Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə103/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
315 
"Ümid sübhü aparır, gözləmir zaman ancaq: 
Xeyir dağlar dalında, ölüm qapıdadır, bax!" 
 
Belə bir kədər, ümidsizlik zamanın doğurduğu əhval-
ruhiyyə  idi.  Süqut,  tənəzzül  dövrünün  doğurduğu  bədbinlik 
idi.  Qonqora  ilk  dəfə  ispan  ədəbiyyatında  bu  süqutu  görən, 
onu  yeni,  orijinal  poetik  forma  ilə  əks  etdirən  qüdrətli, 
yenilikçi  bir  şair  olmuşdur.  Klassistlərin,  Lope  de  Veqa  və 
Kevedonun  hücumlarına baxmayaraq  qonqorizm  XVII  əsrin 
ədəbiyyatına güclü təsir göstərmiş, hətta onun düşmənləri də 
bu təsirdən yaxa qurtara bilməmişlər. Kalderonun yaradıcılı-
ğında bu ədəbi cərəyanın təsiri daha güclü olmuşdur. 
Qonqora  şüurlu  şəkildə  yaradıcılıq  işi  aparan,  nə 
istədiyini  çox  gözəl  bilən,  öz  poetik  sistemini  nəzəri 
cəhətdən  əsaslandırmağı  bacaran  bir  sənətkar  idi.  1613-cü 
ildə öz "Tənhalıqlar" poemasını bitirib Kordovadan Madridə 
göndərəndə  onu  başa  düşməmiş  və  etirazla  qarşılamışlar. 
Anonim  rəyçinin  poemanın  dili  haqqındakı  kəskin  tənqidi 
qeydlərinə  cavab  olaraq  şair  yazırdı  ki,  o,  ümumişlək  ispan 
dilinə  kamillik  və  mürəkkəblik  verib,  onu  nəsr  dilindən 
fərqlənən  qəhrəmanlıq  dilinə  yaxınlaşdırmaq  istəmişdir. 
İfadələrin  tam  aydın  olmaması,  qaranlıq  qalması  oxucunu 
düşünməyə,  şairlə  fəal  yaradıcılıq  əməkdaşlığına  yönəldir. 
Adi, adət olunmuş, hamının işlətdiyi söz və ifadələr oxucunu 
hərəkətə gətirmir, dumanlılıq isə onu fəallaşdırır, düşündürür, 
aydın  olmayanı  aydınlaşdırmağa  çağırır.  Gördüyümüz  kimi, 
Qonqora  mürəkkəblikdən,  fikrin  aydın  olmamasından  şeirin 
estetik təsir gücünü artırmaq məqsədilə istifadə edir. 
Qonqora  fikrinin  genişliyi,  maraq  dairəsinin  rənga-
rəngliyi,  mədəni  səviyyəsinin  zənginliyi  ilə  seçilən  bir 
şairdir,  onun  şeirlərində  coşqun  lirizmlə  öldürücü  sarkazm, 
xalq  romanserolarını  xatırladan  aydın  ahəngdar  şeirlərlə 
"Tənhalıqlar"  poemasının  rəmzi,  eyhamlı  obrazlılığı  bir 


Afaq Yusifli İshaqlı 
 
 
316 
vəhdət  halındadır.  Qonqora  İspaniyada  barokko  üslubi 
cərəyanının  banisi  kimi  tanınır.  Onun  şeir  dilinin, 
obrazlarının  yeniliyi  İspaniyanın  və  Latın  Amerikasının  bir 
çox sənətkarlarının diqqətini cəlb etmiş, Ruben Dario, Pablo 
Neruda kimi şairlərə də təsir göstərmişdir. 
 
GİLYEN  de  KASTRO  /1569-1631/.  Lope  de  Veqa 
dramaturgiyasının  humanist  ənənələri  ilə  bağlı  olan 
dramaturqlar arasında Gilyen de Kastro özünəməxsus şərəfli 
bir  yer  tutur.  O  daha  çox  İspaniyanın  qəhrəmanı  olan  Sid 
haqqında  dramatik  xronikası  ilə  məşhurdur.  Həmin 
xronikanın  "Sidin  gəncliyi"  adlandırılan  birinci  hissəsi 
sonralar  Kornel  tərəfindən  yenidən  işlənmiş  və  fransız 
klassist  janrının  tarixində  yeni  səhifə  açmışdır.  Əlbəttə,  bir 
həqiqəti  heç  vaxt  unutmaq  olmaz  ki,  Kastronun  əsəri  ilə 
Kornelin  "Sid"i  arasında  o  qədər  də  ciddi  yaxınlıq  yoxdur. 
Kornel  ispan  dramaturqunun  əsərindən  faydalansa  da, 
məzmun və formaca yeni bir əsər yaratmışdır. 
Gilyen  de  Kastro  Lope  de  Veqa  məktəbinin  ədəbi 
prinsiplərinə uyğun olaraq milli poetik ənənələrdən qidalanır, 
xalqın  qəhrəmanlığını  tərənnüm  edir.  Dramaturq  hadisə  və 
xarakterləri  realistcəsinə  göstərsə  də,  xalq  rəvayət  və 
dastanlarından  gələn romantikadan da imtina etmir.  Bir  çox 
başqa  əsərlərində  olduğu  kimi,  Kastro  burada  da  əsərlərin 
süjetini  xalq  romanslarından  almışdır.  Dramaturqun 
yaradıcılığında  canlılıq,  əlvanlıq  və  coşqunluq,  dramatik 
vəziyyətlərin,  fantastik  macəraların,  gərgin  hislərin  əks 
etdirilməsinə meyl daha güclüdür. 
Əsərin  qəhrəmanları  ilk  səhnələrdən  sevgi  və  şərəf 
hissləri  arasında  qalır,  dərin  iztirablar  keçirirlər.  İki  kübar 
ailə  arasında  münaqişə,  bir-birini  təhqiretmə,  duel  və  ölüm 
hadisələri gənc qəhrəmanların taleyində də əks olunur. Onlar 
ziddiyyətli  duyğular  arasında  qalırlar.  Dramaturq  hər  bir 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
317 
surəti  fərdi  cizgilərlə  işləmişdir.  Kral  Fernando  tədbirli, 
ehtiyatlı bir hökmdardır. Himenanın atası qraf Losano kobud 
və  təkəbbürlüdür.  Himena  və  Rodriqo  –  hər  ikisi  coşqun, 
ehtiraslı  gənclərdir.  Əsərdə  qəhrəmanların  hər  bir  hərəkəti, 
sözü  təbii,  səmimi  səslənir.  Surətlərin  dilində  müəyyən 
kobudluq hiss olunsa da, bu kobudluqda bir həyatilik vardır. 
Rıtsarlığa  təzəcə  qəbul  edilən  Rodriqo  onun  atasını  təhqir 
edən  Losanonu  duelə  çağıranda  Losano  ona  istehzalı  bir 
mərhəmətlə  yanaşır,  "Sən  hələ  ağzının  südünü  bir  sil!" 
deyərək  ona  saymazyana  bir  münasibət  bəslədiyini  bildirir. 
Rodriqo isə  bu  istehzalı  müraciətə  daha  açıq bir  kobudluqla 
cavab qaytarır: 
 
Bil, intiqam deyil uzaq, 
Dodağının qanı ancaq 
Qarışacaq al qanınla. 
 
Rodriqo  ilə  qraf  Losano  arasındakı  bu  kobud 
sözləşmə Himenanın və İnfantanın gözü qarşısında baş verir. 
Sidin atası Dieqo Laynes oğlunun cəsarətini  yoxlamaq üçün 
onun  əlini  dişləyir,  ondan  sərt,  kobud  cavab  eşitdikdə  isə 
rahat  nəfəs  alır.  Oğlunun  kobudluğu,  sərtliyi,  əli  dişlənəndə 
arvad kimi ağlamaması onu sevindirir. O, indi inanır ki, oğlu 
onun intiqamını ala bilməyə qadir olan igid bir döyüşçüdür. 
Ata da, oğul da belə hesab edirlər ki, şərəf hər şeydən 
üstündür.  Ata  belə  düşünür  ki,  təhqir  edildiyinin  intiqamını 
almadan  yaşamaqdansa,  ölmək  yaxşıdır.  Sid  də  eyni  cür 
düşünür.  O,  döyüşməyə  hazırdır.  Lakin  Sid  belə  düşünür  ki, 
birdən o məğlub olar, intiqamını ala bilməz. Onda o and içir 
ki, əgər ona qalib gəlsələr, o özünü öldürəcək və əcdadlarının 
qılıncını  xar  olmaqdan  öz  sinəsində  gizlədəcəkdir.  Pyesdə 
hadisələr  ildırım  sürətilə  cərəyan  edir.  Qəhrəmanların  psixo-
loji  düşüncələrinə,  şübhə  və  tərəddüdlərinə  vaxt  verilmir.  Bir 
an  içində  hökm  verilir.  Qaynar  ispan  qanı  ləngiməyi, 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə