Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə107/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
327 
Tirso de Molinanın belə bir mövzuya müraciət etməsi 
bir  tərəfdən  Lope  de  Veqanın  irsi  ilə  bağlı  idi.  Lope  de 
Veqanın  əsərlərində  ispan  hakim  dairələrinin  əxlaqi 
düşkünlüyü dönə-dönə tənqid edilmişdir. Tirso de Molina da 
Don 
Juan 
surətini  yaratmaqla  düşkünləşmiş  ispan 
zadəganlığının  qadın  dalınca  qaçmaq  ehtirasının  adi  bir 
idmana  çevrildiyinə  etirazını  bildirmişdir.  Tirso  de  Molina 
ölmüş  adamın  heykəlini  qonaq  çağırıb,  bu  cəsarətinə  görə 
həyatını  qurban  verən  Don  Juanı  əsərinə  qəhrəman  seçmiş, 
qadınları  vicdansızcasına  aldadaraq  yoldan  çıxaran  əxlaqsız 
bir zadəgan surəti yaratmışdır. 
Don  Juan  öz  dostunun  nişanlısı  Donya  Annanın 
sevgisindən  ləzzət  almaq  üçün  onun  görkəmini  qəbul  edib 
qızın  yanına  gəlir.  Burada  o,  qızın  atası  komandorla 
qarşılaşır  və  onu  öldürür.  Bu  vaxta  qədər  bir  çox  qadınları 
yoldan  çıxaran  Don  Juan  istehza  ilə  öldürdüyü  komandorun 
heykəlini şam yeməyinə çağırır. Sonra komandorun dəvətini 
qəbul edib komandorun basdırıldığı kilsəyə gedir. Burada yer 
yarılır və o, cəhənnəmə yuvarlanır. 
Tirso  de  Molinanın  qəhrəmanı  hələ  ibtidai  səciyyə 
daşıyır.  O,  qadınları  şəxsi  cazibəsinin  hesabına  yoldan 
çıxarmır,  daha  kobud  vasitələrə  əl  atır.  Aristokrat  qadınları 
müxtəlif  üsullarla  aldadırsa,  sadə  xalq  qızlarını  onlara 
evlənəcəyini  və  onları  kübar  xanımına  çevirəcəyini  vəd 
etməklə istəklərinə tabe edir. Eyni zamanda o, həyatsevərliyi, 
tükənməz  enerjisi,  qeyri-adi  cəsarəti  ilə  insanı  heyran  edir. 
Müəllif  öz  qəhrəmanını  bu  baxımdan  ittiham  etsə  də,  onu 
cəzbedici  cizgilərlə  göstərir.  Heykəlin  gəlişindən  sonra 
soyuq  tər  basan  Don  Juan  tezcə  özünü  ələ  alır  və  deyir: 
"Bütün  bunlar  ancaq  xəyalın  oyunudur.  Rədd  olsun  axmaq 
qorxaqlıq!.. Qəlbi, gücü, ağlı olan canlı bədənlərdən qorxma-
yan  mənmi,  mənmi  ölümdən  qorxmalıyam?  Bir  halda  ki, 
mən dəvət olunmuşam, sabah kilsəyə gedəcəyəm, qoy bütün 


Afaq Yusifli İshaqlı 
 
 
328 
Seviliya mənim qorxu bilməz şücaətimə heyran qalsın." 
Don Juan Tirso de Molinanın təsvirində heç də dinsiz 
və  allahsız  deyildir.  O  hələ  belə  güman  edir  ki,  düzəlməyə 
vaxtı  var,  ona  qədər  həyatdan  zövq  almaq,  kef  görmək 
fikrindədir.  Nə  nökəri  Katalinonun,  nə  də  başqalarının 
öyüdləri  ona  kar  edir.  Ölüm  onu  qəfildən  yaxalayan  vaxt, 
heykələ  qışqırıb  keşiş  çağırmaq,  günahlardan  təmizlənmək 
istədiyini  bildirsə  də,  buna  imkan  tapmır,  tövbə  etməmiş 
məhv olur. Tirso de Molina öz qəhrəmanını haqq məhkəməsi 
ilə cəzalandırır. Orta əsrlər klerikal teatrının yolu ilə gedərək 
günaha görə cəzalandırmaq prinsipini əsas götürür. 
Dramaturq dönə-dönə qeyd edir və nəzərə çatdırır ki, 
peşman  olmaq,  tövbə  etmək  üçün  vaxt  həmişə  azdır.  "Hələ 
qarşımda  vaxt  çoxdur"  deyirsə,  səhv  edir.  Don  Juan  ölü  ilə 
şam  edərkən  eyni  məzmunlu  axirət  nəğməsi  səslənir.  Bu 
yolla  Tirso  de  Molina  tövbəyə,  özünü  hər  şeydən  məhrum 
etməyə çağırır. Kim bilir ölüm nə vaxt gələcək, ona görə hər 
vaxt  canını  axirətə  tapşırmağa  hazır  ol,  sabahkı  günün 
qorxusu  ilə  özünə  əzab  ver.  Müəllif  əsər  boyu  oxucunu 
allahın  cəzası  ilə  qorxudur.  "Allahın  möcüzələrinin  ölçüsü 
yoxdur"  deyərək  hər  yerdə  insanı  ilahinin  qüdrəti  ilə 
hədələyir. 
Bir cəhəti də mütləq qeyd etmək lazımdır ki, Tirso de 
Molinanın  əsərində  barokko  cərəyanına  bağlılıq  da  aydınca 
hiss  olunur.  Xüsusilə,  son  səhnədə  dəhşətli  səhnələrin 
təsvirinə olan xəstə meyl özünü aydın büruzə verir. Buradakı 
axirət  kabusları  və  iyrənc  naturalist  səhnələr  bu  cəhəti  bir 
daha təsdiqləməkdədir. 
Tirso  de  Molina  eyni  zamanda  bir  sıra  şən  kome-
diyalar  da  yaratmışdır.  A.A.Smirnov  yazır:  "İntriqa  ustası 
kimi o, Lope de Veqadan geri qalmır, xarakterlərin işlənməsi 
baxımından  isə  çox  vaxt  onu  ötür.  Onun  pyeslərində 
kişilərdən  daha  üstün  görünən  qadın  surətlərinin 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
329 
yaradılmasında  o  daha  çox  müvəffəq  olur.  Onun  qadın 
qəhrəmanları  böyük  ehtirası,  nadir  enerjisi,  təşəbbüskarlığı, 
tədbirliliyi,  öz  hüququnu  müdafiə  etmək  və  öz  səadətini 
qoruya  bilmək  bacarığı  ilə  seçilirlər."  Doğrudan  da,  ədibin 
"Yaşıl  şalvarlı  Don  Xil",  "Mömin  Marta"    və  başqa 
komediyalarında  təsvir  edilən  qadın  surətləri  öz  güclü 
xarakterləri,  döyüşkənlikləri,  cəsarətləri  ilə  seçilirlər.  "Yaşıl 
şalvarlı  Don  Xil"  komediyasında  Donya  Xuana  kişi  paltarı 
geyir və ağıllı tədbiri ilə istədiyi adamla ailə həyatı qurmağa 
nail  olur.  Haqlı  olaraq,  bir  çox  ispan  ədəbiyyatı 
mütəxəssisləri  bu  əsəri  bütün  ispan  və  hətta  Avropa 
ədəbiyyatında  ən  yüksək  ustalıqla  yaradılmış  intriqa 
komediyası sayırlar. 
Tirso de Molinanın  yaradıcılığındakı bu mürəkkəblik 
və  ziddiyyət  onun  yaşadığı  dövrün  mürəkkəblik  və 
ziddiyyətləri  ilə  bağlıdır.  İspaniyada  dövrün  ən  qabaqcıl  və 
istedadlı adamlarında həmin ziddiyyətləri müxtəlif şəkillərdə 
müşahidə etmək mümkündür. 
 
FRANSİSKO  KEVEDO  /1580-1645/.  XVII  əsr  is-
pan  ədəbiyyatında  bədii  nəsrin  ən  görkəmli  nümayəndəsi 
Fransisko  Qomes  de  Kevedodur.  O,  zadəgan  ailəsindən 
çıxmış,  dəfələrlə  yüksək  dövlət  vəzifələrində  çalışmış,  o 
cümlədən  bir  müddət  maliyyə  naziri  olmuşdur.  Güclü 
enerjiyə  malik  olan  Kevedo,  həm  də  ipə-sapa  yatmayan  bir 
şəxs  idi.  Gözünün  zəif  görməsinə,  bir  ayağının  şikəst 
olmasına baxmayaraq ən dalaşqan bir adam kimi tanınmışdır. 
Ən  kiçik  bir  səbəb  üstündə  qılıncını  qınından  çıxarar,  duel 
tələb  edərdi.  Bir  dəfə  qəfəsdən  çıxmış  bəbir  onun  üzərinə 
atılır, Kevedo onu öldürür. 
Kevedo  məhsuldar  bir  yazıçı  idi.  O,  şeir  və  nəsr 
formalarından  eyni  məharətlə  istifadə  edirdi.  Ədib  öz 
satiralarında  yezuitləri,  saray  və  saray  əyanlarını,  acgöz 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə