Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə125/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   126

Afaq Yusifli İshaqlı 
 
 
382 
əzaba,  işgəncəyə  məhkum  olunmasının  səbəbi  dünyaya 
gəlməsi,  doğulması,  mövcud  olmasıdır.  İnsan  dünyaya 
gəlməklə  ən  böyük  cinayət  işləmişdir.  Bu,  əlbəttə,  katolik 
irticası  dövründə  insanların  varlığına  hakim  kəsilən 
bədbinlik, ümidsizlik fəlsəfəsinin ifadəsi idi. 
Bu  ümidsizlik  və  bədbinlik  fəlsəfəsi  qüllədə  diri-diri 
divara  zəncirlənmiş,  əzabkeş  Sexizmundonun  nitqində  daha 
təsirli  səslənir.  Məlum  olur  ki,  Polşa  kralı  Basilioya 
münəccim  xəbər  verir  ki,  onun  oğlu  Sexizmundo  gələcəkdə 
zalım  və  qəddar  bir  hökmdar  olacaq,  dəhşətli  cinayətlər 
törədəcəkdir.  Guya  ulduzlar  belə  xəbər  verirlər,  Basilio 
taleyin  nəzərdə  tutduğu  işlərin  qarşısını  almaqdan  ötrü, 
doğma  oğlunu,  varisini  uzun  müddət  həbsxanada  saxlayır. 
Sədaqətli  Klotaldo  isə  ona  keşik  çəkir,  nəzarət  edir,  qayğı 
göstərir. 
Bir çox illər keçdikdən sonra kral öz hərəkətinin doğ-
ruluğuna  şübhələnməyə  başlayır.  O,  belə  düşünür  ki,  bəlkə 
ulduzlar  yalan  deyir,  bəlkə  o,  düzgün  hərəkət  etməmişdir. 
Uzun  götür-qoydan  sonra  kral  oğlunu  saraya  gətirmək, 
imtahan  etmək  qərarına  gəlir.  Onu  yuxulu  halda  saraya 
gətirirlər ki, hakimiyyəti ona tapşırsınlar. 
Sexizmundo yuxudan oyananda özünü təmtəraqlı kral 
yatağında  görür,  qulluqçular  bütün  arzularını  yerinə 
yetirirlər,  sərt  həbsxana  baxıcısı  Klotaldo  mütiliklə  onun 
ayaqlarına 
düşür. 
Klotaldo 
onun 
başına 
gələnləri, 
münəccimin xəbərdarlığını, qüllədə zəncirlənməsini ona şərh 
edir.  Sexizmundo  ondan  dəhşətə  gəlir,  qəzəblənir.  Onu 
dünyadan,  dünyanın  nemətlərindən  ayırdıqları,  nahaq  yerə 
əzab  verdikləri  üçün,  insan  olduğu  halda  onu  yarıvəhşi  bir 
varlığa çevirdikləri üçün insanlardan intiqam almaq qərarına 
gəlir. 
Oğlunun  görüşünə  gələn  kral  Basilioya  Sexizmun-
donun dediyi sözlər, irəli sürdüyü ittihamlar, xüsusilə mənalı 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
383 
səslənir: 
 
Atam ola-ola, sən ey daşürək! 
Məni öz yanına buraxmamısan. 
Qapını üzümə kilidləyərək 
Məni böyütmüsən sanki bir heyvan. 
Əjdahalar kimi əzab vermisən 
Məni məhv etməyə çalışmısan sən. 
 
Sexizmundonun  sözləri  dərin  fəlsəfi  rəmzlərlə 
doludur.  Kral  Basilio  allahı,  Sexizmundo  insanlığı  təmsil 
edir.  Onun  etiraz  və  ittihamları  əsrin  qabaqcıl  adamlarının 
etiraz və ittihamlarıdır. Basilio kimi allah da insanlara həyat 
vermiş, lakin  onlara  iztirab, əzab  qismət etmişdir.  Öz evinə, 
göylərə,  cənnətə  gəlməyə  insanlara  icazə  verməyən  tanrı 
onları  vəhşi  kimi  tərbiyə  etdirir,  əzab  verir,  dünyanın 
gözəlliklərindən  ayırır,  insanı  zəncirli  məhbusa,  dünyanı 
həbsxanaya  çevirən  Klotaldo  kimi  nökərlərin  vasitəsilə 
insanlara  göz  qoyur,  kral  Basilio  kimi  onun  təmsil  etdiyi 
tanrı  da  zalım  və  qəddardır.  İnsana  həyat  verib  səadətdən 
məhrum  etmək  cəlladlıq,  cinayətkarlıq  deyilmi?  Həyatın 
özünü onun əlindən almağa bərabər deyilmi? 
 
Həyat vermisən sən özün mənə 
Əsla bir kəlmə də deməzdim səndən 
Sən ki həyat verdin, sonra da aldın, 
Lənət görəcəksən hər zaman məndən. 
 
Sexizmundo  allaha  qarşı  qiyam  qaldıran  bütün 
günahkarlar  kimi  danışır.  Etiraz  və  ittihamları  ilə  böyük 
filosof  şair  Ömər  Xəyyamı,  Nasir  Xosrovu,  Əbül-üla 
Məərrini  yada  salır.  İnsana  həyat  vermək  ən  nəcib,  ən 
xeyirxah bir işdirsə, bu həyatı cəhənnəmə, əzab və işgəncəyə 
çevirmək  alçaqlıq,  mənasız  qəddarlıq,  ədalətsizliyin, 


Afaq Yusifli İshaqlı 
 
 
384 
haqsızlığın  ən  eybəcər,  çirkin  təzahürüdür.  Lakin  Kalderon 
bu  qiyamın,  etirazın  tərəfdarı  deyildir.  O,  əsər  boyu  bu 
etirazın  mənasızlığını  göstərməyə  can  atır.  Kalderon  bir 
tərəfdən  böyük  sənətkar  kimi,  həyat  həqiqətini  düzgün  əks 
etdirən  dramaturq  kimi  bu  üsyankarlıq  fəlsəfəsini  əlvan 
boyalarla əks etdirir. Allaha, onun adı ilə uydurulan, qanuna, 
hökmə,  tələbə  çevrilən  dini  ehkamlara  qarşı  yönələn  etiraz 
fəlsəfəsi  din  nümayəndələrini  həmişə  narahat  etmiş,  qorxut-
muşdur.  İstər  Şərq  müsəlman  aləmində,  istərsə  də  xristian 
dünyasında  bu  allaha  qarşı  duran  etiraz,  narazılıq  baxışları 
həmişə amansızcasına boğulmuşdur. Həllac Mənsur, Nəsimi, 
Şeyx  İşraq,  Cordano  Bruno  kimi  böyük  fikir  bahadırlarına 
tutulan divanı xatırlamaq kifayətdir. 
Din xadimləri allahın qəddarlığını ilkin günahla əsas-
landırmağa  çalışırdılarsa,  üsyan  edən  insan  ağlı  bununla 
barışmır, 
razılaşmır. 
Allahın 
hökmlərində, 
dinin 
ehkamlarında ciddi bir ziddiyyət və məntiqsizlik görürdü. 
Əsrlərlə  ilahiyyatçılar  arasında  insanın  öz  hərəkət-
lərində  ixtiyari,  yoxsa  qeyri-ixtiyari  olması,  yəni  öz  iradəsi 
iləmi,  yoxsa  öz  iradəsindən  asılı  olmayaraq  hərəkət  etməsi 
ətrafında mübahisə etmişlər. Əgər insan öz iradəsi ilə hərəkət 
edirsə,  onda  allah  nə  işə  baxır,  insanı  şər  işlər  tutmağa  niyə 
qoyur,  yox  əgər  insanın  hərəkətləri  ixtiyari  deyildirsə,  öz 
iradəsindən asılı olmayaraq baş verirsə, onda allahın rəhmli, 
mərhəmətli  olması  fikri  ilə  necə  razılaşmaq  olar?  Bir  halda 
ki,  insanın  törətdiyi  şər  onun  özündən  asılı  deyil,  o,  ancaq 
allahın iradəsini yerinə yetirərək şər iş tutur, ancaq bir vasitə-
dir, onda nə üçün allah  daim onu təqib və ittiham edir, cəza 
verir.  Orta  əsrlərin  ilahiyyatçı  filosofları  belə  düşünürlər, 
allahın mərhəmətinə bu tərzdə şübhə edirlər. 
Sexizmundo heç bir cinayət etməmişdir, lakin anadan 
olan  gündən  zəncirlənmişdir.  O,  allahın  iradəsi,  hökmü  ilə 
gələcəkdə  edəcəyi,  edə  biləcəyi  cinayətlərə  görə  anadan 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə