Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə113/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
345 
komediyalarının  süjeti  zaman  baxımından  dünyanın 
yaradılması haqqında bibliyada  göstərilən tarixdən başlamış 
Lopenin  müasiri  olduğu  dövrə  qədərki  hadisələri  əhatə  edir. 
Məkan  baxımından  onlar  İspaniyanın  sərhədlərindən  çox-
çox  kənara  çıxırlar,  tamaşaçını  gah  Rusiyaya,  gah 
Albaniyaya, gah Macarıstana, gah Bohemiyaya, gah Polşaya, 
gah 
Amerikaya 
aparırlar. 
İspaniya 
özü 
Lopenin 
dramaturgiyasında  az  qala  özünün  bütün  əsas  şəhərləri, 
bütün  əyalət  və  vilayətləri  ilə  təmsil  olunmuşdur.  Lope  de 
Veqa    teatrında  iştirak  edən  surətlərin  qeyri-adi  dərəcədə 
böyük  miqdarı  nəinki  təkcə  çoxlu  millətləri,  həm  də  daha 
artıq  dərəcədə  çoxlu  tiplərini,  peşələrini  cəmiyyətin  bütün 
silk  və  təbəqələrinin  nümayəndələrini  əhatə  edir.  Lope  de 
Veqanın  surətlər  aləminin  universallığı  ilə  onun  dilinin 
universallığı  tamamilə  uyğundur.  O,  leksik  baxımdan 
dünyanın  ən  zəngin  yazıçılarındandır,  ən  müxtəlif  nitq 
üslublarından sərbəst və asan bir tərzdə faydalanır." 
 
"Seviliya  ulduzu"  /1623/  pyesi  Lope  de  Veqanın 
dünya  teatrlarının  səhnələrində  bu  günə  qədər  ən  çox 
oynanılan  əsərlərindən  biridir.  Əsərin  qəhrəmanları  varlı 
kübar dairələrinə məxsus adamlardır. Lakin kübar dairələrin 
özündə  nisbətən  aşağı  silkə  mənsub  olanlar  daha  yüksək 
mərtəbədə  dayananlar  tərəfindən  sıxışdırılır,  kiçik  bir 
müdaxilə, azacıq bir şıltaqlıq qəhrəmanların səadətini alt-üst 
edir. Dost dostunu, sevdiyini itirir. 
Yaranmış şərait nəticəsində qəhrəmanın şərəf, namus 
qarşısındakı borcu ilə şəxsi sevgi duyğuları arasında uçurum 
yaranır. İspan zadəganlığının şərəf-namus, verdiyi sözə əməl 
etmək məsələləri ilə əlaqədar qanun şəklinə saldığı prinsiplər 
insana öz əlilə öz səadətini məhv etdirir, onu dünyada ən əziz 
adamına  əl  qaldırmağa  yönəldir.  Daha  aşağı  təbəqələr  daha 
yuxarı  təbəqələrin  ucbatından  əzab  çəkir,  onların  səadəti 


Afaq Yusifli İshaqlı 
 
 
346 
əlindən  alınır.  Bununla  bərabər  əsərin  qəhrəmanları  yüksək 
insani  ləyaqət  nümayiş  etdirir,  çətin  sınaqlardan  qalib 
çıxırlar, şərə, eybəcərliyə güzəştə getmirlər. Dramaturq şərin 
ən  güclü  təcəssümü,  fəlakətlərin  baisi  olan  Kralı  peşman 
olmağa,  geri  çəkilməyə,  çirkin  planlarını  unutmağa  məcbur 
edir.  Lope  de  Veqa  insana  inanır,  onu  yüksəklərə  doğru 
çağırır. 
Əsərdə  təsvir  edilən  hadisələr  Seviliyada,  Cəsur  IV 
Sançonun  hakimiyyəti  illərində,  1284-1295-ci  illərdə  cə-
rəyan  edir.  Dramaturqun  tərcümeyi-halını  yazan  alimlərin 
müəyyənləşdirdiyinə  görə,  Lope  de  Veqa  XVII  əsrin 
əvvəllərində 
Seviliyada 
olmuş, 
onun 
gözəlliyinə 
vurulmuşdur.  "Seviliya  ulduzu"  pyesində  onun  ən  gözəl 
əfsanələrindən  biri  əsasında  bu  şəhəri  və  onun  insanlarını 
tərənnüm  etmişdir.  Əsərin  əvvəlindən  sonuna  qədər 
Seviliyanın 
insanlarının 
gözəlliyindən, 
namus 
və 
igidliyindən  söhbət  açılır.  Bu  şəhərə  şəhvani  duyğularını 
təmin etmək  yeri kimi baxan Kral özü də onun insanlarının 
təsiri ilə dəyişir. O, açıq-açığına etiraf edir: 
 
Gör necə insandır sevilyalılar! 
Alicənabdırlar! Satılmaz onlar! 
Daha möhkəmdirlər, tuncdan, mərmərdən. 
 
Kralın  yaxın  nədimlərindən  olan  Don  Aryas  isə 
Sevilyanı  bir  şəhər  kimi  Romadan  üstün  tutur,  onun  geniş 
küçələrindən, qəsrlərindən söhbət açır. 
 
Bəli, gözəllikdə bizim Sevilya, 
Qədim Romanı da ötmüş belə, 
Geniş küçələri, qəsrləriylə. 
 
İlk  baxışdan  Sevilya  uca  binaları,  geniş  küçələri, 
abadlığı,  qonaqpərvərliyi  ilə  diqqəti  cəlb  edirsə,  daha 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
347 
yaxından  tanışlıq  onun  insanlarının  mənəvi  gözəlliyini  üzə 
çıxarır.  Dramaturq  vətənpərvər  bir  sənətkar  kimi  pyesin 
əvvəlindən  sonuna  qədər  İspaniyanın  ən  gözəl  bir  bucağı 
saydığı Sevilyanı vəsf edir, onun gözəlliyinə nəğmə qoşur. 
Əsərin  əsas  surətlərindən  biri  kral  Cəsur  Sançodur. 
Sevilyalılarla  ilk  söhbətində  onların  köməyilə  Cəbəllütariqi 
tutmaqdan  söz  açan  kralın,  sonrakı  hərəkət  və  söhbətləri 
göstərir  ki,  onu  xalqın,  ölkənin  taleyi  az  maraqlandırır.  O, 
şəhərə daxil olduğu vaxtdan qadınlara göz gəzdirir, özü üçün 
yeni-yeni  ov  müəyyənləşdirir.  Onun  nədimi  və  mənfi 
cəhətdən daha düşkün bir adam olan Don Aryas  Sevilyanın 
ümumi  gözəlliklərindən,  inkişafından,  qəsr  və  küçələrindən 
danışanda  kral  onun  sözünü  kəsir.  Sevilyanın  gözəllərindən 
söhbət  açmadığı  üçün  onu  məzəmmət  edir.  Söhbətin  belə 
şəkil  alması,  kralın  dövlət  və  idarə  işləri  ilə  deyil,  gözəl 
qadınlarla  daha  çox  maraqlanması,  fikri-zikrinin  ancaq  bu 
istiqamətə yönəlməsi onun mənəvi şikəstliyindən xəbər verir. 
Məlum olur ki, yol boyu Don Aryas da kral kimi bir 
müştəri  gözü  ilə  qadınlara  baxırmış.  Ağasının  ən  çirkin  və 
iyrənc  istəklərində  də  işə  yaramağa  çalışan  bu  kral  nökəri 
Leonora,  Koronel,  Beatris,  Anna  və  başqa  qadınlardan, 
onların  gözəlliyindən  söhbət  açır,  ağasının  növbəti  ovunu 
müəyyənləşdirməyə  çalışır.  Don  Aryas  təriflədiyi  gözəllər 
krala  xoş  gəlmir,  birini  "qızıla  tutulmuş  soyuq  mərmər" 
adlandırır, bir başqasını "ancaq buz kimi içməli su" sayır, bir 
ayrısının  adını  bəyənmir.  Kralla  Don  Aryas  arasında  gedən 
bu  söhbət  Kralın  və  onun  nökərinin  mənəvi  cılızlığını  üzə 
çıxarır.  Bu  baxımdan  kral  –  Nizaminin  yaratdığı  Xosrov 
surətini yada salır. Görünür ki, hər iki intibah sənətkarı döv-
rünün  hökmdarlarının  sevgi,  ehtiras  düşkünlüyünü  onların 
əsas qüsuru kimi görmüş və rədd etmişlər. 
Kralın  söhbətindən  aydın  olur  ki,  o,  şəhərə  daxil 
olarkən eyvanda gördüyü bir qız onu daha çox cəlb etmişdir. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə