Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə119/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   115   116   117   118   119   120   121   122   ...   126

Afaq Yusifli İshaqlı 
 
 
364 
ələ keçirmək üçün heç nədən çəkinmir. 
Kəndin  yaxınlığında  çayın  sahilində  paltar  yuyan 
Laurensiyanı  qəfildən  yaxalayan,  tək  olduğunu  düşünən 
Komandor  onu  dilə  tutmağa  başlayır.  "Gözəl  Laurensiya, 
sənin  bu  kobud  xasiyyətin  və  vaxtacan  davam  edəcək?... 
Burada bir kimsə yoxdur, təklik dostumuzdur... Bu çöl bizim 
sirrimizi  gizli  saxlayar...  Sən  öz  senyorun  üçün  hər  şeydən 
yüksəksən.  Gonbul  Pedronun  kəbinli  arvadı  Sebastyana  da 
razılaşmadımı? Yaxud Martina Posonun arvadı ilə görüşəndə 
toylarından  cəmi  iki  gün  keçməmişdimi?"  Laurensiya  da 
bilir  ki,  Komandor  onunla  evlənmək  fikrində  deyildir. 
Bununla  belə  Fernan  Qomes  həyasızcasına  qızın  atasının 
yanına  gəlib  onu  kötəkləməsini,  komandorla  xoş  rəftar 
etməyi  məsləhət  görməsini  bildirir.  "O  mənimlə  çox  şəstlə 
danışır,  dikbaşlıq  edir.  Başqaları  mənimlə  o  qədər 
xoşxasiyyət,  o  qədər  mülayim  danışır  ki,  gəl  görəsən.  Bax 
birisinin  də  əri  buradadır.  Öz  kişisinin  yanında  heç  bir 
lovğalıq,  dikbaşlıq  göstərməyib  mənimlə  görüşməyə  razı 
oldu." 
Esteban,  Rexidor  və  başqa  kəndlilər  Komandora 
etiraz  edirlər,  onun  hərəkətlərini  alçaqlıq,  biabırçılıq 
adlandırırlar.  Rexidor  ona  ləyaqətsiz  hərəkət  etdiyini 
bildirərək  deyir:  "Siz  adınıza  layiq  danışmırsınız.  Bizim 
namusumuzu  təhqir  edib,  özünüzü  də  alçaltmaq  niyyə-
tindəsiniz.  Bu  ki,  biabırçılıqdır."  Kəndlilər  bildirdilər  ki, 
Fuente Ovexunada da ləyaqətli, namuslu adamlar var. 
Esteban  Komandora  vicdan,  namus,  abır-həya  dərsi 
vermək  istəyəndə  Aristoteli  və  onun  "Siyasət"  əsərini 
xatırladır. "Oho, bu kəndliyə bir baxın, necə də bülbül kimi 
cəh-cəh vurur! Flores, bəlkə Aristotelin "Siyasəti"ni verəsən 
bu  boşboğaz  oxusun",  deyə  replika  atır.  Lope  de  Veqa  bu 
replikanı  əsərə  təsadüfi  daxil  etməmişdir.  Aristotel  öz 
əsərində  müdrik  zadəganlıq,  filosoflar  hakimiyyətindən 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
365 
söhbət  edərək  onların  hakimiyyətini  mütləq  hakimin 
hakimiyyətinə  qarşı  qoymuşdur.  İspaniyanın  kübar  dairələri 
isə  bunu  özlərinin  istədikləri  kimi  şərh  edib  feodalların 
hakimiyyətinə mütləqiyyətçi idarə üsuluna qarşı qoyurdular. 
İri feodal zadəganlar arasında Aristotelin "Siyasəti" çox vaxt 
bu şəkildə izah edildiyindən, xatırlandığından  Lope de Veqa 
yarımsavadlı Komandorun bu replikası ilə onu həmin feodal 
anarxiyası  tərəfdarı  olan  dairələrin  nümayəndəsi  kimi 
göstərir və rədd edir. 
Komandorun  əxlaq  prinsipləri  də  onun  siyasi  möv-
qeyinə  uyğundur.  O,  kəndlilərin  namus,  qeyrət,  ləyaqət 
haqqındakı  prinsiplərini  xoşlamır,  o  da  narazıdır.  "İlahi,  bu 
kəndlilərlə  danışmaq  necə  də  cansıxıcıdır!  Ey  böyük 
şəhərlər,  haradasınız!  Oradakı  kişilər  az  qala  minnətçi 
düşürlər  ki,  onların  arvadlarını  qonaq  etsinlər!"  onun  bu 
düşüncələri  bir  tərəfdən  əxlaqi  düşkünlüyü  əks  etdirirsə, 
digər  tərəfdən  can  çəkişməsi  keçirən,  get-gedə  mövqeyini 
itirən  iri  feodalların  əhval-ruhiyyəsini  ifadə  edir.  O  özünü 
ağa  sayır,  təmiz  qanlı  hesab  edir,  kəndlilərə,  şəhərlilərə  isə 
heyvanlar,  həşəratlar  kimi  yanaşır,  onlara  nifrətlə  baxır.  O, 
kübar  olmayan  adamları  insan  adlanmağa  layiq  bilmir, 
onların  namusu,  şərəfi  olduğunu  qəbul  etmir.  "Sizin  nə 
namusunuz var? Sən Kalantravanın ruhani döyüşçülərinə bir 
bax!"  deyən  Fernan  Qomes  özünün  qanının  təmiz,  kəndlilə-
rin  qanının  isə  çirkli  olduğunu  söyləyir.  Kəndlilərlə  Ko-
mandor  arasında  təmiz,  yaxud  çirkli  qan  ətrafında  gedən 
mübahisə özü də müasir, aktual səslənirdi. Estebanın dediyi 
kimi özünü namusla, vicdanla aparmayan, namusla, vicdanla 
danışmayan  Fernan  Qomes  sözlərinə  sərhəd  qoymur. 
Kəndlilər  sübut  edirlər  ki,  komandorun  qanı  daha  çirklidir, 
insanı  çirkaba  batırır,  onun  qanı  kəndli  qanından  daha 
bulanıqdır, çünki onun davranışı, hərəkəti ləyaqətsizdir. 
Bütün  Qərbi  Avropa  zadəganları  bu  qənaətdə  idi  ki, 


Afaq Yusifli İshaqlı 
 
 
366 
şərəf,  namus  prinsipi  ancaq  zadəganlığa,  kübar  dairələrə 
məxsus  bir  prinsipdir.  Bu  prinsipi  müdafiə  edən  komandor 
da  kəndlilərin  qanının  çirkli  olmasından  danışanda,  onların 
namusu  olduğuna  şübhə  ilə  yanaşanda  həmin  mövqedə 
dayanır.  Lakin  hərəkətləri,  sözləri  ilə  öz  qanının  çirkli, 
özünün şərəfsiz və binamus adam olduğunu təsdiq edirdi. 
Xalq  içərisindən  çıxan  Lope  de Veqa feodal-zadəgan 
təbəqələrin  ədalətsiz,  saxta  baxışları  ilə  razılaşmamış,  əsl 
şərəf,  namus,  qeyrət  prinsiplərinin  xalq  arasında,  sadə 
kəndlilərdə  olduğunu  inandırıcı  şəkildə  əks  etdirmişdir. 
Dramaturq göstərir ki, sadə kəndlilər öz şərəf və namuslarını 
ən  qorxmaz  cəngavərlərdən  daha  artıq  cəsarət  və  şücaətlə 
qoruya bilərlər. 
Komandor xalqın namusu, şərəfi ilə oynadığı, onların 
ən  müqəddəs  duyğularını  təhqir  etdiyi  üçün,  əxlaqını 
ləkələdiyi  üçün  xalq  ayağa  qalxır  və  onu  öldürür.  Pyesdə 
kəndlilərin  ağır  iqtisadi  vəziyyətindən,  istismarından, 
vəkillərdən danışılmır. 
Onun  insani  ləyaqət  və  şərəfinin  təhqir  olmasından 
söhbət açılır. Döyülən, incidilən, təhqir olunan xalq, nəhayət, 
ayağa qalxıb öz intiqamını alır. 
Pyesin  əsas  müsbət  qəhrəmanı  Laurensiyadır.  Məhz 
Laurensiya  ilə  qarşılaşmaq,  onu  ələ  keçirməyə  çalışan 
Fernan  Qomesi  məhv  edir.  Laurensiyaya  qədər  komandor 
çoxlarını  ələ  keçirmiş,  çoxlarının  namus  və  şərəfini  çirkaba 
bulamışdır.  Öz  çirkin  əməlləri  ilə  dönə-dönə  öyünən 
komandor Laurensiya ilə də eyni şəkildə rəftar etmək istəyir, 
lakin bacarmır. 
Bu  cazibəli,  məğrur,  hazırcavab,  ağıllı  və  zarafatcıl 
qız  həm  də  möhkəm  əxlaqi  prinsiplərin,  dəmir  iradənin 
sahibidir.  O  həmişə  özünün  şəxsi  ləyaqətini  qorumağı 
bacarır, heç kəsin onu təhqir etməsinə imkan vermir. Pyesin 
əvvəllərində  biz  onu  şən,  qayğısız  bir  qız  kimi  görürük.  O 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə