Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə106/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   126

Afaq Yusifli İshaqlı 
 
 
324 
bənzətmələr işlədir. Miyançılıq haqqını alanda  bu hadisənin 
nəticəsini  "bağlanmış  qızıl  açar"  adlandırır.  Atasının 
yanından  qaçanda  qışqıraraq  ona  "həbsxana  darağacının 
yanında  görüş"  vəd  edir.  Bütün  bu  və  digər  gözlənilməz 
bənzətmələr  onun  nitqini  qonqorizm,  yaxud  kulteranizm 
adlanan  bədii  üsluba  yaxınlaşdırır.  Lakin  Alarkon  burada 
həmin  üslubdan  daha  çox  gülüş  doğurmaq  üçün 
faydalanmışdır. 
Don  Fernando  öz  rəqibi,  düşməni  don  Xuanı 
öldürəndə  ciddiliyi,  amansızlığı  ilə  tamaşaçını  heyrətə  salır, 
həyəcanlandırır. Elə bu vaxt taxtın altından çıxan Çiçon don 
Xuanın  meyiti  üzərində  məzəli  bir  tərzdə  sızıldamağa 
başlayır,  həmin  meyitlə  bir  yerdə  bağlı  qapı  arxasında 
qalmağının  xoşa  gəlməz  olduğunu  söyləyir.  Tamaşaçı  istər-
istəməz  gülməyə  başlayır.  Faciə  ilə  gülüş  bir-birinə  qarışır. 
Alarkon  həyatda  olduğu  kimi  zidd,  bir-birinə  əks  hadisələri 
bir yerdə təqdim edərək Lope de Veqa üslubuna sadiq qalır. 
Alarkonun komediyalarının dili əzəmətli və əlvandır. 
Onun 
qəhrəmanlarının  danışıqları  da  mübaliğəlidir, 
gerçəkliyin  fövqündə  durur,  lakin  bu  cəhət  dramaturqun 
əsərinin realist xarakterinə zidd deyildir. Alarkon pyeslərinin 
dili  üzərində  Qonqoranın  dilinin  təsiri  də  aydınca  hiss 
olunur. 
Alarkon  yeni  Avropa  ədəbiyyatında,  hər  şeydən 
əvvəl,  xarakterlər  komediyasının  yaradıcısı  kimi  tanınır.  İlk 
nümunələri antik Yunanıstanda Menandr tərəfindən yaradılan 
xarakterlər  komediyası  Roma  ədəbiyyatında  Plavt  və 
Terensinin  yaradıcılığında  yeni  zirvələr  fəth  edir.  Xristian 
kilsəsinin  təqibləri  nəticəsində  teatr  uzun  müddət  susur. 
Lakin  çoxəsrlik  fasilədən  ispan  teatrı  yenidən  canlanır.  Bu 
yenidən  canlanma  dövründə  ilk  xarakterlər  komediyasını 
Alarkon  yaradır.  Bu  yolda  onun  atdığı  ilk  addımlardan  biri 
"Şübhəli  həqiqət"  komediyasının  yaradılmasıdır.  Komediya 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
325 
yalançılığın ifşasına həsr edilmişdir. 
Əsərin  qəhrəmanı  don  Qarsiya  yalançıdır.  O  hər 
addımbaşı  lazımlı-lazımsız  yalan  danışır.  Həm  də  öz 
yalanlarını elə məharətlə uydurur, elə təbii, canlı danışır, elə 
istedadla onu həqiqət kimi təqdim edir ki, adamları inandıra 
bilir.  Onun  yalanları  həqiqətə  uyğundur,  inandırıcıdır.  Get-
gedə don Qarsiya öz yalanları içərisində dolaşıb qalır. 
Ömründə  tək  bircə  dəfə  o,  doğru  söz  danışır,  lakin 
həmin  vaxt  onu  yalançılıqda  ittiham  edirlər.  O,  doğru  sözü, 
həqiqəti  inandırıcı  şəkildə  söyləməyi  yadırğamışdır.  Bu 
qəribə  uğursuzluqdan  don  Qarsiya  belə  nəticə  çıxarır: 
"Əfsus!  Həqiqətin  qiyməti  necə  də  azmış!"  Onun  nökəri  isə 
müəllif  mövqeyini  aydınlaşdıraraq  əlavə  edir:  "Yalançının 
dilində." 
Fransız  dramaturqu  Kornel  bu  əsər  əsasında  özünün 
"Yalançı"  komediyasını  yazmış  və  bununla  da  xarakterlər 
komediyasının  əsasını  qoymuşdur.  Sonralar  Molyer  etiraf 
etmişdir ki, əgər Kornelin "Yalançı"sı olmasaydı, o, heç vaxt 
"Mizantrop"u yaratmazdı. 
 
TİRSO de MOLİNA /1571-1648/. Lope de Veqanın 
dramatik  ənənələrini  davam  etdirən  görkəmli  ispan 
dramaturqlarından ən məşhuru Tirso de Molina təxəllüsü ilə 
yazıb  yaradan  Qabriel  Tellesdir.  Tirso  de  Molina  rahib  və 
mənsub  olduğu  ordenin  tarixçisi  idi.  Buna  baxmayaraq  o, 
dini  pyeslərlə  yanaşı  şən,  həyatsevər  komediyalar  da 
yazmışdır. Ədib özünü Lope de Veqanın şagirdi adlandırmış, 
bununla  fəxr  etmişdir.  Lakin  Tirso  de  Molinanın 
yaradıcılığında  artıq  ispan  dramaturgiyasının  yeni  inkişaf 
mərhələsinin cizgiləri müşahidə olunur. Xristian tövbəkarlığı 
mövzusu onu Lope de Veqadan çox Kalderona yaxınlaşdırır. 
Eyş-işrət  və  həzzin  günah  olması  mövzusu  artıq  özlüyündə 
dramaturqun  intibah  dünyagörüşündən  imtina  etdiyini,  orta 


Afaq Yusifli İshaqlı 
 
 
326 
əsrlər  teatrının  ideya  mövqelərinə  qayıtdığını  təsdiq  edirdi. 
Tirso  de  Molina  Lope  de  Veqanın  komediyaya  estetik  həzz 
mənbəyi  kimi  baxmaq  ənənəsindən  də  uzaqlaşır,  dini 
öyüdçülük,  nəsihətçilik  mövqelərinə  qayıdır.  Əlbəttə,  Tirso 
de  Molinanın  yaradıcılığında  xristian  moizəçiliyi  ruhu 
birdən-birə  əmələ  gəlmir.  Onun  ilk  komediyalarında 
məharətlə  qurulmuş  intriqalar,  səhvlər,  paltar  dəyişmələrlə 
birlikdə  əsl  intibah  həyatsevərliyi,  şən  əhval-ruhiyyə 
hakimdir.  Tirso  de  Molina  dörd  yüzə  qədər  komediya 
yazmışdır.  Bunlardan  ancaq  səksən  altı  əsər  qalmışdır.  Bu 
səksən  altı  əsərdən  beşi  auto  sakramentale  formasında 
yazılmışdır. Auto sakramentale pasxa günlərində İspaniyanın 
şəhər  meydanlarında  ifa  olunmaq  üçün  nəzərdə  tutulan  və 
bibliya  əfsanələri  mövzularında  yazılan  birpərdəli  dini  pyes 
formasıdır. 
Lope de Veqa kimi Tirso de Molinanın yaradıcılığı da 
ziddiyyətlidir.  Bununla  bərabər  o,  həm  də  dini  fəlsəfi  dram 
janrının  ilk  nümunələrini  yaratmaqla  Kalderon  üçün  zəmin 
hazırlamışdır. Dramaturqu bütün dünyada tanıtdıran "Sevilya 
dəcəli,  yaxud  daş  qonaq"  komediyası  da  həmin  qrupa  daxil 
olan  əsərlərdəndir.  Tirso  de  Molina  1630-cu  ildə  yazdığı  bu 
komediyada  Don  Juan  haqqındakı  əfsanəni  ilk  dəfə  yazılı 
ədəbiyyata  gətirmiş,  bu  süjeti  sonralar  işləyən  Molyer, 
Merime,  Puşkin,  Bayron,  A.K.Tolstoy,  M.İbrahimov  və 
başqaları üçün bir mənbə rolunu oynamışdır. 
Don  Juan  mövzusunun  dünya  ədəbiyyatında  belə 
geniş  yayılmasının  bir  çox  səbəbləri  var  idi.  Hər  şeydən 
əvvəl,  bu  mövzu  insan  həyatının  ən  mühüm  və  mürəkkəb 
məsələlərindən daha dərindən maraqlanmağa və ciddi söhbət 
aparmağa imkan verirdi. Maddi aləm və din, əxlaqi normalar 
və  xudbin  arzuların,  istəklərin  hüdudsuzluğu,  sevgi  və 
ehtiras kimi məqsədlərdən danışmaq üçün Don Juan əfsanəsi 
əlverişli material verirdi. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə