Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə121/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   126

Afaq Yusifli İshaqlı 
 
 
370 
Laurensiya  da  Menqo  ilə  bu  nöqtədə  razıdır.  O  da 
belə  hesab  edir  ki,  "məhəbbət  gözəlliyə  qarşı  çırpınan  bir 
istəkdir"  və  onun  məqsədi  həzz  almaqdır.  Laurensiyanın  bu 
yekunlaşdırıcı  mülahizəsi  müəllifin  həyatsevər  İntibah 
dünyagörüşünün ən yaxşı təsdiqi kimi qarşılanır. 
Laurensiyanın  sevgisi  çətin  sınaqlar  nəticəsində  üzə 
çıxır. 
Kənddən  bir  az  aralıda  çayın  sahilində  Laurensiya 
paltar  yuyur.  Frondoso  isə  onun  yanını  kəsdirib  öz 
sevgisindən, keçirdiyi hisslərdən danışır. Frondoso doğruçu, 
təmiz,  namuslu  bir  gənc  kimi  onun  xoşuna  gəlir,  lakin  qız 
onun  dərdindən  nə  edəcəyini  bilməyən  oğlana  gülməkdən, 
ona  sataşmaqdan  zövq  alır.  Onların  söhbəti  fikir  və  hislərin 
zənginliyi, qəribə dönüşləri, təzahür formaları insanı heyran 
edir.  Lakin  elə  bu  vaxt  komandor  da  ora  gəlib  çıxır. 
Laurensiyanın  məsləhəti  ilə  Frondoso  kolların  arasında 
gizlənir.  Komandor  elə  güman  edir  ki,  Laurensiya  təkdir. 
Komandor  onu  qamarlamaq  istəyəndə  qız  "Ey  müqəddəs 
göylər,  barı  siz  köməyə  gəlin"  deyə  qışqıranda  Frondoso 
komandorun  silahını  ələ  keçirib  qızı  xilas  edir.  Belə  bir 
hərəkətinə  görə  gənci  öldürə  bilərlər,  lakin  o  heç  nədən 
qorxmadan mərdlik və ləyaqətlə sevgilisini Fernan Qomesin 
əlindən  qurtarır.  Onun  silahını  özünə  qaytarmadan  oradan 
uzaqlaşır.  Bu  hadisədən  sonra  Frondoso  gizlənməli  olur. 
Komandor  və  onun  adamları  isə  onu  izləyib  tutmaq  və 
öldürmək fikrindədirlər. 
Qəlbi  məhəbbətlə  dolu  olan  Frondoso  isə  heç  nədən 
qorxmadan  Laurensiyanı  görməyə  can  atır,  ona  sevgisindən 
danışır.  İndi  qız  da  onu  sevir,  sevməyə  bilmir,  ona  ərə 
getməyə  razı  olduğunu  söyləyir.  "Təmtəraqlı  sözlər  lazım 
deyil,  razıyam"  –  deyir.  Kübar  dairələrində  geniş  yayılan 
ədalı,  təmtəraqlı  dil  ona  yaddır.  Bu  ağıllı,  sadə  kənd  qızı 
Frondosonun  hərdən  bir  şəhərlilər  kimi  əda  ilə,  təmtəraqla 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
371 
danışmaq istəməsinə gülməkdən özünü saxlaya bilmir. 
Paskuala  ilə  söhbətində  bütün  kişiləri  fırıldaqçı, 
yalançı  adlandıran  Laurensiya  indi  özü  də  dərin  bir 
məhəbbətlə sevir. O öz başına gələn əhvalatdan sonra başqa 
cür  kişilərin  olduğunu  da  yəqin  edir.  Onun  nəzərində 
Frondoso  məhz  həqiqi  məhəbbətlə  sevən,  fırıldaq  və  yalan 
bilməyən,  sevdiyinin  yolunda  ölümə  getməyə  hazır  olan 
gənclərdəndir.  Bütün  bunlar  ona  xoşbəxtlik  vəd  edir.  Onlar 
yaxın  vaxtlarda  evlənməlidirlər.  Valideynləri  də  bu  işə 
razıdırlar. 
Lakin  komandor  və  onun  adamları  özbaşınalıq 
etməkdə  davam  edirlər.  Get-gedə  xalqın  səbir  kasası  daşır, 
bıçaq  sümüyə  dayanır,  hadisələr  faciəli  bir  sonluğa  doğru 
inkişaf edir. Bir dəfə kəndli qızları evə qayıdarkən gecikirlər. 
Komandorun  əsgərlərindən  qorxan  qızlar  Menqodan  xahiş 
edirlər  ki,  onları  atıb  getməsin.  Kəndli  qızı  Xasinata  da 
qaçaraq  onlara  qoşulur.  Məlum  olur  ki,  əsgərlər  qızı  təqib 
edirlər.  Başqa  qızlar  qaçıb  canlarını  qurtarırlar.  Arxada 
Xasinata  və  onu  tək  qoymamaq  üçün  Menqo  qalır.  Əsgər 
gəlib  çatanda  Menqo  qadını  müdafiə  etməyə  çalışır.  Lakin 
Komandor və onun çoxlu əsgərlərinə qarşı Menqo heç nə edə 
bilmir. Onu möhkəm döyür, Xasinatanı isə alçaqcasına təhqir 
edirlər.  "Təbii  eqoizm"  təbliğatçısı  olan  Menqo  qorxmadan, 
çəkinmədən  özünü  təhlükəyə  atır,  şücaət  göstərir,  bir  nəticə 
əldə  edə  bilməsə  də,  Xasinataya  köməyi  çatmasa  da,  insan 
kimi özünü təsdiq edir, lakin sinəsində xaç gəzdirən, xristian 
"insansevərliyinin" nümayəndəsi olan komandor isə alçaq və 
qəddar  bir  adam  olduğunu  büruzə  verir.  Menqonun 
hərəkətləri,  sözləri,  zarafatları,  şeirləri,  mühakimələri 
tamaşaçıda  rəğbət  doğurur,  onda  riyakarlıq,  yalan  yoxdur, 
nikbin, həyatsevər bir şəxsdir. Ən çətin anlarda belə gülmək-
dən, zarafatdan qalmır. 
Lope  de Veqanın  özü kimi onun xalq  nümayəndələri 


Afaq Yusifli İshaqlı 
 
 
372 
olan  qəhrəmanları  da  kədərə,  bədbinliyə,  ümidsizliyə 
yaddırlar.  Onlar  həqiqətə  inamlarını,  şərin  gec-tez  məhv 
olacağına ümidlərini heç vaxt itirmirlər. 
Toy  şənliyinin  gedişində  kəndlilərin  şadlığının, 
sevincinin  həddi-hüdudu  görünmür.  Evlənən  Frondoso  və 
Laurensiyanın  şərəfinə  sağlıqlar  deyilir.  Menqo  da  toy 
şənliyindədir. Dostları Menqonun başına gələnləri xatırlayıb 
gülürlər.  Bu  həyatsevər  insanlar  zarafatsız,  gülüşsüz  keçinə 
bilmirlər.  Onlar  öz  başlarına  gələn  müsibətlərə  də  gülürlər. 
Arzusuna  çatmış  Frondoso  da  özü  dostunun  başına  gələn 
əhvalatı  xatırlayıb  gülməkdən  özünü  saxlaya  bilmir.  "Bizim 
Menqo  qamçını  şeirdən  yaxşı  götürür"  deyə  dostu  ilə 
zarafatlaşır. 
Frondoso bu sözləri dostunun qəlbinə toxunmaq üçün 
demədiyi  kimi  Menqo  da  ondan  incimir,  zarafata  zarafatla 
cavab  qaytarır.  Komandor  və  onun  əsgərlərinin  kəndin 
başına gətirdiyi fəlakətlər onları ruhdan salmır. Kəndlilər bu 
fəlakəti  unutmağa,  yaddan  çıxartmağa  çalışsalar  da,  fəlakət 
onlardan əl çəkmir. 
Qəddar  və  azğın  komandor  toy  dəstəsinin  getdiyini, 
Frondoso  ilə  Laurensiyanın  evləndiyini,  xoşbəxt  olduğunu 
görüb  qəzəblənir.  Ona  silah  qaldıran  bir  kəndlinin  sağ-
salamat  qurtarması  bir  yana  dursun,  ona  rəqib  çıxması  və 
xoşbəxt olması komandoru özündən çıxarır. O, toy şənliyini 
dayandırıb,  Frondoso  ilə  Laurensiyanı  tutub  qollarını 
bağlamağı  əmr  edir.  Toy  şənliyi  pozulur,  adamlar  dağılışır. 
Frondosonu ölüm təhlükəsi gözləyir. 
Xoşbəxtlikdən  Laurensiya  qaça  bilir.  Çoxlu  işgən-
cələrdən  və  əzablardan  tanınmaz  bir  görkəm  almış  bu 
namuslu  və  qəhrəman  qız  yaralı  bir  şir  kimi  xalq  məclisinə 
gəlir.  O,  ağlamır,  göz  yaşı  tökmür,  nalə  etmir,  sərt,  məğrur, 
üsyankar,  cəsur  bir  adam  kimi  danışır.  Onun  qəzəb,  nifrət 
dolu  nitqi  haqsızlığa  qarşı  ölüm-dirim  döyüşünə  çağırır. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə