Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə109/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
333 
eyhamlar, intellektual tapmacalar yolu ilə ifadə olunur. 
Kevedo  nəsr  əsərlərində  konseptizmlərdən  sıx-sıx 
istifadə  edir.  Məsələn,  yazıçı  ac  adamın  dişsiz  ağzını  təsvir 
etmək  istərkən  yazır:  "dişləri  işsizliyə  və  boş-boş 
veyllənməyə  görə  sürgün  edilmişdir",  heç  bir  ləzzəti,  dadı 
olmayan  pəhriz  bulyonu  Nərgizin  öz  əksini  gördüyü  saf 
çeşmə  suyuna  oxşadılmışdır.  "Bütün  adamlar  cidaya 
oxşayırdılar,  həm  də  elə  bil  ki,  onların  üzlərinə  aşındırıcı 
sirkə turşusu sürtmüşdür." "Bədənin aşağı hissəsi iki uzun və 
yastı ayağı olan çəngələ,  yaxud kompasa oxşayırdı." "Onun 
saqqalı  qonşu  ağızın  qorxusundan  rəngini  itirmişdi,  çünki 
adama  elə  gəlirdi  ki,  o,  aclıqdan  əzab  çəkdiyi  üçün  onu 
yeməklə  hədələyir."  Bütün  bu  bənzətmələr  konseptizm 
ruhunda yaradılmışdır. 
Kevedonun nəsri əqli səciyyə daşıdığından oxucunun 
hiss  və  duyğuları  deyil,  ağlına  xitabən  yazıldığından  onda 
lirik,  hissi,  emosional  cizgilər  zəifdir.  Buna  görə  də  onun 
gözlənilməz bənzətmələri və söz oyunları, ən uzaq hadisələri 
yaxınlaşdırmaq,  bənzətmək  cəhdləri  tamamilə  yerinə  düşür. 
O, laqeyd bir təsvirçi, qayğısız-qayğısız nöqsanlara gülən, öz 
baxışlarını zorla qəbul etdirməyə çalışmayan bir yazıçı kimi 
hərəkət  edir.  Onun  satirik  hücumlarında  güclü  bir  kədər  və 
ümidsizlik  duyulur.  "Hər  şey  və  bir  çox  başqa  şeylər 
haqqında  kitab"  əsərində  müəllif  həmin  kədər  ümidsizliyi 
dərin  intellektual  söz  oyunları  vasitəsilə  ifadə  edir. 
"Sevilmək  üçün  nə  etmək  lazımdır?"  sualına  Kevedo  belə 
bədbin bir cavab qaytarır: "Borc ver və geri istəmə, bağışla, 
qonaq  et,  qulluq  göstər,  sus,  səni  aldatmağa  imkan ver,  döz, 
iztirab çək." "İnsanlara sənin arzunu yerinə yetirmək üçün nə 
lazımdır?"  sualına  isə  yazıçı  belə  cavab  verir:  "Onlardan 
xahiş et ki, hər nəyin varsa, əlindən alsınlar, onlar həvəslə bu 
işi  edəcəklər."  "Heç  vaxt  başı  ağarmamaq  və  qocalmamaq 
üçün uşaqkən, yaxud anadan olan kimi öl." Kevedonun əsər-


Afaq Yusifli İshaqlı 
 
 
334 
lərindəki bu tipli qeydləri nəzərə alaraq onu mizantrop yazıçı 
adlandırırlar. 
Onun  insan  eybəcərliklərinə  kəskin  tənqidi  müna-
sibətini  yazıçının  insanlara  nifrətlə  yanaşmasının  təzahürü 
kimi  qiymətləndirirlər.  Lakin  diqqətlə  yanaşılsa,  onun 
mizantropluğunun kədərli, ümidsiz bir humanizmin nəticəsi, 
ifadəsi olduğu aydınlaşır. 
Kevedonun  yaradıcılığı  sonrakı  dövr  Avropa  ya-
zıçılarının  yaradıcılığına  müəyyən  təsir  göstərmişdir.  Lesaj 
özünün  "Jil  Blaz"ını  yazarkən,  heç  şübhəsiz  ki,  onun 
"Seqoviyalı Don Pablo"sundan təsirlənmişdir. 
 
QEVARA  /1579-1644/.  XVII  əsr  ispan  nəsrində 
konseptizmə  meyl  edən  yazıçılardan  biri  də  Luis  Veles  de 
Qevaradır.  Qevara  daha  çox  1642-ci  ildə  çap  olunmuş 
"Axsaq  şeytan"  romanı  ilə  məşhurdur.  Romanın  qəhrəmanı 
tələbə  Kleofasdır.  O,  bir  dəfə  təqibdən  yaxasını  qurtarmaq 
üçün qaçdığı vaxt bir evin damında münəccimin kolbada əsir 
etdiyi  şeytan  Asmodeyi  azad  edir.  Bu  xırdalıqlar  iblisi, 
cəhənnəm  birəsi,  dedi-qodular,  kələkbaz  fırıldaqçılarla 
məşğul  olan  şeytan  Kleofasa  minnətdarlıq  əlaməti  olaraq 
Madridin  sirlərini  açıb  ona  göstərir.  Asmodeyin  köməyi  ilə 
Kleofas  divarlar  arxasında  baş  verən  gizli  hadisələrin, 
dəhşətli  insan  həyatı  mənzərələrinin  şahidi  olur.  Belə  bir 
üsuldan  istifadə  edən  yazıçı  müasir  cəmiyyətin  satirik 
surətlər  qalereyasını  yaradır.  XVIII  əsrin  başlanğıcında  bu 
süjet İspaniyadan Fransaya keçir. Lesaj onu yenidən işləyir. 
Təsvir  edilən  hadisələr  və  yaradılan  surətlər  oxşar 
olsa  da,  Lesajın  yazı  üslubu  Qevaradan  fərqlənir.  Lesaj 
hadisələri  sadəlövh  bir  yumorla  qələmə  alırsa,  Qevara  bir 
konseptist  kimi  incə  hazırcavablıq  üsullarına  müraciət  edir, 
oxucunun  diqqətini  addımbaşı  hadisələri  şərh  etməyin  incə 
formasına  yönəldir.  "Qoy  müqayisənin  oynaqlığına  görə 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
335 
məni  bağışlasınlar",  "bizim  metaforaya  heyran  olmağı  tələb 
etmirik"  kimi  cümlələr  tez-tez  təhkiyəni  kəsir.  Oxucu  bir 
tərəfdən  hadisələrin  gedişini,  qəhrəmanların  hərəkətlərini 
izləyirsə,  digər  tərəfdən  diqqətini  təhkiyəçilikdən  ayıra  bil-
mir. 
Yazıçı  gah  birbaşa  müraciətləri,  xitabları  ilə,  gözlə-
nilməz incə metaforaları ilə oxucunu heyran edir, əfsunlayır. 
Yazıçının  fikrincə,  ölüm  əhdnaməsini  ancaq  sadəcə  olaraq 
ölüm  yox,  "ölüm  vikarisi"  axirət  hakimi  poza  bilər.  Burada 
saxta küçə gözəlçəsi "saxta pul", kabalyero "plaşlı və qılınclı 
gəmi",  hakimlər  isə  "ədalət  pişikləri"  adlandırılır.  Belə  bir 
yazı üslubunun da özünəməxsus gözəlliyi, üstünlüyü vardır. 
 
BALTASAR  QRASİAN  /1601-1658/.  İspaniyada 
barokkonun  ən  böyük  nasirlərindən  və  nəzəriyyəçilərindən 
biri  Baltasar  Qrasian  olmuşdur.  O,  Belmontda  həkim 
ailəsində doğulmuşdur. Uşaqlığı yoxsulluq içində keçmişdir. 
Qohumlarının köməyilə yezuit kollecində oxumuş, fəlsəfə və 
qrammatikanı  öyrənmiş,  Saraqossa  universitetində  isə 
ilahiyyat  elmləri  ilə  tanış  olmuşdur.  1627-ci  ildə  Kallatude 
şəhər  kollecinə  qayıdıb  orada  qrammatika  və  ritorika  üzrə 
müəllim  işləyir.  1636-cı  ildə  Ueska  şəhərinə  dəyişilən 
Qrasian burada ədəbiyyat və incəsənət həvəskarları mühitinə 
düşür, yazıçı kimi  formalaşır. Zadəgan don Vinsensio Xuan 
da  Lastanossanın  ədəbi  məclisləri,  zəngin  kitabxanası  onun 
dünyəvi  meyllərini  gücləndirir.  Yezuit  ordeninin  rəhbərliyi 
onun  dünyəvi  meyllərini,  ədəbi  fəaliyyətini  xoşlamırlar. 
"Qəhrəman"  əsərinin  1637-ci  ildə  ordendən  icazəsiz  çap 
olunması isə ən ağır bir günah kimi qarşılanır. Onun hersoq 
de  Noçeranın  yanında  işləməsi,  Terraqona  və  Leridada 
müharibənin  dəhşətləri  ilə  üz-üzə  gəlməsi  həyat  təcrübəsini 
zənginləşdirir. 1651-ci ildə Qrasian Saraqossa universitetində 
müqəddəs  yazılar  kafedrasının  rəisi  təyin  olunur.  Qrasian 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə