analiz və sintezini verməkdir.
4. Biz təbii və insan amillərini mutləqmi fərqləndirməliyik? Fərdi xususiyyətlərin və elementlərin təsvirini və
təhlilini verərkən biz ictimai və yaxud təbii mənşəli olmasına baxmayaraq sərbəst surətdə təsnifləşdirmənin istənilən
anlayışlarından istifadə edə bilərik.
5. Coğrafiyanın fiziki və iqtisadi coğrafiya sahələrinə bolunməsi məqsədəuyğundurmu? Coğrafiyanın ənənəvi
olaraq iki hissəyə – «fiziki» və «insan» coğrafiyasına, onların isə daxili hissələrə ayrılması bu elmlərin obyektlərinin
oxşar əlamətlərinə gorə aparılır.
6. Zaman və genezisin (yaranma mənşəyin) coğrafiyada nə kimi əhəmiyyəti vardır? Dəyişməkdə olan coğrafi
kombinasiyaların tarixini oyrənməyin tarixə nisbətən coğrafiyaya daha cox aidiyyatı vardır.
7. Coğrafiya «sahə» və «regional» coğrafiyaya bolunurmu? Coğrafi tədqiqatlar gostərilən bu iki qruplara
bolunmurlər. Lakin ən elementar kombinasiyaları oyrənərkən tədricən elmin sahə tədqiqatlarından tam coğrafi
kombinasiyaları oyrənən regional tədqiqatlarına kecilir.
Beləliklə, yuxarıda cavablanan suallardan aydın olur ki, bizim qarşımızda sadə təsvirdən tədricən
murəkkəbləşən, tədqiqatların yuxarı pillələrinə qalxan coğrafi konsepsiyanı gorə bilərik.
«Sosial fizika» coğrafiyaya Amerika alimləri – astronom Con Styuart və coğrafiyacı Vilyam Vornttes tərəfindən
gətirilmişdir. Onlar bir sıra demoqrafik gostəricilərdən demoqrafik potensialın xəritələşməsində fizikanın metodlarından
istifadə edərək tədqiqatlar aparmışlar və «Əhalinin yerləşməsinin fizikası» kitabında coğrafiyaya demoqrafik potensial
məfhumunu gətirmişlər. Əlbəttə, demoqrafik potensial, yaxud sahə potensialı əhalinin sıxlığı məfhumuna nisbətən daha
geniş mənada olub, elmi cəhətdən daha durust sayıla bilər. Şəhərlərin əhalisinin sayından asılı olaraq ətraf əraziləri maqnit
potensial quvvəsi kimi ozunə cəlb edirlər.
Sosial fizika anlayışını nəzəri cəhətdən şərh edərkən nəzərə almalıyıq ki, bu, bixeviorizmin ozunəməxsus
təzahurudur. Bu sahədə işləyən alimlər calışırlar ki, əhalinin sosial intensivliyini və sosial hərarətini təyin etsinlər.
Onlar beynəlxalq telefon şəbəkəsi yaratmaq və onu işləmək ucun qrafometrik modellər tərtib edir və buna bənzər
əməli əhəmiyyətli tədqiqatlar aparılır.
Regional elm anlayışı əsasən Amerika iqtisadcılarına mənsubdur. İlk dəfə Uolter Ayzard (1966) geniş
məzmunlu regional tədqiqat işlərinə başlamışdır. O, mərkəzində fəlsəfə duran regional elm assosiasiyası yaratmış və
bununla da mustəqil regional elmini yaratmışdır. Bu elm sosial-iqtisadi tədbirləri ərazi baxımından oyrənir. Adətən
belə tədqiqatlar riyazi metodlarla aparılır. Regional elmin məzmunu rayon planlaşdırılması, şəhərlərin inkişafı,
rayonlararası əlaqələr, əhalinin yerləşdirilməsi, istehsal və qeyri-istehsal sahələrinin ərazi təşkili və s. kimi məsələlərdən
ibarətdir. Lakin burada rayonların təşkili və inkişafı kimi real varlıqdan danışılmır. Bu regional elmin əsaslı
metodologiyası olmadığına gorə, riyaziyyata istinad edir. Bununla belə U.Ayzardın elmi işləri coğrafiyanın praktiki
tədqiqatlar da istifadə edilmək baxımından maraqlıdır. Xususilə, bir sıra sahə ərazi məsələlərinin həllində coğrafi