XVII əsr Qərbi Avropa ədəbiyyatı
321
dalğalanan, qəddar nərlərlə hayqıran şər, eybəcərlik, böhtan,
xəyanət dəryasına uzaqdan tamaşa edir, qorxmur, narahat
olmur. Lakin bu şər dünyası qəhrəmanı yenə də rahat
buraxmır, onu yeni-yeni imtahanlara çəkir.
Onun atasının ölümünün baisi don Xuan saray
adamları ilə birlikdə Seqoviyaya gəlib çıxır. Don Xuan
burada Fernandonun sevgilisi Teodoranı görür və ona
vurulur.
Lope de Veqa kimi Alarkon da təsvir etdiyi adamları
bir tərəfli göstərmir. O cümlədən don Xuan özü də onun
təqdimində müəyyən müsbət cizgilərə də malikdir. O, cani
yox, bağlı olduğu mühitin pozduğu, eybəcərləşdirdiyi bir
adamdır. Pyesin sonunda baş verən cinayətdə iştirakı atasının
təhriki ilə əlaqələndirilməsi özü də bu cəhəti aydın göstərir.
Alarkon onun atasının da müəyyən insani cizgilərə yad
olmadığını göstərir. Oğluna nəsihət verəndə onu cəsarətli və
nəcib qəlbli bir insan olmağa sövq edir. "Kim ki, cəsur və nə-
cib qəlblidir, o, kral və şərəf-namus uğrunda qılıncını tez
qından çıxarar." Dramaturq mənfi surətləri ancaq mənfi
cizgilərlə göstərməyin əleyhinədir. Realist prinsiplərə əməl
edən ədib yaratdığı surətləri həyatda olduğu kimi mürəkkəb
və ziddiyyətli səciyyəyə malik adamlar kimi əks etdirir. Qraf
don Xuan bir tərəfdən dövlət işləri ilə maraqlanmayan,
ərəblərin hücumundan narahat olmayan, borc, şərəf işini
yerinə yetirməkdənsə, öz sevgisi, eyş-işrəti haqqında
düşünən bir adamdırsa, o biri tərəfdən Teodora və
Fernandonun yaşadığı daxmanın qarşısında özünü ehtiram və
cəsarətlə aparır. Finlo onun bu davranışını görüb təəccüb-
lənir, qrafın yoxsul bir qıza bu qədər ehtiram göstərməsini
ona yaraşmayan bir hərəkət kimi pisləyir. Don Xuanın
dostuna verdiyi cavab onun qəlbində nəcib insani duyğuların
da olduğunu bir daha sübut edir:
Afaq Yusifli İshaqlı
322
Sevgidə, görürəm, sən nabələdsən,
Elə ki, hislərlə üstələnirik,
Xəyala, arzuya vuruluruq biz.
Sevib özümüzə şübhələnirik.
Finlo, ucqarda bu kiçik koma
Mənə bir saraydır, o bakir sənəm
Bir kraliçadır gözümdə hər dəm.
Qorxuram beləcə toxunmaqla mən,
Bu təmiz qapını ləkələməkdən.
Lakin elə məqamlar da olur ki, biz qraf don Xuanın
bu təmiz qapını ləkələmək istədiyinin şahidi oluruq. O, Finlo
ilə birlikdə toxucunun evinə soxulanda məhz alçaq
məqsədlər izləyir, Teodoraya sahib olmaq niyyətini yerinə
yetirmək istəyirdi. Toxucu Pedro Alonso adı ilə yaşayan
Fernando cəsarətlə özünü və sevgilisini müdafiə edir. Ona
şillə vuranda o, qeyzə gələrək ağaların iki nökərini öldürür,
özlərini isə biabırçı bir şəkildə evdən qovur. Don Xuanın
hərəkəti pyesdə korluq, xalqı qəzəbləndirən bir hərəkət kimi
qiymətləndirilir. Toxucunun hərəkəti, zadəganlarla cəsarətlə
davranması güclü siyasi mahiyyət alır. Lakin Alarkonu
tamamilə demokratik ruhlu bir yazıçı kimi qiymətləndirmək
doğru olmazdı. O öz mühitinin, sinfinin oğlu olaraq qalır.
Fernandonun cəsarəti, ləyaqəti xalq kütlələrinin yox,
zadəgan dairələrinin cəsarəti və ləyaqəti kimi nəzər çatdırılır,
onun zadəgan mənşəyi ilə əlaqələndirilir.
Pyesin ən mühüm səhnələrindən biri Fernandonun
həbsə alındığı səhnədir. Onu edam gözləyir. Lakin burada da
ümidini itirmir, öz qələbəsinə inanır. Teodoranın onu xilas
etmək xatirinə don Xuanın yanına getmək istəyini eşidəndə
isə qısqanclıq və qəzəb alovları ilə alışıb yanır. Özünün xilası
yox, əgər Teodora onun düşməninin yanına gedərsə, hətta
adını belə çəkərsə, onu tikə-tikə doğramaqla hədələyir.
XVII əsr Qərbi Avropa ədəbiyyatı
323
Bununla bərabər o, həbsdən dəhşətli, cəsarət və
mərdlik tələb edən bir üsulla xilas olur. Yoldaşlarından xahiş
edir ki, qılınc zərbəsilə vurub onun başını yarsınlar, bu yolla
o, həbsxana xəstəxanasına düşər və oradan qaçar. Hər şey
onun dediyi kimi olur. Əlindəki qandalları açmaq lazım
gələndə isə o özünün iki barmağını dişləyib qoparır. Onun
cəsarəti, mərdliyi, əzmi, iradəsi insanı heyran edir.
Bundan sonra biz Fernandonu quldurlar dəstəsində
görürük, realist bir yazıçı olan Alarkon onu bir quldur kimi
idealizə etmir, romantikləşdirmir. Qəddar, zalım bir adam
kimi verir. O, təhlükə qarşısında cəsarət göstərər yoldaşına
belə aman vermir, hər hansı ehtiyatsız bir yolçu görəndə onu
soymaq imkanını əldən buraxmır.
Fernandonun quldurluq həyatını təsvir edərkən Alar-
kon yenə də real həyat faktlarından çıxış etmişdir. Onun
dövründə İspaniya quldur dəstələri ilə dolu idi. Dramaturq
bu quldurların həyatını, hərəkətlərini doğru əks etdirdiyi
kimi onların əmələgəlmə yolunu da doğru müəyyənləşdirir.
Ancaq ədalətsizliyin insanları bu yola gətirib çıxardığını
təsdiq edir. Pyesdə cərəyan edən hadisələrdə də biz
Fernandonu cəsur, nikbin, öz qələbəsinə inanan bir adam
görürük. Don Fernando həqiqətən də öz düşmənini onun
yataq otağında təkbətək döyüşdə öldürür.
Pyesin ən maraqlı surətlərindən biri təlxək Çiçondur.
O, qorxaq, hiyləgər, çevik bir adamdır. Kiçik bir qazanca
tamah salıb ən yaxın dostunu sata bilər. Həyat onu o qədər də
əzizləməmişdir. Lakin ən böyük müsibətlər içərisində olduğu
vaxtlarda o, şənliyini itirmir, zarafatından qalmır.
Çiçon küçədə böyümüşdür, həyatın qəddar və
amansız üzünü görüb həqiqətə inamını itirmişdir. Nəcib
görkəm arxasında gizlənən xudbin məqsədlər ona yaxşı
tanışdır. O, gah filosofluq edir, Kalvinin sözlərindəki
səhvlərdən danışır, gah qonqorizm üslubunda parlaq, incə
Dostları ilə paylaş: |