Afaq Yusifli İshaqlı
342
genişliyi, mövzularının rəngarəngliyi ilə seçilir. Onun tarixi,
əfsanəvi, əsatiri, pastoral və məişət mövzusunda yazdığı
dram əsərlərində bütün silklər və təbəqələrin nümayəndələri
iştirak edirlər. Müəllif əsərlərinin mövzusunu müxtəlif
mənbələrdən götürür, müşahidələrdən alır. Burada ispan
tarixi xronikaları da, italyan novellaçılarının əsərləri də,
səyyar lətifələr də, səyyahların söhbətləri və bibliya
mövzuları da iştirak edir. O müxtəlif xalqların və dövrlərin
həyatını eyni təbiilik və məharətlə əks etdirir. Ruslar
haqqında yazdığı əsərlərdə yalançı Dmitriyə həsr etdiyi
"Böyük Moskva hersoqu" pyesini xatırlamaq yerinə düşər.
Yazıçının maraq dairəsinin genişliyi, bəşər tarixini bütün
genişliyi ilə əks etdirmək arzusu, müstəsna dərəcədə zəngin
təxəyyülü indi də adamı heyran edir. Onu da nəzərə almaq
lazımdır ki, Lope de Veqa heç vaxt müasir ispan gerçəkliyini
unutmur, dövrün qarşı-qarşıya qoyduğu tələblərə cavab
verməyə çalışır. Hər bir dövrün və xalqın ruhunu saxlamaqla
müasir insanların hiss və duyğularını qələm alır.
Lope de Veqa özünün dramaturgiyaya aid nəzəri
fikirlərini 1609-cu ildə yazdığı "Bizim günlərdə komediya
yazmağın yeni sənəti" adlı mənzum traktatında şərh etmişdir.
Qərbi Avropanın ölkələrinin ədəbiyyatında realist poetikanın
ilk nümunələrindən olan bu əsərdə ədib, bir növ, öz
yaradıcılıq təcrübəsini ümumiləşdirmişdir. İlk sətirlərindən
o, komediyanın müasir oxucu və tamaşaçının tələblərinə
uyğun olması prinsipini irəli sürür. "Xalq qaydaları sevmir"
deyən dramaturq klassisizmin ciddi qayda-qanunları əsasın-
da yazılmış əsərlərin tamaşaçılara istənilən səviyyədə təsir
göstərmədiyini, qəhrəmanların təmtəraqlı nitqlərinin soyuq
qarşılanmasını qeyd edib kütlələrin xoşuna gəlməyi yeni
teatrın əsas tələbi sayır, Lope de Veqa ilk növbədə xalq üçün
yazır, tamaşaçıların verdiyi qiyməti hər şeydən üstün tuturdu.
Qaydaları hər şeydən üstün tutan pedant alimlərin narazılığı,
XVII əsr Qərbi Avropa ədəbiyyatı
343
etirazı, onun əsərlərinin tamaşasına gəlib gəlməməsi isə ədibi
az maraqlandırır. Dramaturq yazır: "Mənə komediya yazmaq
lazım olanda, qaydaların qapısını üç qat qıfılla bağlayıb,
Plavt və Terensini iş otağımdan qovuram." Məhz buna görə
də o, zaman və məkan vəhdəti prinsiplərini cəsarətlə pozur
və öz hərəkətini belə bir dəlillə əsaslandırır: "İspaniyanın
qızğınlığının ona dünyanın yaradılmasından qiyamət gününə
qədər olan bütün hadisələri iki saat ərzində göstərməsələr,
soyumadığını görüb mən belə deyərəm: bir halda ki, teatrda
zövq vermək lazımdır, onda bu hansı yolla əldə edilirsə-
edilsin yaxşıdır."
Lope de Veqa klassist dramaturgiyanın əsas tələb-
lərindən birinə qarşı çıxaraq göstərir ki, həyatda təbiətdə
olduğu kimi komediyanın süjetində də faciəli və komik
ünsürlərin qarışıq şəkildə təqdim və təsvir edilməsi daha
məqsədəuyğundur. Bununla da ədib yaratdığı surətlərin
canlı, təbii və mürəkkəb çıxmasına nail olmuşdur. yaratdığı
surətlər birtərəflilikdən yaxa qurtarmışdır.
Lope de Veqa pyesin pərdələrə bölünməsi, quruluşu
və ekspozisiyanın, intriqa düyününün, sonluğun əhəmiyyəti,
ayrı-ayrı rolların yazılması üslubları, səhnələrin maraqlı
qurtarması, pyesin məqsədəuyğun həcmi, tamaşaçının
diqqətini cəlb edən üsullar və sair haqqında maraqlı fikirlər
yürüdür. Dramaturqun fikrincə, intriqa pyesin beynidir.
Lope de Veqanın yaradıcılığını səciyyələndirən key-
fiyyətlərdən biri onun işıqlı və həyatsevər olmasıdır. Yazıçı
iradəli, sağlam, cəsur və qalib gələn qəhrəmanları sevir.
Onun əsərlərində müsbət surətlərin təsvirinə daha çox yer
verilir. Sevdiyi insanların surətlərini yaratmağa o, daha çox
meyllidir. Belə surətləri xalq da sevir. Buna görə də Lope de
Veqanın əsərlərində şərəf, namus və qəhrəmanlıq mövzuları
əsas yer tutur.
Dramaturqun komediyaları XVI-XVII əsrlər ispan
Afaq Yusifli İshaqlı
344
həyatının aynasıdır. Bu əsərlərdə təsvir edilən insanlar duyğu
və düşüncələrinin zənginliyi, xarakterlərinin mürəkkəbliyi,
ən çətin dəqiqələrdə belə ruhdan düşməmələri ilə seçilirlər.
Dramaturqun əsərlərində hadisələr sürətlə inkişaf etdirilir,
tez-tez bir yerdən başqa yerə köçürülür, onlarda çoxlu
surətlər iştirak edir, dil sadə olmaqla, əlvan boyaları ilə
diqqəti cəlb edir. Lope de Veqa antik müəlliflərdən də,
onların italyan təqlidçilərindən də, xalq teatrından da öyrən-
mişdir, lakin onların hamısından ən yaxşı cəhətləri, özünün
realist prinsiplərinə uyğun gələn keyfiyyətləri, işıqlı,
həyatsevər cizgiləri götürmüşdür.
Klassisist dramaturgiyanın tərəfdarları Lope de
Veqanın prinsiplərini qəbul etməsələr də, ədəbi ictimaiyyət
onun fikirlərini bəyəndi, dramaturqun pyeslərində onun
nəzəri görüşlərinin parlaq təsdiqini gördülər. İspan teatrı
Lope de Veqanın göstərdiyi və getdiyi yolla getdi.
Lope de Veqa bütün janrlarda qələmini sınayıb gözəl
əsərlər yaratsa da, onun əsas yaradıcılıq sahəsi dramaturgiya
idi. Burada da o, komediya və dini dram /auto sakramentale/
formalarından daha çox istifadə etmişdir.
Klassisist teatrdan fərqli olaraq dramaturq kome-
diyada pərdələrin sayını bir qayda olaraq üçə endirir, özünü
isə faciənin tam əksi olan, komik surətlər və komik səhnələr
göstərən bir janr olmaqdan uzaqlaşdırır. Onun komediyaları
yeri gələndə faciə, yeri gələndə qəhrəmanlıq dramı, yeri
düşəndə isə sadəcə yumor dolu komediyadır. Auto
sakramentale formasına isə o, nisbətən az müraciət etmişdir.
Onun komediyalarında canlı, hərəkətdə olan, danışan, həyə-
canlandıran parlaq bir dünya yaşayır. Bəşər tarixinin
müxtəlif dövrləri, hadisələri gəlib göz önündən keçir.
Ədibin seçilmiş əsərlərinə yazdığı müqəddimədə
K.Derjavin Lope de Veqa yaradıcılığının bir sıra
xüsusiyyətlərini doğru səciyyələndirərək yazmışdır: "Onun
Dostları ilə paylaş: |